İnternet → NETTY2010 virtual jüri səsverməsinin başlanmasına hazırlaşır

Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının iştirakçılarının və virtual jüri üzvlərinin qeydiyyat prosedurlarının başa çatmasına bir həftədən az qalıb. Müsabiqənin keçirilmə qrafikinə uyğun olaraq 28 aprel tarixində mükafatın birinci mərhələsi başa çatacaq və “Virtual jüri”nin səsverməsi başlanacaq. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək və onun nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları 17 may tarixində keçirilən təntənəli mükafatlandırma mərasimində çəkiləcək. Mərasimdə mükafatın bütün nominantları iştirak edir.
Mükafatın təşkilat komitəsinin məlumatına əsasən NETTY2010 final mərasimin keçirilməsi Gənc Tamaşaçı Teatrında nəzərdə tutulub. Təşkilatçılar ümid edirlər ki, teatrın yenilənmiş görünüşü, yeni səs və işıq avadanlıqları, zövq verən abu-havası bu tədbiri parlaq və yadda qalan hadisəyə çevirəcək. Mükafatın təşkilat komitəsi həmçinin məlumat verdi ki, müsabiqənin əsas simvolu olan NETTY heykəlciklərinin düzəldilməsi üzrə işlər artıq başa çatıb. Əl işi olan 16 tunc heykəlcik öz sahiblərini mükafatlandırma mərasimində tapacaqlar.
Qeyd edək ki, hal-hazırda müsabiqədə iştirak etmək üçün 500-ə yaxın veb-layihə ərizələrini təqdim edib, onlardan 390-dan çoxu artıq iştiraka buraxılıb. Jüridə iştirak etmək üçün 140 istifadəçiyə imkan verilib. Təşkilat komitəsi qalan müddətdən istifadə edərək hamını müsabiqədə iştirak etməyə dəvət edir.
Xatırladaq ki, müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü 28 aprel tarixinədək hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən -ın istifadəçisi ola bilər.




Şərhlər (1)
RSS yığmaq / açmaqStrange