İnternet →  Əyləncə saytı

Azərbaycan İnternetində ən populyar kateqoriyadır bu əyləncə saytları.
Bəlkədə gündə biri açılır. Amma indiyə qədərdə bu əyləncə saytlarından heç biri keyfiyyətli kontent vermir demək olarki. Yəni nə qədərdə əyləncə saytı açılsa, heç birinə sayt deməyə adamın dili gəlmir. Dost-tanış da adamdan əyləncəli bir sayt ünvanı soruşanda bir ünvan verməkdə olmur.
iNet`ə daxil olanda təzə rastladığım saytlara baxırdım, yenə əksəri boş saytlar idi. Birinə baxanda isə nisbətən daha maraqlı bir saytla qarşılaşdım.

Saytın ünvanı Temp.az`dır. Ən azından adam baxıb belə fərqli bir sayt görəndə sevinirki monoton görsənmir internet. Elə ona görə də yazdımki digərlərindən fərqlənirdi. Düzdü çatışmayan cəhətləridə var. RSS`i yoxdur saytın. RSS`i qoşsalar çox yaxşı olardı. RSS`i olsa idi olduğundan daha tez populyarlaşmaq imkanı da olardı. Ən azından RSS reader`lərinə əlavə edənlər çox olardı.
Paylaş :
  • 0
  • 30 ноября 2009, 22:34
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.