Reytinq
0.00
səsıər:
0
avatar

İnternet  



İnternet →  Facebookda @Bakcell-in "Köməkçi" bölməsi


Sosial Media inkişaf etdikcə böyük şirkətlər bu platformaları daha çox istifadə etməyə başlayır.
Bu sahədə qabaqcıl şirkətlərimiz isə mobil operatorlardır.Bakcell şirkəti də öz Facebook səhifəsində «Köməkçi» adını verdiyi tətbiqi istifadəyə verib. Burada bir növ saytın mini forması olaraq istifadəçilərə xidmət göstərilir.
Bu barədə Facebook səhifəsində Bakcell məlumat verib:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Youtube-da hər gün 4 milyard video izlənilir!


Google xidmətlərindən olan dünyanın bir nömrəli online video xidməti YouTube üzərindən izlənililən video sayı gündəlik 4 milyarda yüksəldi.
Reutersin xəbərinə görə, bu rəqəm ötən 8 aydan bu günə qədər 25%-lik, yəni 1 milyardlıq bir artım mənasını verir. Bu sürətli artımın səbəblərindən biri xidmətin kompüterlərlə birgə ağıllı telefon, planşet və ağıllı televiziya kimi müxtəlif kanallar üzərindən də xidmət göstərməsi ilə birgə, həm də Google-un servisi daima inkişaf etdirməsidir.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Azərbaycan saytlarına kütləvi kiber hücumlar - yeniləmə #12


Bu gün YAP-ın saytı ilə başlayan hücum davam edir. Bir çox dövlət saytları və xəbər agentliklərinin saytları hack olunur.
Bu barədə ətraflı məlumatımız yoxdur. Ona görə prosses barədə ətraflı xəbər verə bilmirik. Yeni məlumat əldə etdikdə paylaşacağıq.
İndiyə qədər hücuma məruz qalan saytlar:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Saytlardakı qeydiyyat prosessində yeni dövr tələbləri

Aparılan bir araşdırmada istehlakçıların veb saytlarında gəzişmək, yazılara və ya saytdakı məhsullara şərh yazmaq ya da online alış etmək üçün veb saytların qeydiyyat formalarından necə istifadə etdiklərinin statistikası tərtib edildi. Sayt sahibləri üçün maraqlı ola biləcəyini düşünüb bu barədə məlumat vermək istədik.

Araşdırma Blue Research tərəfindən Janrain üçün edilmişdi. Araşdırma Oktyabr ayında 619 nəfər arasında keçirilib.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  HTML5 oyun yazmaq yarışı


HTML5 texnologiyası gedərək daha da inkişaf edir. Ehtimal etmə olar ki, 2012-ci ildə HTML5 standartı həm browserlərin hər birində mükəmməl dəstəklənməyə çalışılacaq, həm də saytlar HTML5-ə keçmək üçün bir-biri ilə yarışacaqlar. Təəssüf ki, hələ Azərbaycanda HTML5 texnologiyası tam irəliləməyib. Ancaq bu il yəqin ki, HTML5 saytları görməyə başlayacağıq.
Dünyada isə HTML5 əsasında müxtəlif yarışlar da var. Bunlardan biri də HTML5 ilə oyun yazmaq yarışıdır. Yarışmanı isə Pokki adlı firma edir.


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Facebook IE7-ə dəstək verməyəcək


İyun ayında Google IE7-ə dəstək verməyəcəyini açıqlamışdı. IE7-dən dəstəyini kəsən növbəti internet nəhəngi isə Facebook oldu. Bu barədə The Sociable saytı məlumat verib.
Bu internet səyyahından dəstəyi kəsmə səbəbi yeni Timeline profilləridir. Timeline profil formatında istifadə edilən internet texnologiyaları IE7-ni dəstəkləmir. İlk olaraq sentyabr ayında elan olunan profil stilləri yeni ildən hər kəs üçün aktiv ediləcək. Beləcə Facebook da IE7-dən dəstəyini tam kəsmiş olacaq.
Köhnə versiyalı internet səyyahlarına dəstəyini kəsməsi, onların auditoriyasının məcburi istifadə etdikləri səyyahların yeni versiyalarına keçməyinə səbəb olur. Beləcə digər internet saytları da yeni internet texnologiyalarını rahatlıqla tətbiq edə bilirlər.
Paylaş :

İnternet →  Facebook mesajlarında qeyri-standart simvollar

Facebook-un mesaj sistemi əsasən çox sadə olması ilə seçilir. Burada mesaj yollayan zaman düz, qara mətn və müxtəlif simvollara əsasən smayllar yollamaq mümkündür.
Ancaq bəsən bu standartlardan kənara çıxmaq da mümkün olur. Müxtəlif kodlar yazaraq qeyri-standart simvollardan istifadə etmək olur. Məsələn hər bir hərfin şəklsini ayrılıqda simvolizə edən kodlar ya da qeyri-standart smayllar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 25 декабря 2011, 02:05
  • Weboxu
  • 1+1

İnternet →  Yoxla.az yeni xüsusiyyətləri istifadəyə verdi

Bu barədə Yoxla.az-ın rəsmi blogunda yazılıb. Bir müddətdir ki, üzərində iş aparılırdı. Artıq işlər tamamlanıb:
Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.
Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.
Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Azertelecom-un provayderi "Aktiv-ol" adlanacaq


Azertelecom-un artıq istifadəçilər üçün internet xidmətini verməyə başladığı blogumuzda yazılmışdı.
Bakutel sərgisində bir çox texnologiya şirkəti kimi, Azertelecom nümayəndələri də iştirak edirdi. Sərgidə yeni Backbone Azertelecom-un son istifadəçilər üçün xidmət göstərəcək provayderin adı da məlum oldu. Aktiv-ol adlanacaq yeni provayderin saytı da artıq hazırdı — aktiv-ol.az.
Saytda hələki bizim verdiyimiz məlumatlardan daha artığı yoxdur.
Genişzolaqlı internet bağlantısı 20 Mbit/san sürətlə endirmə və yükləmə.
Mükəmməl data ötürmə keyfiyyəti Limitsiz həcm, Simmetrik otürmə qabiliyyətli ilk məhsul.
Telefon xəttinə ehtiyac yoxdur, Əlavə avadanlığa ehtiyac yoxdur.

Artıq Əhmədli qəsəbəsi tərəfləri də, əhatə etmək üçün provayder işlərə başlayıb.
Paylaş :

İnternet →  Optik Kabel ilə internet istifadəsi başlayır...


Sentyabrın əvvəlində Azertelecom-un fəaliyyəti və Optik Kabelin çəkilməsi ilə bağlı post yazmışdım. Artıq bu gündən mən də bu provayderin istifadəçisiyəm.
Onu qeyd edim ki, hələki ödəniş tələb olunmur. Bir növ biz alfa testerlərik. İstədikləri istifadə etməyimiz və hər hansı bir problemlə qarşılaşdıqda zəng edib bu barədə məlumat verməyimizdir.
Çəkiliş prossesində də əməkdaşlardan xeyli razıyam. İşlə əlaqədar həftə içi çəkiliş üçün sabit bir zaman deyə bilmədiyimdən, istirahət günü gəlib çəkdilər.

( Ətraflı oxuyun )
Paylaş :