İnteraktiv Marketinq → İnternetdə viral reklamlar... (videolar, xüsusi səhifələr )
Sosial mediada viral reklamlara qarşı insanların münasibətini görəndən sonra bu haqda qısa fikirlərimi qısa formada yazmaq istədim. Viral reklam əsasən ideyası ilə seçilir. Məqsəd məhsulun, reklam olunan tərəfindən deyil, camaat tərəfindən yayılmasıdır. Artıq viral reklamların internet reklamçılığında xüsusi yeri var. Sosial medianın inkişafı ilə bu cür reklamların yayılması da çox rahat olur. Əvvəl mail, messenger və forumlar yolu ilə yayılan reklamlar artıq daha kütləyə xitab edə bilir. Bunun üçün ya insanları əyləndirəcək məhsullar hazırlanır, ya da sensetiv hisslərə vurğu edilir.
Bu cür reklamları əslində mən də zövq alıram.
Viral reklamlardan indi bir neçəsinə aid misal gətirəcəm. Məsələn YouTube User-lərlə hazırlanan virallar. Son zamanda bunu əsasən yeni çəkilmiş filmlər edir. Bunlardan birinə misal The Expendables filmini göstərim. Sylvester Stallone filminin YouTube səhifəsi — .

Sosial Media nəzər salaq.
Təqribi 65 min facebook paylaşımları, təqribi 500 Twitter paylaşımı və s.
Başqa bir nümunə isə maraqlı bir veb səhifə hazırlamaq. Misal olaraq yaxınlarda paylaşdığım Magnum-un veb səhifəsi — .

Bu viral reklamla birgə həm də, kateqoriyasına aiddir. Paylaşımı da sürətlənir.
Sosial Media .
Təqribi 83 min Facebook paylaşımı, Twitter 20 minə yaxın, Linkedin 7 minə yaxın, StumbleUpon 24 min, vKontakte 7 min paylaşım.
Viral reklamların ən çox paylaşılma potensialı olanları isə viral videolardır. İstifadəçilər tərəfindən bəyənilən reklamlar hədsiz çox izlənmə və paylaşma potensialındadır. Elə bu blog yazımı yazmağıma səbəb də belə reklamlardan biridir. Reklamın türkcə olmağı isə Azərbaycan istifadəçiləri arasında da çox yayılmağına səbəb olur. Bu da "inanilmaz evlenme teklifi" adlı videodur. Dünən (18 aprel) -a əlavə olunmuş video hədsiz çox paylaşılır. Bir qədər sensetiv olduğuna görə də xüsusən romantik insanlar arasında bir xeyli paylaşılır. Üstəlik bunun reklam olduğunu bilmədən paylaşdıqlarına görə ürəklə, tərifləyərək paylaşırlar. Reklam isə şüuraltı olaraq öz işini görür.
Həmin video:
Sosial Mediada .
Bir gün ərzində 33 min Facebook 2 minə yaxın Twitter paylaşımı var. Digər sosial media vasitələrində də gedərək paylaşımı çoxalır. Başqa bir uğurlu reklamdır. Bəs burada nə reklam edilir?
36-cı saniyədən başlayan monoloqa diqqət yetirək:
...Havada 432bin mil uçdum ve bunların büyük bir kısmı benim için bedavaya geldi…
Əldə isə Turkish Airlines-ın kartı var. Buradan reklam olduğu anlaşılır. Həm də çox uğurlu reklamdır.
Bu cür reklamlarla məşğul olan xüsusi agentliklər var və böyük maddi vəsaitlər tələb edir. Nəticələri isə təkcə internetdə deyil bütün ümumi mediada ölçmək olar. Biz reklamın çəkildiyi regionda olmadığımızdan təkcə sosial mediada olanları ölçə bilirik. Ancaq bu cür reklamlar TV-lərdə, qəzetlərdə və s. işıqlanır.
Viral video reklamlarla bağlı çox qəşəng bir case-lə qarşılaşmışdım. Türkiyədə eBay-ın bir qolu olan -un viral reklamı idi. Sonda bunun təqdimatını yerləşdirim. Oxucular üçün daha ətraflı məlumat olsun:




Şərhlər (12)
RSS yığmaq / açmaqP.S. Şaiq sənə məndən like bildirişi gəldi yoxsa dislike? Mən like basdım amma dislike oldu :)
Tural
Shaig
Mənim şəxsən gitdigidiyor`un viralı daha çox xoşuma gəlmişdi, o mənə daha səmimi təsir bağışlamışdı. Bəlkə də romantikadan daha çox qisasa inandığım üçün =))
Sadig
Çox sağ ol, Şaiq :)
Turalfot
Shaig
orxan96
Shaig
orxan96
Shaig
Shaig
Shaig
Sadig