İnternet →  ICANN-dan yeni domain adları almaq imkanı



İnternet domain adlarının idarəsini və rəhbərliyini boynuna götürən ICANN (İnternet Corporation for Assigned Names and Numbers) adlı quruluş çox maraqlı bir qərar verdi. İinternet saytları üçün yeni domain sonluqlarından istifadə etmək imkanı yaradılır.
Bilindiyi kimi, internet saytlarının adlarının sonunda .com, .net, .edu, .gov kimi sonluqlar var. Əlbəttə ki, xüsusi ölkə domainləri.

Nöqtə istənilən domain adı.
Məhdud sayda olan bu sonluqlar artıq əvvəlki kimi məhdud deyil. Artıq ICANN-ın yeni qərarı ilə sonluqlar hər hansı söz ola bilər.

Məsələn artıq istəyən .baki sonluq ilə bir domain adı ala bilər. Bundan sonra URL shortner-lər açmaq da böyük saytlar üçün daha asan olacaq. Məsələn you.tube açıla bilər və ya web.oxu

Əbəttə bu tip bir domain adı kirayəyə götürmək isə normaldan çox bahalı olacaq. Edilən açıqlamaya görə, yeni xüsusi domainə sahib olmaq üçün müraciət ödənişi 185 min dollar, domain adının illik ödənişi isə 25 min dollar olacaq.
Müraciətlər gələn ildən qəbul edilməyə başlanacaq.
Paylaş :
  • +2
  • 20 июня 2011, 12:46
  • Weboxu

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
+2
Azərbaycan bazarı yaxşı inkişaf eləmiş olsa idi. Ya da əhalimiz minimum 30 milyon olsa idi, bir investor rahatlıqla .aze üçün müraciət edə bilərdi. Beləcə .az-ın monopoliyası dağılardı :).
avatar

Shaig

+
0
.file .edu .hotel .money .game
Ama məncə .sex və .porn 100% alınacaq :)Əgər hər hansısa qadağa yoxdursa
avatar

guliyev85

+
0
Məncə əksinə. .sex və .porn almaq porn industry üzrə sahibkarlar sərf etməz. Çünki belə domenləri asanlıqla bloklamaq olur :)
avatar

Valeh


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.