İnternet →  Facebookda @Bakcell-in "Köməkçi" bölməsi


Sosial Media inkişaf etdikcə böyük şirkətlər bu platformaları daha çox istifadə etməyə başlayır.
Bu sahədə qabaqcıl şirkətlərimiz isə mobil operatorlardır.Bakcell şirkəti də öz Facebook səhifəsində «Köməkçi» adını verdiyi tətbiqi istifadəyə verib. Burada bir növ saytın mini forması olaraq istifadəçilərə xidmət göstərilir.
Bu barədə Facebook səhifəsində Bakcell məlumat verib:
Bu gündən etibarən biz Facebook səhifəmizdə Sizin rahatlığınız üçün yeni “Köməkçi” bölməsini yaratdıq. Bu bölümdə Siz Bakcell-in bütün tarifləri, xidmətləri, kampaniyalari, video çarxları həmçinin şirkətimizdəki vakansiyalar haqqında məlumat ala biləcəksiniz. Eyni zaman burada “FAQ” (tez-tez verilən suallar), “Pulsuz SMS” və bizimlə “Əlaqə” yarımbölmələri mövcuddur.
“Sizin mobil telefonunuz” yarımbölməsində mobil telefonunuz haqda ətraflı məlumat alacaq, onun 3G-ni dəstəkləyib-dəstəkləmədiyini öyrənə biləcəksiniz.


Texniki detallara nəzər salsaq isə, məlumatlar Bakcell-in öz saytında yerləşməsinə baxmayaraq, Facebook səhifəsindəki xüsusi tab Hike — Social Apps vasitəsilə səhifəyə yerləşdirilib.
Paylaş :
  • 0
  • 25 января 2012, 16:44
  • Weboxu

Şərhlər (1)

RSS yığmaq / açmaq
+
+1
Gelib Azerbaycanda Sosyal Medya Ajansı quracam sonunda.

«Texniki detallara nəzər salsaq isə, məlumatlar Bakcell-in öz saytında yerləşməsinə baxmayaraq, Facebook səhifəsindəki xüsusi tab Hike — Social Apps vasitəsilə səhifəyə yerləşdirilib.» hahaha :)
avatar

orkhankerimov


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.