İnternet → Xeberler.az - yeniləndi, necə yeniləndi?
Bir çoxlarımızın yenilənməsini səbrsizliklə gözlədiyimiz axır ki, yeniləndi. Saytın audiotoriyasının İT ilə maraqlandıqlarını nəzərə alaraq sayt yenilənərkən nələr baş verdiyini blogda da yazmaq qərarına gəldim. Bu barədə yazacağımı bildiyimdən işi görərkən nələri yazacağım barədə özüm üçün bəzi qeydlər etdim. Buna görə `dan və `dan aktiv istifadəyə başladım. Doğurdan da yararlı «alətlər» imiş. Özün üçün qeydlər etmək çox yararlıdır (bu başqa bir blog yazısına belə çevrilə bilər), bunu davam edəcəm. Əvvəla onu deyim ki yazının çox uzun alınmasına görə üzr istəyirəm (bu ixtisar olunmuş halıdır). Sadəcə bu yazını yazarkən əsas məqsədim, bir sayt ərsəyə gələrkən hansı mərhələrədən keçir və nələrə diqqət edilir onu göstərmək oldu. Çox uzatmadan `ın ikinici həyata başlaması barədə qeydlərmi paylaşmağa başlayım.`dən sonra, Xeberler.az`ı yenidən qurmaq `in boynuna düşdü. Əsasən visual dəyişikliklərə məruz qalan saytda bəzi funksiyalar təkmilləşdirildi və bəzi funksiyalar da əlavə edildi. Əvvəlcə işə başlamadan birinci mərhələ olaraq «Concept Research» aparıldı. Onu xüsusi olaraq qeyd eləmək istəyirəm ki, peşəkar müştəri ilə işləyəndə fərqi hiss eləmək mümkün olur. Dizayn zamanı minimum müdaxilə və yeniliklərin tətbiqinə maksimum maraq iş prosesini də maraqlı edir. Concept Research zamanı bir çox əcnəbi təcrübəni araşdırdıq və local olaraq nələr tətbiq olunsa yaxşı olar onları qərarlaşdırdıq, ümimiyyətlə saytın yeni imici formalaşmağa başladı. Concept Research`dən sonra qarşımızda konkret məqsədlər var idi. İşin sonunda bunlardan bir çoxunu həyata keçirmək mümkün oldu fikrimcə.
Araşdırmadan sonra işə başlamaq vaxtı gəldi. Dizayn edərkən qarşımda bəzi meyarlar var idi. Birincisi bu xəbər saytı olduğundan əsas diqqət xəbərə yönəldilməli idi. Bu çox primitiv yanaşma tərzi kimi görünsə də halhazırda ən çox işə yarayan metoddur. Gündə bir sektora əl atan `un belə mühəndislərinin daha da inkişaf etdirməyə yönəldiyini nəzərə alsaq və Twitter CEO’su `ın «düzgün seçilmiş 1 xidməti 100 dəfə yoxlayıb saytı inkişaf etdirmək, 100 fərqli xidmət göstərməyə çalışmaqdan daha yaxşıdır» dediyini görəndə bu metodun həqiqətən də işə yaradığını fikirləşmək olar...
