İnternet →  Azərbaycandan Ermənistana, ermənicə xəbər var!


Day.az`ın keçmiş rəhbəri Elnur Baimovdan daha bir proyekt var. Bir müddət əvvəl News.azMuğam radiosu kimi yeni proyektləri ilə internet sferasına yenidən qayıtmışdı. Bu gün isə daha bir maraqlı proyektini gördüm. Bu erməni dilində xəbərlər verən Armenia.az saytıdır. Ermənicə bilmədiyim üçün, saytda nələr baş verdiyini deyə bilməyəcəm. Ancaq sloganının ingiliscə yazısından belə başa düşürəm ki, Azərbaycandan Ermənicə xəbərlər yayımlayacaq. Saytda ingiliscə gözümə dəyən linklərdən About`a klikləyəndə isə heç nə açılmadıki oxuyam məlumatlanam. Əgər açılsa şərhdə yazaram. Nəsə belə qəribə proyektin bizə lazım olub-olmadığı mübahisəlidir. Hər halda bunun maliyyələşməsi filanı nədən olacaq? Yazılar və dil məsələsi necə həll olunur? Bunlar artıq qaranlıq qalan məqamlardır.
Ümid edirəm ki, xeyirli bir resurs olar.
Paylaş :
  • +2
  • 1 марта 2010, 12:12
  • Shaig

Şərhlər (21)

RSS yığmaq / açmaq
+
+1
Layihə ilə bağlı bir söz deməyəcəm… Məni güldürən bir məqam var burda…

Elnur Baimov Day.Az -ı işlətdiyi dövrdə Azərbaycan dilində xəbər vermədi… Hətta indi Erməni dilində xəbər saytı açdı :)

Di nə fikirəşim bilmirəm :)))

Məntiqlə düşünəndə belə çıxır ki, Elnur bəy düşünür ki, Azərbaycanlılara xəbər lazım deyil. Azərbaycand abaş verənləri ancaq əcnəbilərə çatdırmaq lazımdı :)

Ərəb dilində də bir layihə çıxarsa təccüblənmərəm…

Təklifim var, heyvanların anlayacağı dil olsa o dildə də bir Azərbaycan xəbərləri adda layihə hazırrasın :))))

Uğurlar :)))
avatar

Panda

+
+1
Suallar həqiqətən də çoxdur. Onlara birini daha əlavə edim:

.AZ domenlərin satılması ilə əlaqədar qaydalarda (maddə 3.4) yazılır ki, coğrafi adların satılması qadağandır. Necə olur ki, Veritas Media MMC (E.Bahimov) qadağan olan domen adını alıb istifadə edir?
avatar

kataloq

+
0
rusca açdı,ingiliscə açdı,ermənicə açdı,amma doğma dilimizdə sayt açmır ki,açmır. elə bil ona söyüşş qoyublar:)
avatar

kefkom

+
0
Sizin üçün doğma olan Baimov üçün doğma olmaya bilər…
avatar

kataloq

+
0
Bu rus dilindəki saytı aydın məsələdir ki, biznes proyekt idi.
Son proyektləri isə bir növ lobbi işinə oxşayır. Nəsə o Azərbaycan dilindən pul qazana biləcəyini düşünmür. Hələ day.az`ın vaxtında o oxu.az açmaq fikrində idi. Azərbaycan dilində xəbərlər vermək üçün. Nəsə onu reallaşdırmadı. Ola bilsinki özünə uyğun biznes mühiti görmür Azərbaycan dilində.
avatar

Shaig

+
+1
Bilirsiz uşaqlar burada məqsəd tam başqadır. Əslində Elnurun bu işi təqdirə layiqdir. Onsuzda azərbaycan dilli xəbər portalları var. Elnur heç kimin etmədiyini edir, bunun nəyi pisdir ki? Özünüz də bilirsiniz ki, indi informasiyadan, yaxşı mənada image yaratmaqdan çox şey asılıdır. Day.az Cənubi Qafqazın ən çox oxunan saytı idi. Pisdir ki, sayt rus dilinde xeberleri daha çox kütləyə yayırdı?! Misal üçün elə olsun MDB ölkələrinə.

