İnternet →  Mobil sosial şəbəkə

Bu gün yeni bir sayt haqqında press-reliz`lə xəbər adlım. Əvvəla onu deyimki bu çox yaxşı haldırki saytın istifadəyə verilməyi barədə press-reliz tipli məlumat yayılır.
Sayt barədə onu deyimki, başlıqdanda göründüyü kimi mobil sosial şəbəkədir — mysmile.biz. Azərbaycan intrernetində onsuzda mobil saytların həm reytinqi həmdə qazancı veb saytlardan daha çox olur. Düzdü mobil saytlar çox olmasına baxmayaraq onların keyfiyyəti barədə xoş sözlər demək olmaz. Daha əvvəl də mobil sosial şəbəkələr açılmışdı. Ancaq sonrada veb variantına da keçmişdilər. Yeni mobil sosial şəbəkənin də yalnız mobil variantdamı qalacağı sonrada veb variantınada keçəcəyi hələki dəqiq deyil. Yəqinki hər şey tələbdən asılı olar.
Press-relizdən sitat:
MySmile mobil dünyada sakinlərini öz platformunda cəmləşdirməklə yanaşı, həm də digər saytlardan fərqli olaraq sosial şəbəkə sisteminə və daha geniş imkanlara malikdir.

Sayt istifadəçiləri virtual aləmin imkanlarından veb saytda olduğu kimi burda da yararlana bilməkdədirlər. Onlar gündəlik (bloq) yarada bilər, tanışlıqda yeni insanlarla ünsiyyət qura bilər, arzu edərsə forumda müzakirələr apara bilər, mobil söhbət sisteminə qoşula bilərlər. Ayrıca anket, xəbərlər, mobil yükləmələr, mesaj lövhəsi, oyunlar bölməsi ilə geniş xidmət sahəsi olan saytın ən çox diqqət çəkən bölməsindən biri də Virtual Şəhər-dir.


Kifayət qədər mobil cihaz istifadəçisi olan ölkəmizdə bu tipli saytın yəqinki qısa zamanda arzuladığı reytinqi əldə etmək şansı var.
Sayt rəhbərləri Rəşad Əliyev və Fuad Heydərov saytın hələ başlanğıc üçün belə imkanlara sahib olduğunu ancaq bunun belə qalmayacağını və tezliklə daha da yeni bölmələrinin istifadəyə veriləcəyi barədə məlumat veriblər. Yəqinki yeni bölmələrdə istifadəçi tələblərinə görə olar.
Düzü saytın reklamdan başqa gəlir modeli olub-olmadığı haqqında bir məlumat almadım press-relizdən. Yəni pullu və ya smslə işləyən hansısa xidmətlər təklif edəcəklərmi bilmirəm. Ancaq saytın öz daxili pul sistemi olacaqmış.
Press-relizdən sitat:
Siz balansınızdakı balları bank bölməsində virtual pula çevirə bilər və virtual şəhərin arzu etdiyiniz imkanlarından çox asanlıqla yararlana bilərsiniz. Arzu etsəniz telefon, maşın, ev və s. əşyalar ala bilər, səyahətə gedə bilər və ya intellektual oyunlar oynayaraq qalib gəldiyiniz zaman balınızı artıra bilərsiniz.


Mümkündürki gələcəkdə real dükan və ya kafelərlə danışıqlar aparmaq, virtualda onların reklamını etmək, məsələn sosial şəbəkənin daxilindəki şəhərdə həmin danışılmış dükan, kafe və ya bu kimi ticari obyektlərin real məlumatları, real ünvan və logoları olsun, oralardan edilən virtual alış verişlərdə hansısa bonuslar qazanılsın, o bonuslar isə real mağazada istifadə edilsin. Ya da buna oxşar nəsə eləmək olar. SMS xidmətlərdə vermək olar sayt-nömrə (mobil cihaz) arasında. Hər halda görək necə olacaq.

Uğurlar. Nəsə bir yenilik olduqda yenə bizə e-mail vasitəsilə məlumat verər və ya elə qeydiyyatdan keçərək burada yaza bilərlər.
Paylaş :
  • 0
  • 29 ноября 2009, 15:01
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.