Saytın əsas funksiyası informasiya çatdırmaqdır. Deməli onda xəbərlər maksimum rahat şəkildə istifadəçiyə çatdırılmalı, oxuyarkən gözü yormamalı idi. Digər bir məsələ ondan ibarət idi ki, bu saytın artıq müəyyən istifadəçi auditoriyası olduğundan onları öyrəşdikləri köhnə sistemdən çox uzaqlaşdırmaq usability cəhətdən ağıllı addım olmazdı. Müştəri köhnə dizayndan «sarı» rəngin qalmasını istəmişdi. Deməli artıq dizayn üçün müəyyən mənzərə yaranmağa başladı. Mənim dizayn zamanı istifadə edəcəyim sarı rəngi ifadə edən taglar — xəbərdarlıq, şən, qorxaqlıq, maraq, xoşbəxtlik, sevinc, zarafatcıl, müsbətlik, günəş işığı və səmimiyyətdir. Dizaynlarda sarı rəngi ümumiyyətlə, diqqəti çəkmək və səmimiyyət, xoşbəxtlik vs. hissləri yaratmaq üçün istifadə edilir. Əgər yalnız sarı rəngin tonlarından istifadə etsəm onda sayt həddindən artıq diqqət çəkəcək və qeyri ciddi görünəcəkdi. Ona görə köməkçi rəng lazım idi. Mən saytın mövqelənmək istədiyi imicə uyğun olaraq göy rəngi seçməyi qərara aldım. Göy rəngi ifadə edən taglar — nüfuz, sükunət, gizlilik, zadəganlıq, sədaqət, hakimiyyət, müvəffəqiyyət, təhlükəsiz və etibarlılıqdır. Beləcə dizaynın verəcəyi mesajı — səmimi, etibarlı, nüfuzlu və müvəffəqiyyətli olaraq təyin etməyə çalışdım. Yenidənqurma zamanı logo`nu da ümimi konsepsiyaya uyğun olaraq dəyişdirdik. Sadə və Web 2.0 standartlarına yaxın birşey etməyi qərara aldıq.
Webdizaynın çətin tərəflərindən biri odur ki, cəmisi . Çünki araşdırmalar göstərir ki, bir istifadəçinin saytı incələmək üçün sayta verdiyi vaxt 5 saniyədir. Yəni 5 saniyə sayta baxan hər bir istifadəçi sayt haqqında özündə fikir formalaşdırır və əgər sayt xoşuna gəlmirsə 5 san. sonra browserdəki «X» düyməsini köməyə çağırır. Deməli istifadəçinin marağını oyatmaq lazımdı. Bunun üçün isə qaydasına riayyət eləmək lazımdı.

İstifadəçilər saytı sol üst hissədən başlayaraq «F»`ə bənzər bir yolla analiz etməyə başlayırlar. Məhz ona görə saytlarda logo əsasən sol üst hissədə yer alır. Düzdür indiki (sayt açılarkən saytın browserdə ilk görünən hissəsi) qaydasına riayyət etmirlər, amma hər halda ilk təəssürat saytda çox vaxt keçirilməsini təmin etmə üçün vacib amildir. Birdəki saytın yeni konsepsiyasına əsasən Xeberler.az artıq yazarlara və onların məqaləsinə istifadəçi diqqəti daha çox yönəltmək istəyir və F pattern`i amilini nəzərə alsaq onda dizaynda yazarlar blokuna daha çox diqqət yönəlməsini təmin etməliydim. Ona görə dizaynda yazarlar bloku daha ön plana çıxardıldı.
Saytda istifadəçilərin aktivliyini təmin etmək üçün artıq onlar şərhlər vasitəsilə yazılara reaksiya da verə biləcəklər. Amma bu istifadəçilər üçün nə qədər yaxşı bi imkan olsa da administrasiya tərəfindən əlavə problemlər demək idi. Spamlarla mübarizə aparmaq vaxt itkisinə gətirib çıxaracaqdı. Bu problemi də həll etmək üçün saytın şərh hissəsini `in bazası ilə əlaqələndirib (xeyr, Xeberler.az üzərində qurulmayıb) spam problemini minimuma endirməyə çalışdıq. Başqa bir göz önündəki yenilik isə artıq Xeberler.az texnologiya haqqında Azəbaycanca yazan bloglara keçid verəcək.
Yeni dizaynda əsas usability`nı rahat şəkildə təmin etməyə çalışdım. Buna görə də təkcə dizayn yox həmdə «coding» prosesində də bəzi məqamlarda diqqətli olmalıydım. Birincisi köhnə versiyadan fərqli olaraq sayt əsas browserləri dəstəkləməli idi. Çünki saytın auditoriyası təkcə peşəkar İT həvəskarları deyil, ən müxtəlif auditoriyanı hədəf qrup olaraq götürübdür (bəli, İE6 ilə işləmək yenə çox vaxtımı apardı). Sayt kontent yüklü sayt olduğundan və tekstlər çox olduğuna görə koding də maksimum optimal olmalı idi. Ona görə Xeberler.az`ı kodlayarkən "" metodundan maksimum istifadə etdim. Beləki koding zamanı optimallığı əldə etmək üçün bütün dekorativ şəkilləri 4 faylda birləşdirdim və istifadə etdim. Bu sayədə təxminən 30% optimallıq əldə edə bildim.