Qaldı ki, armenia.az saytına həmişə deyirsiz ermənilərin təbliğatı elə, ermənilərin təbliğatı belə. Ay iş görmək lazımdı. Hamı deyir lazımdı, amma lazımlını edən də yoxdu. Edəndə də belə deyirsiz )) Bunun nəyi pisdir ki, ermənilər öz dillərində Azərbaycan haqqında daha çox informasiya alacaqlar. Həm də bizim mövqeyimizdən. Əlbətdə Ermənistan hər cəhəddə bizdən geridədir. Azərbaycan haqqında oxuyan erməni vətəndaş təbii ki, fərqi analayacaq və öz ölkəsinin nə qədər geridə qaldığını başa düşəcək. Bu ideoloji qələbə üçün çox vacibdir.

Bir də unutmaq lazım deyil ki, bu iki millət arasında sülhyaratma işlərinin tərkib hissəsi ola bilər. Xatırladım ki, Elnur Baimov ötən il Moskvada erməni və azərbaycanlılardan ibarət diplomatlar və KİV nümayəndələri ilə birlikdə konfransa qatılmışdı.
avatar

telmansoy

+
0
Taktiki gediş baxımından nə qədər təsirli olacağını bilmirəm. Yəni bir erməni Azərbaycandan olan xəbərləri oxuyanda inanacaqmı bunun əkstəbliğat yox xəbər olduğuna bunu bilmirəm, amma hərhalda bu da nəsə bir adımdır. Və məncə bu çoxgümanki, dediyiniz ikinci bəndə aid olan addımdır. Yəni cəmiyyətlərin yaxınlaşdırılasına çalışmaq üçün hesablanmış bir ideyadı.

Amma hərhalda yuxarıda coğrafi adların satılmadığı fikri ilə təzad təşkil etmiş vəziyyətin qaranalıq qalması ilə məndə razıyam. Yəqin belə çıxır ki, hansısa məqamlarda rəsmi maraq da var layihəyə.
avatar

Sadig

+
0
Təsiri bundan ibarətdir ki, istənilən halda Ermənistanda bu sayta marağın böyük olacağını düşünürəm. Bir fikirləşin ermənilər bizim dilimizdə ermənistandan xəbərlər yazsalar və s. biz maraq göstərərikmi? O haldakı açıq şəkildə bəyən edirlər ki, sayt Ermənistandan idarə olunur və Ermənistandan Azərbaycan üçün xəbərlər yerləşdiriləcək. Məncə belə bir saytı əksər KİV nümayəndələri gün ərzində ən azı 3-4 dəfə yoxlayacaq.

Bu adi adamlara da maraqlı gələ bilər ki, maraq nədir niyə ermənicə yazırlar və görəsən nədən yazırlar? Bu beyinlərdə suallar yaradacaq cavabları tapmaq üçünsə sayta girəcəklər.

Və ola bilsin ki, coğrafi adlarla bağlı məqamlar da bu ististan təşkil edir. Bundan dövlətin marağı da ola bilər bu təbiidir və başadüşüləndir.
avatar

telmansoy

+
0
Sayt haqqında mətbuatda Elnur Baimov`un müsahibəsini gördüm:

«Biz saytımıza Ermənistandan politoloqları, siyasətçiləri cəlb edəcəyik. Ermənistanda öz müxbir məntəqələrimizi açacağıq. İndi erməni mediası ilə yazışırıq, əlaqələr qururuq. Sayt bir neçə saatdır fəaliyyətə başlayıb. Artıq məhz Ermənistandan olan 900-dən çox ziyarətçi sayta daxil olub. Deməli, maraq var. Bu maraqdan istifadə edib öz fəaliyyətimizi daha da genişləndirəcəyik».


Bu yaxınlarda isə erməni dilində radio da açacaqlarmış. Məncə müsahibədən belə çıxır ki, ikinci variant özünü doğrultdu — cəmiyyətlərin yaxınlaşması prinsipinə əsaslanan bir layihədir.

Müsahibə ilə ətraflı tanış olun: www.azadliq.org/content/article/1971468.html
avatar

Sadig

+
0
Düzdür yuxarıda da qeyd etidyim kimi ola bilsin xalqların yaxışlaşmasına hesablanıb. Çünki Elnur Baimovun iştirak etditi görüş (Moskvada azərbaycanlı və erməni KİV nümayəndələri və diplomatlar) məhz bu mövzu ətrafında idi ki, şifahi də olsa anlaşma olsun ki, münaqişəni şiddətləndirəcək məlumatlar dərc edilməsin rəhbərlik etdikləri mətbu orqanda.

