İnternet → BTRİB (Bakinternet) Martın 13-dən müstəriləri aldadaraq "limitsiz" adı ilə limitli paketlər satır

provayderinin tarifində dəyişiklik baş veribdi. Limitsiz istifadə paketlərinə limit qoyulubdu. Abunəçilərdən varki,
#Bakinternet abunəçilərə (ATS-dən) bir-bir zəng etdirib limitsiz paketdə olanların aylıq 60Gb limiti olduğunu, bundan sonra əlavə Gb-a görə onlardan pul çıxılacağını deyir. Amma saytında bu haqda heçnə yoxdur, tariflər LİMİTSİZ göstərilir.
Düzdür bu yeni qiymətlər haqqında saytında heç br məlumat tapa bilmədim. Ancaq Mart ayının 13`dən etibarən Bakinternetdə yeni tariflər var. Belə ki, Limitsiz istifadə paketlərində 25 6sürət 40GB tariflə başlayır. Bu trafik həcmini 40 elədikdən sonra onun adını niyə limitsiz tarif planı qoyublar başa düşə bilmirəm düzü. Ancaq belə yazılıbdı.
Axşam 19.00`dan sabah 10.00`a qədər olan limitsiz paketdə isə 512`dən başlayan sürət 50GB trafiklər verilir. Trafiləri dolduqda isə əlavə olaraq hər 1GB üçün 4 AZN ödəmək lazımdı.
Belə nəticəyə gəlmək olar ki, BTRİB Martın 13dən müstəriləri aldadaraq «limitsiz» adı ilə limitli paketlər satır.
Əslində limitsiz traffikdən sui-istifadə edən istifadəçilər dünyadakı bütün provayderlər üçün problemdir. `in verdiyi məlumata görə, İngiltərədə Virgin, BT və başqaları internet istifadəçilərinə «fair use policy» tətbiq edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, həddindən artıq çox trafik istifadə edən limitsiz istifadəçilərin ya sürətini azaldırlar ya da başqa yollarla trafikini azaldırlar. Misal üçün Virgin Medianın traffic management policy-si ilə tanlş ola bilərsiniz:
Mart ayının 23`dən sonra Bakinternetə müraciət edib internet alan istifadəçilərin müqavilələrinə isə əl yazıları ilə bu yeni dəyişiklik əlavə edilir. Deyəsən hələki yeni müqavilələr hazırlanmayıbdı, əvəzinə əl yazma ilə yeni şərti artırırlar.
Buna bir növü bahalaşma da demək olar. Görək bu bahalaşmadan istifadə edən digər provayderlər, Bakinternet istifadəçilərini özlərinə tərəf çəkə biləcəklərmi. Məsələn məndə də Bakinternetdir. Əgər sərf eləməsə yəqin ki, ə keçə bilərəm.
Yeni Tariflər:

Müqavilə:




Şərhlər (17)
RSS yığmaq / açmaqanar
Burada indi iki məsələ var. Biri hamı dövlət provayderinə baxıb belə dəyişiklik edəcək, digəri isə bundan yararlanıb öz müştərilərini artıracaqlar.
Shaig
BayramovR
simplez
rashadaliyev
Dərd orasındadır ki, keyfiyyətli xidmət də vermirlər, axşam saatlarında əksərən xarici serverdə yerləşən saytlara girmək olmur. İndi birdə bunu çıxardılar ki, tamam soyuyaq provayderdən. İlk fürsətdə vaxt tapan kimi dəyişmək lazımdı provayderi artıq.
Sadig
BayramovR
ERROR631
Shaig
ERROR631
BayramovR
kataloq
P.S. Mövzudan uzaq oldu, uzrlər :)
BayramovR
Shaig
ayka_19
Orda iş işdən keçəndə nəsə yazırlar! Ümumiyyətlə bugün fikir verdim, BakinterNet Rapid Share ve sair tipli saytlara ya tamam limit qoyub, yada sürət limiti! Məndə RapidShare Premium Accautudu, Amma RapidShareden 5 MB=lik faylı 2 saata yükləyir! Gecələr isə birçox saytlar açılmır!
Bunların toyunu tutmaq lazımdır! Onsuzda çıxırdım bakinternetdən, konnekt0ə keçmək istəyirdim, dedilər ki, mənim nömrəm «range» diapazona daxil deil, nömrəni dəyişim.
Çox oyunbazdılar! Çooox!
Keyfiyy\tli xidmət versəydilər, dərd yarı…
Millenium
Shaig