İnternet → #NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının virtual jürisi nominantların seçiminə başladı

Press-reliz: 28 aprel tarixində Azərbaycan Milli İnternet Mükafatın virtual jürisinin səsverməsi başlandı. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək, bu səsvermə nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Xatırladaq ki, səsvermədə yalnız qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri iştirak edə bilər. Qeydiyyatın son mərhələsinə başa çatma zamanı, müsabiqədə iştirak etmək üçün 540 veb-layihə ərizə vermişdir, onlardan 430 çox milli sayt iştiraka buraxılmışdır. Jüridə iştirak etmək üçün 180 istifadəçiyə icazə verilmişdir. Virtual jürinin vəzifəsi — qiymətləndirməni aparmaq və hər 12 müsabiqə kateqoriyasında 3 nominant müəyyən etməkdir.
Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları təntənəli mükafatlandırma mərasimində deyiləcək. NETTY2010 final mərasimin keçirilməsi Gənc Tamaşaçı Teatrında 17 may tarixində nəzərdə tutulub. Qeyd edək ki, həmin gün Beynəlxalq informasiya texnologiyaları günü qeyd edilir. Mərasimdə mükafatın bütün nominantları, akademikləri və dəvət olunmuş qonaqlar iştirak edir.
Mükafatlandırma mərasimi çərçivəsində Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə də qaliblər elan ediləcək. O cümlədən, “İlin İT-hadisəsi” nominasiya üzrə qalib elan ediləcək. Nominasiyanın məqsədi 2009-2010-cu illərdə başlanan və Azərbaycanda informasiya texnologiyaların sonrakı inkişafına təsir göstərən və ya təsir göstərə biləcək ən əhəmiyyətli hadisəni müəyyən etməkdir. Bu nominasiyada ictimai sorğu əsasında mükafatı əldə etməyə layıq bilinən Təşkilat Komitəsi tərəfindən aşağıdakı layihələr irəli sürülüb:
1. Delta Telecom – internet xidmətlər üzrə qiymətlərin aşağı düşməsi;
2. Azerfon – 3G texnologiyaların tətbiq edilməsi;
3. “Xalq kompüteri” layihəsi — Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP, Microsoft, Bestcomp;
4. “Azərbaycan əhalisinin dövlət reyestri” layihəsi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.
Müsabiqədən kənar nominasiyaları çərçivəsində, həmçinin “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” fəxri nominasiya üzrə qalibin adı çəkiləcək. Bu nominasiyaların qalibləri mükafatlandırma mərasimdə elan ediləcək. “İlin İT-hadisəsi” nominasiyasının qalibi BakuTel təşkilat komitəsi, “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” nominasiyasının qalibi isə “Ali və Nino” dükan şəbəkəsi tərəfindən mükafatlandırılacaq.
Həmçinin “Faydalı sayt” və “Gənclər üçün sayt” həvəsləndirici nominasiyalar üzrə qaliblər müəyyən ediləcək və qaliblərə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən prizlər veriləcək.
Partnyorlardan xüsusi prizlər “Elm və Təhsil” nominasiyasında Ultra şirkəti tərəfindən və “Elektron kommersiya sahəsində ən yaxşı layihə” nominasiyasında Golden Pay ödəniş sistemi tərəfindən veriləcək.




Şərhlər (4)
RSS yığmaq / açmaqSitatdan görünür ki, İT hadisəyə heç kim qeydiyyat olmayıb. Öz keflərinə düşəni irəli sürüblər =). Yəqin ki, 3G də qalib olacaq.
Shaig
Strange
3G heçdə 3G deyiı :)
Millenium
stop-narkotik