Usability asanlaşdırmaq üçün istifadə etdiyim digər bir detal isə kimi bilinən metodun coding zamanı tətbiqidir. Fitts qanunu "Bir hədəfə çatmaq üçün lazım olan vaxt aradakı məsafənin və hədəfin böyüklüyünün funskiyasına bərabədir" şəklində ifadə olunur. Yəni hərhansı bir obyekt böyükdürsə və ona olan məsafə qısadırsa onda həmin obyektə daha tez çatmaq olar. Bu metod əsasən linklərin dizaynını kodlayarkən . Eyni metoddan məndə sol tərəfdəki əsas menuda və üst tərəfdəki naviqasiya hissəsində istifadə etdim.
Düzü bu yazını yazanda bu qədər çətinlik çəkəcəyimi düşünməmişdim, qeydlərim həddən artıq çoxdur, amma yazının uzun olması isə postun əleyhinə olacağı üçün daha da uzun yazmaq istəmirəm. Yazıda bəzi global qəbul olunmuş məqamlardan sitat çəkməyə çalışdım. Məqsədim bir saytın yaranmasında keçilən bəzi mərhələləri göstərmək və yeri gələndə bu postu misal çəkərək göstərmək idi =).




Şərhlər (35)
RSS yığmaq / açmaqSadig
AzeriFire
Sadig
Elliot
Sadig
simplez
Elliot
Shaig
simplez
Sadig
Strange
AzeriFire
Sadig
1. Köşə yazarları bölməsinin rəngi çox tünddür və bir az uyğun gəlmir sanki.
2. Lebedevsayağı iki irad:) 2.1. Blokların altında ƏTRAFLI linki artıq şeydir. 2.2. Linklərdə ALWAYS UNDERLINE əvəzinə ROLLOVER UNDERLİNE-dır, bu hal da səhifədə eyni rəngdə mətn və hipermətn olduqda minus hesab olunur.
Elliot
Köşə yazılarından istifadə elədiyim tünd rəng header`dəki göy rəngin pick olunmasından alınıb, onu bir neçə ton açıq rəngi ilə də gradient`i əldə eləmişəm. Sağ tərəf ümumi fonda «ağır» görünsədə də rənglər palitradakılardan kənara çıxmayıb.
İradlar təki lebedevsayağı olsun, onda inkişaf da elə lebedevsayağı olar =) Amma onu qeyd edim ki, Lebedevin iş fəlsəfəsi «Grid style» texnikası üstündə qurulub və bu dizayn o texnikaya əsaslanmır ona görə bunu nəzərə almağını xahiş edərdim =) Ətraflı sözünün istifadəsi məncə ifrat dərəcədə deyil, amma sənin fikri də dəyərləndirmək olar.
«Underline» məsələsinə gələndə ona görə always istəmədim ki, indexdə linklər çox olduğuna görə məncə çirkli görüntü yaradırdı. Mətnlərlə hipermətnlər eyni rəngdə deyil, amma görünür yaxın tonlar seçməyim və yalnız font-weight`lə fərqləndirmək istəyim o qədər də alınmayıb
Sadig
1. Fikrimcə Lebedev «Kovodstvo»-sunda Always Underline-ı konkret hansısa texnologiyaya yox, bütün veb dizayna şamil olunmasını təbliğ edir. Əlbəttə Lebedevin dediyi qanun deyil, məsələn Yahoo və bır sıra məşhur portallar Rollover variantına üstünlük verirlər.
