İnternet →  Yahoo! Foursquare’i almaq istəyir


Nəsə son zamanlarda satın alma xəbərləri çoxalmağa başlayıb. Hər kəs movqeyini yaxşı təyin etmək istəyir deyəsən. Son zamanlarda işləri düz gətirməyən Yahoo isə deyəsən özünə nəsə bir şey fikirləşmək istəyindədir. Satın almaq qərarlarında gecikən Yahoo bu dəfə irəli düşmək istəyir. Ona görə location əsaslı servis olan Foursquare’i satın almaq istəyir xəbərləri gəzməyə başlayıbdı. Xəbəri Silicon Valley Insider veribdi.
Yahoo indiyə qədər bu satın alma məsələsində hər zaman gecikir. Məsələn Flickri 2005′də 35 milyon dollara satın alan Yahoo!, bununla ağıllı addım atsa da sonrakı dövrlərdə susqun olmuşdu. Hətta Flick üçün xidmət verən Picnik`i almaqda da gecikən Yahoo`nu Google qabaqlamışdı. Bu dəfə deyəsən Yahoo gecikməmək üçün Foursquare’i heç 1 milyon useri olmamış almaq istəyir. Düzdü hələki təklif etməyib. Anacaq təklif etsə inanmıramki satmasınlar. Təqribi bir ildirki sayt açılıbdı. Bir ilə 100 milyonluq sayt olmaq yaxşıdır. Təbii ki saytın dəyəri bundan aşağıdır. Sadəcə Yahoo gələcək üçün almaq istəyir. Həm də Google`un bu il bir çox servisi almaq niyətidə var. Hər an Google bu saytı ala bilər. Görək indi Yahoo təklif edəcək ya yox, Foursquare saytı satacaq ya yox…
Paylaş :
  • 0
  • 7 апреля 2010, 22:19
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.