Reytinq
0.00
səsıər:
0
avatar

İnternet  



İnternet →  Çin spam liderliyində ikinciliyə gerilədi

İndiyə qədər həmişə harda oxuyurduqsa spam yollanmağında Çin lider olaraq göstərilirdi. Cisco`nun hazırladığı hesabata görə 2009-cu ilin başlanğıcından noyabr ayına qədər 7.7 trilyon spamla Brazilya liderliyə yüksəldi. Keçən ildən bu yana brazilyadan yollanan spamların həcmi 3 dəfə artıbdı. İkinci yerə geriləyən Çində isə yollanan spamlar keçən ilə nisbətdə 25% azalıbmış. Cisco`nun təhlükəsizlik üzrə mütəxəssisi Patrick Peterson`un fikrincə, «Brazilyada genişzolaqlı internetə çox sürətli keçid olduğuna görə spamlar belə artıbdı. Eyni zamanda Çin hökümətinin gördüyü tədbirlərdə buna səbəb olubdu».
Məncə isə buna səbəb Çində olan qadağalardır.
Paylaş :

İnternet →  Qol.az dizaynında yenilik.

Bu gün Facebookda paylaşılan linklər arasında Qol.az`ı gördüm. Girib baxdımki dizaynı dəyişibdi. Dəyişib deyəndə 525-ci qəzetin köhnə dizaynındadır indi. Demək olarki dizaynda heç bir şeyi dəyişdirməyiblər. Əslində elə Qol.az 525-ci qəzetlə əməkdaşdırlar. Deyilənə görə həmin qəzetin saytıdır. Bəlkə də razılıq əsasında ediblər. Düzü 525-ci qəzetin dizaynlarının dəyişildiyini bilmirdim heç, girib tez baxıb şəkillərini çəkərək müqayisə eləmək istədim. Amma gördümki onlarda dəyişmişmiş. Ona görə yalnız internetdən köhnə versiyasına baxmaq alındı. O da bir az yarımçıq. Hər halda fikir sahibi olmaq mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Mail.ru search - by Google


Bu gün yeni bir xəbər+ daha aldım. Deməli tanıdığımız Mail.ru`nun axtarış sistemi Yerli axtarış sistemi olan Yandex tərəfindən hazırlanmışdı. Artıq bu dəyişəcək kimi görünür. Əvvəldən bilinir ki, Google Rusiya bazarında ürəyi istədiyi kimi mövqelənə bilməyibdi. Məhz Gmail`də elə Mail.ru`ya uduzur. Deyəsən Mail.ru`dakı belə böyük potensialı görübki indi onunla müqavilə imzalamaq qərarına gəlibdi.
Mənbə+
Paylaş :

İnternet →  Uşaq saytları

Maraqlıdır, son vaxtlarda nəsə uşaqlara aid saytlar yaman çoxalmağa başlayıbdı. Uzun müddət demək olarki bir dənədə olsun belə bir sayt yox idi. Son vaxtlarda isə ard-arda çıxmağa başladılar. Bu gün də birinin açıldığını eşitdim. İlk əvvəl Ana.az saytının açıldığını görmüşdüm. Ondan sonra Bala.az barədə eşitdim. Sonra digər bir uşaq saytıda Oyren.org oldu. Bu gün son qarşılaşdığım isə Anacan.az oldu. Bilmirəm bu uşaq saytlarının düzəldilməsi modası hardan gəldi…
Paylaş :
  • 0
  • 2 декабря 2009, 22:30
  • Shaig
  • 4+4

İnternet →  Əyləncə saytı

Azərbaycan İnternetində ən populyar kateqoriyadır bu əyləncə saytları.
Bəlkədə gündə biri açılır. Amma indiyə qədərdə bu əyləncə saytlarından heç biri keyfiyyətli kontent vermir demək olarki. Yəni nə qədərdə əyləncə saytı açılsa, heç birinə sayt deməyə adamın dili gəlmir. Dost-tanış da adamdan əyləncəli bir sayt ünvanı soruşanda bir ünvan verməkdə olmur.
iNet`ə daxil olanda təzə rastladığım saytlara baxırdım, yenə əksəri boş saytlar idi. Birinə baxanda isə nisbətən daha maraqlı bir saytla qarşılaşdım.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Mobil sosial şəbəkə