İndi bilmirəm fəaliyyəti dayanıb ya yox. Hazır ki, Qarabağda Azərbaycan dilində radio yayımlanır. Ya qısa dalğadır ya da fm dalğası.
avatar

telmansoy

+
0
yaxşi iki ölkəni bəlkə birləştirmək niyyətləri var əhsən… Allah xeyirini versin layihənin xeyirini görsün ki buna məncə heç bir Azərbaycanli inanmir… Birincisi ərməni o sayta girip bizim baxişimizla xəbəri oxuyub deyəceyki aa biz Azərbaycandan geri galmişiq? Ya da Azərbaycana bax ee sagolsun bizim dilimizdə sayt açib deyəcəy? Valla mən hərdən ərmənilərin rus dillli forumlara girib oxuyuram… Biri Azərbaycan hagginda yazan kimi girğin qalxır…
Ancaq təbiki movzu bu deyil… Necə deyəllər politika, çox golu olan bir məsələdi ona qarşi bir nöqteyi nəzərdən yaxınlaşmaq olmaz… Mənə ən çox nə maraqlıdı ki, Azərbaycan maşşallah hər dilə uyqun sayt açir, rusça saytlarımız maşşallah çoxdı, türkçə dəstəkləyiriq, ingilizcə dəstəkləyiriq,ərməni dilində də sayt açildi, yaxşi bəs biz dünyaya nə göstəririk öz dilimizə olan hörməti dunyaya Azırbaycan dilini Azərbaycanı təmsil etmə məsələsi nətər olacey… Dunyadaki hansi ölkə belə can fəşanla başqa ölkələrin dillərini istifadə edir bizimkilər kimi? :D Özümüz kimi millət yoxdi da :D Ancaq bir şeyi unutmamaq lazımdı ki özümüz özümüzə hörmət eləməsək bizə çətinki kimsə nəzər yetirsin, hörmət etsin…
avatar

simplez

+
0
bilirsiniz indi durub sıravi ermənidən Azərbaycanca öyənməsini gözləyə bilmərik nədəki bu məntiqli deyil, onlara aylana biləcəyi dildə xitab edilməlidir. Elnur müsahibələrinin birində də qeyd edib ki, Ermənistanda Rus dilini bilənlər «Bakıdakı elitni ruskoyazıçnılar» kimi çox deyil.

Vallah Elnuru şəxsən tanımıram. Elə başa düşülməsinki onun hüquq müdafiəçisiyəm :)) sadəcə məntiqli danışır dəstəkləyirəm.

P.S. Deyirik həqiqətləri dünyaya çatdıraq. Əgər həqiqətlər yalnız bizim anladığım dildədirsə onu heç kim bilməyəcək. Mümkün qədər aidiyyatı olan bütün xalqların dilində təbliğ olunmalıyıq.
avatar

telmansoy

+
0
Hardasa razılaşardım səninlə. Amma bir şey də var da :) Dünya məgər ruslardan və ermənilərdən ibarətdi? :)
avatar

Panda

+
0
ama diyesen bu sayta Azerbaycandan bashqa yerde acmir meselen Ermenistanda.
avatar

aydan

+
0
Düzü Ermənistanda açıb-açmadığını demək çətindir.
Açılıb-açılmadığı ilə bağlı məlumatınız var?
Amma ola bilsinki açmasın, sayta girişi provayderlər məhdudlaşdıra bilərlər.
avatar

Shaig

+
0
Beli bu sayti oxumasi ucun bir ermeniye gonderdim ama o bu saytin acilmadigini soyledi. Nezere alsaq ki sayt gurcustanda acilir deye bilerik ki, sayta girişi provayderlər məhdudlaşdırib.
avatar

aydan

+
+1
Ermənilərlə bizi mehribanlaşdırmaq və barışdırmaq üçün layihədir?

«Vso?» daha kin saxlamayaq? Ermənilərin, rusların başımıza gətirdiyi müsibətləri unudaq? Bəs İşğal altında olan rayonlar, qanı yerlə bir edilən, işgəncələrlə öldürülənlərin axırı necə olacaq? Bə qan yerdə qalmayacaqdı?

