İnternet → Nokia Developers hack-ləndi

Məşhur smartfon istehsalçısı hack-ləndi. Nokianın developerlər üçün istifadə etdiyi developer.nokia.com ünvanına bir hacker hücumu olub. üzərində hackerlər tərəfindən bir SQL injection bug-ı istifadə edilərək Nokia developerlərin hesabları hackləndi. bu SQL injection açığından istifadə edərək az saytda developerin məlumatları ələ keçirilib.
( Ətraflı oxuyun )
- 0
- 30 августа 2011, 14:14
- şərh yaz
İnternet → Gomap.az ictimai nəqliyyatın marşrutları və başqa servisləri əlavə edib

Press-reliz: turizm internet-portalının Azərbaycanın elektron xəritəsi əsasında yeni servisləri təqdim olundu.
Bakı və Sumqayıtın ictimai nəqliyyatının marşrut sxemləri, müəssisələrin ətraflı kataloqu (), fərdi xəritələrin yaradılması üçün imkan və s.
internet-portalı özünün Azərbaycan elektron xəritəsi əsasında yaradılmış yeni servisləri ictimaiyyətə təqdim etdi. Yeniliklər arasında “müəssisələrin kataloqu” xidməti var. Sözügedən kataloq vasitəsilə obyektin dəqiq yerini və ona aid məlumatı öyrənmək olar, həmçinin naviqasiya vasitəsilə marşrut yaratmaq olar.
( Ətraflı oxuyun )
- +2
- 26 августа 2011, 13:28
- 6+6
İnternet → Adobe Muse - kod yazmadan veb sayt

Adobe şirkəti HTML5-in çıxmasından sonra flash texnologiyasının arxa planda qaldığını görüb yeni məhsullar çıxarmağa başlayır. Bu yeni məhsullar da yeni trend HTML5-in xüsusiyyətlərini istifadə edir. Qısa müddət əvvəl flashları HTML5-ə çevirən proqramını istifadəyə vermişdi. Avqustun 15-i isə Muse adında daha başqa bir məhsulun beta versiyasını istifadəyə . Muse kod yazmadan sayt düzəltməyə kömək edən texnologiyadır. Əsasən qrafik dizaynerlər üçün nəzərdə tutulan, onların işini asanlaşdıracaq bir məhsul olaraq təqdim edilir.
Daha əvvəl Dreamweaver ilə veb dizaynerlərin bir nömrəli köməkçisi olan Adobe, bu dəfə kod yazmağa ehtiyac duymadan bir-birindən bənzərsiz veb saytları meydana gətirməyi təmin edən bir vasitə təqdim edir. Muse kod adlı proqramın beta versiyasını istifadəyə verən Adobe, proqramı bir başqa məhsulu olan Adobe Air ilə develop edib. Bu da Muse-un həm PC həm də Mac-larda işləyə bildiyi mənasını verir.
( Ətraflı oxuyun )
- +1
- 18 августа 2011, 04:59
- 2+2
İnternet → 20 yaşlı Web
Düz 20 il əvvəl, 6 Avqust 1991-ci ildə Sir Berners-Lee-nin meydana gətirdiyi dil Hypertext mark-Up Language (yəni HTML) ilə Web dünyaya gəlmişdi.World Wide Veb standartını təyin edəcək olan qurum 1980-ci illərdə Berners-Lee tərəfindən CERNdə qurulmuşdu. Qurumun məqsədi fizikaçıların dünyanın hər yerində eyni təchizat və eyni proqram ilə məlumat paylaşa bilmələrini təmin etmək idi. Berners-Lee işlər əsnasında yazı, şəkil, verilənlər bazası, dokumentasiya kimi bir çox fərqli quruluşdakı məlumatlara çatılmasının HyperText adı verilən hiper mühitlərlə təmin edilə biləcəyini kəşf etdi.
Nəhayət 6 avqust 1991-ci il tarixində assistenti ilə birlikdə hiper text transfer protokolunu — HTTP əsasında dünyanın ilk Web saytını o dövr Steve Jobsun başçılıq etdiyi NeXT firmasının hədiyyəsi olan və NeXTStep əməliyyat sistemi ilə işləyən bir kompüterdə həyata keçirdi. O kompüter də beləcə ilk veb serveri, ilk hiper media skaneri və veb redaktoru oldu.
( Ətraflı oxuyun )
- +1
- 8 августа 2011, 03:48
- şərh yaz
İnternet → Yahoo, Hulu üçün 2 milyard dollar təklif edir

