İnteraktiv Marketinq →  Azərbaycan internetindən maraqlı reklam görüntüləri

İnternetin ən aparıcı oyunçularından biri də reklamdır. Yaxşısı ilə pisi ilə internet reklamları həmişə müzakirə mövzusudur. İstər yaxşı mənada, istər pis, istər qeydi-adi, istərsə də gülməli bir çox reklamlarla rastlaşmaq olar internetdə. Əslində indi yazacağım şəkillər siyahım olduqca çox idi, sadəcə səhlənkarlıqdan bir qismini format vaxtı itirmişdim. Sonra qalanlarını saxlayıb bir az daha üstünə əlavələr etmişəm. Burada reklamın hər fasonundan görmək olar. Kiçik şərhlərlə milli internetimizdən reklamlar:
İlk əvvəl son qarşıma çıxan reklamdan başlayım. Facebookda chat vasitəsilə gələn mesaj. Ona görə reklam kimi qəbul edirəmki, bu mənə həmin insan tərəfindən yazılmış ilk yazı idi. İlk dəfə qarşılaşdığım qəribə reklam tərzi:


Bu isə maraqlı reklam növlərindən biridir. Lent.az`da görmüşdüm. Yazının qarşısında onun reklam yazısı olduğu göstərilir.


Başqa bir reklam da yenə Lent.az`da gördüyümdür. Bu dəfə Aznetdə az tədbiq olunan yaxşı reklamlardan biridir. Yəni effektlivliyi cəhətdən yaxşıdır. İstifadəçilər cəhətdən deyə bilmərəm :).


Növbəti reklam növünü isə Mak.az`da görmüşdüm (düzdü təkcə bu saytda deyil ama mən ilk burada rastlaşdım. Peşəkar reklamlardan olan bu iş də istifadəçilərin diqqətini çəkmək üçün yaxşı vasitədir.


Digər bir qəribə reklam isə Google reklamlarında gördüyüm mənzərədən olacaq. Eyni sayta aid olan iki reklamı birləşdirmişəm. İlk dəfə idi ki .tk domainində olan Azərbaycan saytının reklamını görürdüm. Düzü maraqlı gəldi, madamki sayta pul xərcləməyə əlləri gəlir bu yaxşı haldır. Ancaq əllərini ciblərinə atmışkən gərək domain də alardılar.


Digər maraqlı Google reklamı isə Kataloq.net`ə aiddir. Bir vaxtlar saytın oxşar adında biri çıxmışdı. Sadəcə g-q həriflərinin dəyişikliyi var idi. O vaxtlarda belə bir reklam vermişdilərki yəni ay camaat bilinki sayt hansıdır :).


İnternetdə təkcə maraqlı və qeyri-adi yox, biyabrçı reklamlarada rast gəlmək olur. İndi göstərəcəyim reklamda həmin biyabrçı olanlardan biridir. Google`a Yumroo tərəfindən bir neçə ay əvvəl verilmiş reklamlardandır. Reytinq əldə etməyin sonuncu variantlarından olan reklam növü:


Sonuncu reklam isə gülməli reklamlardandı. Xeyli vaxt saytda gedən reklamda səhvlik düzəldilməmişdi:
Paylaş :
  • 0
  • 15 ноября 2009, 01:03
  • Shaig

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
+1
Super!
Şaiq,belə şeylərdən çox yaz.Axırıncı reklam doğurdan da maraqlı idi.Heyf ki,sözlərində səhv gedib.
avatar

kefkom

+
0
Belə şeylər qarşıma çıxdıqda screenshootlarını götürüb saxlayıram. Bir neçəsi yığışdıqca yenidən yazaram.
avatar

Shaig

+
0
Təşəkkürlər!
avatar

kataloq

+
0
Bəyənilsin! :)

avatar

Panda


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.