İnternet →  "Google" Azərbaycanda öz serverlərinin yerləşdirilməsinə başlayır

Bu barədə TREND məlumat verib.
«Google» şirkətinin serverləri «DeltaTelecom» ilkin provayderinin DATA-mərkəzində yerləşdiriləcək. Bu barədə cümə axşamı Trend-ə «DeltaTelecom» şirkətinin texniki direktoru Rahid Ələkbərli məlumat verib. Ələkbərlinin sözlərinə görə, onların quraşdırılması üzrə işlərə artıq avqustun ortalarında, yəni «Google» şirkətinin serverlərinin Azərbaycana gətiriləcəyi vaxtda başlanması planlaşdırılır. «Google»un serverlərinin Azərbaycan ərazisində yerləşdirilməsi ilkin provayderin xərclərinin azalmasına imkan verir, çünki bu halda tranzit ölkələrə trafik axını haqqının ödənilməsi zərurəti aradan qalxır. Azərbaycanın axtarış sistemlərində serverlərin olması azərbaycanlı istifadəçilər üçün axtarışın keyfiyyətini artırmağa imkan verir, çünki nəticələr böyük sürətlə hazırlanır. «DeltaTelecom» şirkətində müvafiq infrastrukturun olması «Google» şirkətinin AzNET seqmentini seçməsində əsas amil olub. «DeltaTelecom» DATA-mərkəzi internet-resursların qorunub saxlanması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış texniki meydandır. Mərkəzin mühəndis sistemləri orada yerləşən resusrlardan bütün gün ərzində işini təmin edir, onun yerinə yetirdiyi funksiyaların fasiləsizliyinə zəmanət verir.

«Delta-Telecom»un rəsmi saytında mövzu ilə əlaqədar bir yazı yoxdur. Hazırda Delta-Telecom-un DATA-mərkəzində bir çox Azərbaycan saytları var. Delta mərkəzində virtual maşın üzərindən serverləri istifadəyə verir. Müvafiq şərtlərdə isə serveri pulsuz istifadəyə verir. Yəqin ki, Google serverləri həmin virtual maşın üzərində olmayacaq. Əgər yazılanlar doğru olsa, mərkəzə Google-un şəxsi serverləi gətiriləcək. Delta-Telecomun regiondakı mövqeyi də nəzərə alınanda, bu serverlərin işi təkcə Azərbaycan üçün məlumat təmin etmək yox, bütün region üçün məlumat təmin etmək olacaq. Eyni zamanda Delta-Telecomun imicinə də müsbət təsir edəcək. Delta-Telecom-un saytında mövzu ilə əlaqədar hər hansı bir məlumat olarsa, diqqətinizə çatdıracağıq.
Paylaş :
  • +4
  • 14 июля 2011, 22:58
  • Weboxu

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
+2
Google-un gəlməyi bütün internetimiz üçün müsabət olar. Ən azından Deltada da bəlkə tələb təklif üzərinə, xidmətin səviyyəsi artar. Nəticədə biz də rahatca Azərbaycan serverlərindən də istifadə edərik.
avatar

Shaig

+
0
Google rəsmən Azərbaycana gəlsə yəqin ki, xidmətlərində Azərbaycanla bağlı dəstəklər daha yaxşılaşar. Bəlkə Google Adds`də də ölkə onun üçün maraq oyadar və nəsə müsbətə doğru dəyişiklikər görərik internet bazarımızda.
avatar

Sadig

+
0
Vaxt;nda «Yahoo!»nu niyə buraxmadılar Azərbaycana? Özləri ilə hər şeyi gətirirdilər…
avatar

Millenium

+
0
Məncə bu infrastuktur ilə əlaqədar bir şeydir. O vaxt çətin bizdə imkan olardı serverləri yerləşdirmək üçün.
avatar

Shaig

+
0
Bəs Google rəsmi ofis açacaq?
avatar

a_abdullayev1985


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.