Bu gün yeni bir sayt haqqında press-reliz`lə xəbər adlım. Əvvəla onu deyimki bu çox yaxşı haldırki saytın istifadəyə verilməyi barədə press-reliz tipli məlumat yayılır.
Sayt barədə onu deyimki, başlıqdanda göründüyü kimi mobil sosial şəbəkədir — mysmile.biz. Azərbaycan intrernetində onsuzda mobil saytların həm reytinqi həmdə qazancı veb saytlardan daha çox olur. Düzdü mobil saytlar çox olmasına baxmayaraq onların keyfiyyəti barədə xoş sözlər demək olmaz. Daha əvvəl də mobil sosial şəbəkələr açılmışdı. Ancaq sonrada veb variantına da keçmişdilər. Yeni mobil sosial şəbəkənin də yalnız mobil variantdamı qalacağı sonrada veb variantınada keçəcəyi hələki dəqiq deyil. Yəqinki hər şey tələbdən asılı olar.
Press-relizdən sitat:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  URL`unu əz!

İnternetdə hər gün adam yeni xəbər, yeni sayt eşidir. Xüsusilə Twitter dövrünün başlaması ilə birgə URL qısaltma servislərinə də tələbat artdı. İstifadələri çoxaldı. Hər kəs ən qısa URL`i təqdim etmək üçün bir-birləri yarışırlar. Mənim ən çox istifadə etdiyim yerli URL qısaltma servisi olan url.az`dır. Mən bu servislərdən ən qısası olaraq p.ly`ni bilirdim. API verdiyi üçündə papulyarlığı artar deyə düşünürəm. Bu gün Twitter`dən öyrəndimki bundan da qısası varmış. Bu sayt isə http://to./ kimi adlanır. Düzü görəndə çox təəccübləndim. Maraqlı domaindir.
URL qısaltmalara aid eşitdiyim digər xəbər isə başqa tərəfdən maraqlıdır. Beləki Twitter`də insanlar çox yazı yaza bilmirlər. 140 simvol çox söz deməyə imkan vermir. Əvəzində isə çox URL paylaşırlar. Və, Twitter istifadəçiləridə digər bütün servisləri istifadə edənlərdən daha çox klik edirlər URL`lərə.

Buna görədə saytlardan biri belə tipli reklam servisi açıbdır. Ad.ly adlanan sayta müraciət edib yayımcı olaraq qeydiyyatdan keçirsiniz. Bundan sonra gündə bir dəfə olmaqla onların sizə verdiyi URL`u twitləyəcəksiniz. Bu servisdə günümüz internetinin yararlı xidmətlərindən olan API üzərində qurulubdu. Görək indi gələcəkdə Twitter bu reklam stilinə qadağa qoyacaq, ya Google`dakı kimi sponsor link`ə bənzər şəkildə fərqli rəngdə qeyd edəcək.
Paylaş :
  • 0
  • 29 ноября 2009, 00:23
  • Shaig
  • 4+4

İnternet →  Wikipedia Redaktor Böhranına Girdi


İnternetdə araşdırma edirsinizsə, online ensiklopediya xidməti Wikipedianı mütləq eşitmisiniz. İçində dərhal hər mövzu haqqında məlumat və məqalələr olan sayt, bu sıralar çətin zamanlar yaşayır. BBCin araşdırmasına görə, keçdiyimiz aylarda Wikipedia redaktorlarından 49 minini itirdi. 2008-ci ildə bu rəqəm yalnız 4.900 adam idi.


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Osman Gündüz: “Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

Hal-hazırda Azərbaycanda internet qiymətlərini digər qonşu ölkələrlə müqayisədə formal olaraq normal hesab etmək olar. Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, 1 meqabit internetin bəlli sürəti Rusiyada hansı qiymətdirsə bizdə də ona yaxınlaşıb. Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlər toxunan AİF prezidenti bildirib ki, ölkəmizdə provayderlər tərəfindən təqdim olanunan sürətlə, istifadəçilərin aldığı real sürət arasında kəskin fərq var.


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Lent.az`ın fəaliyyəti məhdudlaşıb (yenilənib)


Azərbaycan dilli tanınmış xəbər saytlarından Lent.az`ın fəaliyyətində nasazlıq yarandığını gördüm. Dünən Twitter üzərindən də yazmışdım bu haqda. Hətta Müsavatda da bu haqda xəbər gördüm. Maraqlıdır görən həqiqətən olan hücumdur ya istifadəçi çoxluğundan düşən yükdür. Hər halda bu haqda geniş informasiya versələr yaxşı olardı.
Birdə deyildiyi kimi əgər hücumdursa və Azərbaycandandırsa, bu haqda necə hüquqi prosedura tətbiq ediləcək…
22.11.09

Bu gün Twitter`dən öyrəndim ki, lent.az hack olunubdu. Yönləndirmə sistemi ilə ediblər. Görək axırı necə olacaq.
Paylaş :