İnternet →  Microsoft və Yahoo axtarışlarını birləşdirdi


Proqram və internet dünyasının iki nəhəng şirkəti Google`un önünü kəsmək üçün birləşdilər.
Ötən ilin iyul ayında MicrosoftYahoo axtarış mühərriki dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı.
Microsoft və Yahoo CEO`ları dünən etdikləri yığıncaqla razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki şirkətin axtarış mühərriki ittifaqı adlanacaq bu proyektdə həm Bing həm də Yahoo ən güclü olduğu xüsusiyyətləri ortaya qoyulacaq.
Yahoo`nun təcrübəsi Bingin gücü.
Microsoft razılaşma gərəyi bu ittifaqa Bingin axtarış gücünü və infrastrukturunu təqdim edərkən, Yahoo isə məzmun mövzusunda dəstək olacaq.
Bu sayədə iki saytda bir-birlərinin məzmununu istifadə edə biləcək. Proyektin adı isə YaBing olacaq.
İki firma razılaşmalarının irəlidəki mərhələlərində, YaBing adında reklam gəlirləri və proyektlərini birləşdirməyi düşünür. 2010`un sonunda başlayacaq YaBing proyekti, 2012-ci ildə tamamlanmış olacaq.
İnternet dünyası və proqram sektorunun bu iki nəhənginin birləşməsi Googlenin başını ağrıdacaq kimi görünür.
Paylaş :
  • +1
  • 20 февраля 2010, 01:56
  • Weboxu

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
+1
Görünür Yahoo AltaVistasının Google tərəfindən çökəldilməsini hələ unutmayıb. Necə deyərlər düşmənimin düşməni mənim dostumdur.
avatar

Skier_nz

  • 20 февраля 2010, 09:47
+
0
Həmdə Google`un tək bir axtarış motorundan dünyanın ən böyük texnologiya şirkətinə necə qalxdığını görübdü. Google ətrafdakıları bir-bir «udmamış» başlarına çarə qılmaq istəyirlər.
avatar

Shaig

+
+1
Google`un böyüklüyü nəinki internetdəki rəqiblərini narahat edir, hətta bu yaxınlarda Vodafone CEO`su Barselonadakı Dünya Mobil kongresində də Google`un böyüklüyü haqqındakı narahatlığını demişdi. Ona görə internedəki rəqiblər daha əl-ayağa düşüblər.
avatar

Sadig

  • 20 февраля 2010, 13:28
+
0
Güclüyə qarşı zəyiflərin birləşməsi?! Ancaq əslində nə MS nə Yahoo zəyif deyildir. Ondabu nədir? Bizdə buna paxıllıq adını verirlər. Bəlkə də acgözlülük.

Birləşsələr də inanmıram ki, ölmüş portal və errorlar kralı birləşib Google-a rəqib sistem ortaya çıxarda bilsinlər.
avatar

kataloq

  • 20 февраля 2010, 14:13
+
0
Təbii ki çıxara bilməyəcəklər. Ancaq birlikdə bazar paylarını artıracaqlar. Həmdəki belə işlərlə də mediada ən azından adları gəzir. Ona görədə bu paxıllıqları müəyyən qədər xeyir gətirə bilər. Ancaq uzunmüddətli olmaz.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.