Bir vaxtların ən populyar saytı gedərək öz mövqeyini itirir. 2-ci rübün hesabatında da, bu özünü göstərdi və Yahoo rübü ziyanla bağladığını açıqlamışdı. Ancaq bu mənfi xəbərlərə baxmayaraq Yahoo-nun yeni bir satınalma etmək istədiyi .
Texnologiya bloglarında və unda almaq istədiyi deyilən -nun sahibi olmaq istəyən növbəti şirkət deyilənə görə Yahoo-dur. Yahoonun, Hulunun sahiblərinə (Disney, News Corporation, Comcast ve özəl sərmayə şirkəti) etdiyi təklif isə 2 milyard dollardır. Ancaq bir şərtlə: 4 və ya 5 il boyunca televiziya proqramlarına və köhnə filmlərə yalnız Hulunun icazəsi olacaq və bunların yayım haqqlarına sahib olacaq. Bloomberg isə yayımladığı xəbərdə Hulunun indiki sahiblərinin satın alacaq firmaya 5 illik icazə və yalnız 2 illik yayım haqqı verə biləcəyini qeyd edib.
Başqa bir maraqlı cəhət isə Hulu-nun adının məhz Yahoo ilə bir çəkilməsidir. Çünki Yahoo qısa müddət əvvəl xərclərinin çoxluğuna və şirkətin gələcək siyasəti ilə uyğunlaşmadığına görə video xidmətini dayandırdı. Yenidən isə video ilə əlaqəli bir servisə maraq göstərirlər.
- +1
- 21 июля 2011, 16:50
- 2+2
İnternet → "Google" Azərbaycanda öz serverlərinin yerləşdirilməsinə başlayır
Bu barədə TREND məlumat .«Google» şirkətinin serverləri «DeltaTelecom» ilkin provayderinin DATA-mərkəzində yerləşdiriləcək. Bu barədə cümə axşamı Trend-ə «DeltaTelecom» şirkətinin texniki direktoru Rahid Ələkbərli məlumat verib. Ələkbərlinin sözlərinə görə, onların quraşdırılması üzrə işlərə artıq avqustun ortalarında, yəni «Google» şirkətinin serverlərinin Azərbaycana gətiriləcəyi vaxtda başlanması planlaşdırılır.
( Ətraflı oxuyun )
- +4
- 14 июля 2011, 22:58
- 5+5
İnternet → Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi
2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.
( Ətraflı oxuyun )
- 0
- 12 июля 2011, 21:57
- 1+1
İnternet → Unibankın "Google adsense" qiyməti barədə açıqlaması

Xatırladaq ki, iyunun əvvəlində blogumuzda «Google Adsense» çeklərinin pula çevirmə haqqının qalxması ilə əlaqədar . Bankdan isə daha yeni bu məsələ ilə bağlı açıqlama verilib. Rəsmi Facebook səhifəsində açıqlama edən bank, qiymət artımının səbəbi barədə məlumat :
Google Adsens" üzrə yeni komissiya haqqlarımızdan naraza olanların nəzərinə çatdırırıq ki, Bank bu günə kimi həmin xidmət üzrə qaçırılmaz poçt məsrəfləri hesabına itkilər ilə üzləşirdi. Hesablamalar onu göstərdi ki, orta hesabla «Google Adsense» xidmətləri üzrə çeklərin nağdlaşdırılması üçün ancaq «UPS» üzrə Bankın xərcləri 65 ABŞ Dolları təşkil edir. Ümumi nəticədə isə hər bir inkassisiya əməliyyatı zamanı Bankın xərcləri xarici banklara («WELLS FARQOBANK», «COMMERZBANK») ödədiyi klirinq haqqı ilə bərabər $100 çatırdı, halbuki bizə təqdim olunan çeklərin məbləği əksər halda 50-60 dollar civarında idi. Təbii ki, bu növ xidmətdə əvvəl tətbiq olunan 2% komissiya xərcləri ödəmirdi.
Hal-hazırda bu xidmətdən istifadə edənlərə məsləhətimiz budur ki, çeklərin inkassasiyasını bir-bir yox, daha yüksək məbləğdə toplasınlar və Bank vasitəsi ilə aparsınlar. Nəzərə alın ki, yeni tarif 100 ABŞ dolları + 2% komissiya qədərdir.
- +1
- 8 июля 2011, 16:36
- 6+6
İnternet → GoDaddy 2,25 milyard dollara satıldı
Bir müddət idi ki, GoDaddy-nin satılacağı ilə əlaqəli xəbərlər gəzirdi. Qiymətin 2 — 2.5 milyard arasında olacağı ifadə edilir. Hər nə qədər 0.5 rəqəmlər kiçik kimi görünsədə, 500 milyon dollarlıq bir rəqəmdir. Məsələ tam dəqiqləşdiyi üçün, bu barədə məlumat verə bilərik. Şirkət KR & Co., Silver Lake Partners və Technology Crossover Ventures-a . Bu satışdan sonra GoDaddy-nin daha da böyüməsi gözlənilir. 2009-dan 2010-a nisbətən 25% artış ile 947 milyon dollarlıq satış edilmişdi. Əgər şirkətin böyüməsi belə davam eləsə bu ilin sonuna qədər 1.1 milyard dollarlıq satışın olması gözlənilir.
- 0
- 4 июля 2011, 17:50
- 1+1
İnternet → Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil
Press-reliz: Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu bildirilib.
( Ətraflı oxuyun )
- 0
- 30 июня 2011, 14:43
- 2+2