«Zordu» da… Bir azdan sərhədlər açılar, viza rejimi də ləğv edilər, biz onlara, onlar bizə gəlib gedərlər…

onlar .az biz .am domaini alarıq…

və nağıllardakı göydən üç alma düşdü biri bizim, biri ermənilərin o biri də yerdə qalıb çürüyəjək… və yaxud da «жыли они долго и счастливо»

:S

Dəlixanadır ee özüm ölüm.
avatar

Panda

+
0
Bilirsiniz necədir?! Heç kim demir ki, insanlar tarixini unutsun. Unutmasın münasibətlər qurulsa da ehtiyatı əldən vermək olmaz. «itlə dostluq elə, çomağını yerə qoyma» məsələsi.

Amma real olan bir məsələ var: ermənilər və azərbaycanlılar bu regionda birgə yaşamağa məcburdurlar. Rusiyasız, ABŞ-sız, Fransasız. Ona gördə də sülh yaratma işlərinin başlanılması önəmlidir. Onsuzda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsiplərində kommunikasiyaların bərpası, siyasi, iqtisadi, sosial əlaqələrin qurulması və inteqrasiya məsələləri də var. Təbii ki, Qarabağ məsələsi həll olunan kimi qaçqın və məcburi köçkünlər həmin an ora köçürlməyəcək. Ərazilərin minalardan təmizlənməsi, ictimai reabilitasiya və sülh yaratma korpuslarının fəaliyyəti uzun proses olacaq yəqin ki.
avatar

telmansoy

+
+1
Telman bəy burda «uje» sizinlə razı deyiləm… İtlə dostluq elə çombağı yerə qoyma… Bu bekara söhbətdi. Dostluq anlayışında çombağın yeri yoxdu.

Onlarla bu regionda yaşamağa məcburuq hissəsini qəbul edirəm. Onu da çox yaxşı bilirəm ki, hər bir savaşın sonu sülhlə bitib… Daha bizi dağa daşa niyə salırdılar? O ki, bu qədər qan elə-belə mırta tökülmüşdüsə, o ki, zarafatyana qırıb batırıblar bizi… O ki, bundan sonra «qardaşığ»… Di onda niyə mazqimizi xarab edirdilər?

Unutmayın ki, it dərisindən POST olmaz…
Ermənidən DOST olmaz!!!

Hər zamankı kimi siyasətçilər iyrənc gedişlər edir… Əziyyətini(ölüm, əsirlik, işğəncə, qaçqınlıq, aclıq, səfalət) bədbaxt xalq görür… Sonra dah abir siyasi gediş və dünən bir birinin qanını içən xalqa təklif ediləcək ki, oturun bir yerdə coca-cola için ya da Jale…
avatar

Panda

+
0
POST sözünün mənası = KÜRK deməkdir. Yazmağı unutdum.

Daha bir əlavə: Bəhanələr uydurulacaq ki, «ay camaat əslində biz dostluq etmirik, sadəcə biclik işlədirik… biz dostluq adı altında maskalanıb, rembo və ya şvatseneqr kimi ermənilərin içinə daxil qırıb batırajıx hamısını...»

Ətimiz tökülsün.
avatar

Panda

+
0
Mən bunu Azərbaycan və Ermənistan dövlətlərini biri-birinə yaxınlaşdıran bir şey kimi qələmə verməzdim.Məncə belə fikirlər sadəlövlükdən başqa bir şey deyil.Elnurun belə bir addım atmağını mən də alqışlayıram. Belə ki o heyvana elə heyvan dilində başa salır həqiqətləri. Bu lahiyəni erməni yeniyetmə və gəncləri İngilis, rus və ya digər dillərdənsə öz dillərində oxuyub Azərbaycanın əslində necə bir dövlət olduğunu daha yaxşı başa düşə bilərlər.Hələ mənim eşitdiyimə görə nəinki sayt hətta bu yaxınlarda erməni dilində yayımlanacaq radio da açılması nəzərdə tutulub mən bunlarin tam leyhinəyəm. Bu proyektlər bizim necə qüvvətli dövlət olduğumuzu onlara öz dillərində başa salacaq…
avatar

PERVIZ


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.