2. daimi underline ilə göstərdiyin screenshot elə də çirkin görünmür məncə, qəşəngdir o da. :)
Elliot
2. Bəlkə yuxarıda sadaladıqlarımı araşdırıb öyrənəndən sonra bu underline məsələsinə sənin gözlərinlə də baxmağı bacardım =)
Sadig
Elliot
Shaig
Elliot
Millenium
Elliot
Şaxələnmə yaxşı aparılmayıb. Daha doğrusu qruplaşmaları düz deyil… Rus mobil operatorları kimi, Konturluları bir yerə, Ödəməliləri bir yerə ayırmalıdırlar :)
Millenium
Sadig
haciyev
haciyev
Sadig
İE6-nı artıq Microsoft özüdə dəstəkləmir :) Google isə ofisial olaraq mayın 1-dən HTML 5-ə keçəcək.
Bunu blog kimi yox, Məqalə kimi yazmaq daha yaxşı olardı.
Sari rəng haqda bir xeylaq danışdın, amma mən orda çox narıncı rəng var.
Dizayn minimalis stilində olsada, sağ tərəfdəki yazarlar bölməsi sayta çox ağırlıq gətirir və üstəlik əsas diqqəti ora cəlb elətdirir (artıq 8 adam mənimlə ofisdə razılaşb).
Saytın ortasına scrool etdikdən sonra, aşağıya qədər düşmək həvəsi nədənsə qaçır… Yuxarıda danışılan F-Pattern heç bu dizayna yaxın gəlmir. Diqqəti sağ tərəfdən cəl etməyə başlayır. Niyəsinidə bayaq dedim. (saö tərəfdə yazarlar).
İş vaxtı qurtardı. Evə gedirəm. Davamını evdən yazaram.
İmza, kritik Millenium :-p
Millenium
İE6-dan bəlkə də Azərbaycanda heç kimi mənim qədər nifrət eləmir =) HTML5 və CSS3 səbirsizliklə gözləyənlərdən biri də mənəm. Amma reallıq ondan ibarətdir ki, FF-dən Chrome`a kimi heç bir browser bu yeni standartları tam dəstəkləmir. Tezliklə dəstəkləmələrini gözləyirəm. Google`un İE6-nı ignor eləməsi çox gözəl haldır, amma Azərbaycanda istifadəçilərin və reklam verənlərin əksəriyyəti üçün internet=explorer olduğuna görə onunla vaxt itirməli oldum.
Yazarlar bloku ilə bağlı qeydlərinizə də optimist yanaşmaq istəyirəm =) Düzü dizaynın ilk variantından o blok belə çox nərəzəçarpacaq dərəcədə alınmamışdı. Amma yazıda da qeyd elədiyim kimi
proektin indiki mərhələdə yazarlara diqqət etdiyini nəzərə alsaq və F patternin qaydalarıni nəzərə alsaq yazarlar bloku sağda diqqətdən kənarada qala bilərdi. Köhnə versiyada solda naviqasiyanın altında da istifadəçiləri maraqlandırmırdı, ona görə dizaynda retouch edərək yazarlar blokuna «ağırlıq» verdim. Yəni bu müştərinin istəyi ilə bilərəkdən edilib və ümumiyyətlə şərhlərdən də belə başa düşdüm ki diqqət çəkə bilib =) (Ayrıca o 8 adama da usability-test`də iştirak etmə incəliklərinə görə təşəkkürlər). Ümumiyyətlə dizayn release verisyasına kimi də bəzi peşəkarlara da göstərilib fikir alınıbdı.
Hə, birdə məqalə məsələsinə onu deyim ki, yəqinki Xeberler.az`ın özündə bu barədə məqalə çıxacaq. Hərhalda çıxmasa da mən ona görə blog yazısını seçdim ki, belədə daha səmimi fikir mübadiləsi yaranır zənnimcə.
Qalan irad və təklifləriniz varsa onları də bilmək maraqlı olardı.
Sadig
Mançetdə sən necə istəyirsən elə. Mən şəxsən ya NEXTGenGallery-dən, yaxud iGallery-dən, Yaxud Flaşda özüm yığdığımdan (bax: ) istifadə edərdim.
Birdaha s'n' u]urlar! Ağır və əziyyətli yükün altından çıxmısan!
Millenium
Sadig
Sadig
Millenium
Sadig
Millenium