İnternet → Youtube-da hər gün 4 milyard video izlənilir!

Google xidmətlərindən olan dünyanın bir nömrəli online video xidməti YouTube üzərindən izlənililən video sayı gündəlik 4 milyarda yüksəldi.
Reutersin , bu rəqəm ötən 8 aydan bu günə qədər 25%-lik, yəni 1 milyardlıq bir artım mənasını verir. Bu sürətli artımın səbəblərindən biri xidmətin kompüterlərlə birgə ağıllı telefon, planşet və ağıllı televiziya kimi müxtəlif kanallar üzərindən də xidmət göstərməsi ilə birgə, həm də Google-un servisi daima inkişaf etdirməsidir.
Google-un vermiş olduğu statistikaya görə, Youtube-a hər dəqiqə 60 saat uzunluğunda video əlavə olunur. 8 ay əvvəl bu rəqəm hər dəqiqə başına 48 saat idi. Yəni, yenə 25%-lik bir artım da burada yaşanıb.
Google-un 2006-cı ildə 1.6 milyard dollar qarşılığında satın aldığı Youtube, bu gün nəhəng firmanın ən əhəmiyyətli xidmətlərindəndir. Firmanın illik 5 milyard dollar gəlir əldə etdiyini açıqladığı vizual reklamlarının da əksərisi Youtube videoları içərisində nümayiş olunur.




Şərhlər (0)
RSS yığmaq / açmaq