Reytinq
0.00
səsıər:
0
avatar

İnteraktiv Marketinq  



İnteraktiv Marketinq →  Rekord sayda şərh toplamış yarışmanın qalibi

Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.
26 yaşlı Rəşad Mehdiyev Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.
Nar Mobile hədiyyə konkursunun qalibi
Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
Paylaş :

İnteraktiv Marketinq →  Facebook -da rekord sayda şərh yığmış Azərbaycan şirkəti

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır.
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  "Browser"lərdə reklam dövrü?


İnternet reklamı zaman keçdikcə müxtəlif formalarda qarşımıza çıxır. Böyük şirkətlər müxtəlif reklam imkanları yaradırlar. İnternet reklamda lider mövqedə olan şirkətlərdən biri də axtarış nəhəngi olan Google-dur. Axtarış üzərinə qurulan reklam strategiyası ilə internet reklamın ən böyük oyunçularındandır.
Internet reklamında yeni bir kanal da brouserlər vasitəsi ilə yarana bilər. Son zamanlarda bəzi istifadəçilər Chrome brouserlərində reklam görməyə başlayıb. Bu Google-un əməliyyat sistemi qurulu Samsung Chromeook-ların reklamıdır. Yeni bir «tab» açdıqda yuxarı tərəfdə, səhifənin orta hissəsində reklam görülür. Hələ ki, burada təkcə Google-un öz məhsulunun reklamıdır və geniş auditoriya tərəfindən görülmür. Məsələnin gələcək hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Lakin istənilən halda yeni bir reklam kanalının yaranmasına səbəb olan amildir. Beləcə brouserlərdin də reklam gəlirləri ola bilər.
Dünyada isə Sosial Mediadan insanların fikrinə istinad etsək, buna münasibətləri heç də müsbət deyil. Onlar istəkləri xaricində reklama məruz qaldıqları üçün Chrome istifadəsini yenidən düşünəcəklərini deyirlər.
Paylaş :

İnteraktiv Marketinq →  Online Reklam bazarı 2015-ci ildə 50 milyard dollara yüksələcək

ReklamBildiyimiz kimi internet reklam bazarı sürətlə böyüyür. Analiz şirkəti eMarketer 2015-ci ildə bu böyümənin cüt rəqəmli ədədlərə çatacağını bildirdi. 2015-ci ildə online reklamlara xərclənən pulun 50 milyard dollar olması gözlənilir. Bu məbləğ bir əvvəlki ilin az qala iki qatıdır.

eMarketer İyun ayında 2011 ili üçün nəzərdə tutduğu (online reklam bazarındakı) gözlənilən böyüməyi haradasa iki qatına çıxararaq 20.2% olaraq açıqlamışdı. Bunda ABŞ-dakı online reklam xərcləmələrinin 2010-cu ildə 26 milyard dolları olmasının də təsiri böyükdü.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Elnur Baimovdan uğurun sirri


-Onlayn layihələrinizdən qabaq hansı işlərlə məşğul idiniz və niyə bu sektora keçdiniz?
— Mən bu layihələrlə məşğul olanda bu işlə heç kim məşğul olmurdu. 1998-ci ildə bakililar.az saytı ilə başladıq. O vaxtın ilk saytlarından biri idi. Sonra, 2003-cü ildə day.az açıldı. Bizim ilk iri xəbər portalımız idi. Sonra davamlı olaraq başqa layihələrimizi üzə çıxartmağa başladıq. Niyə mən bununla məşğul olmağa başladım. Çünki hesab edirəm ki, informasiya texnologiyaları insanları gələcəyə aparan yoldur. İntellektual layihələr məni həmişə cəlb edib.
-Azərbaycanda ilk olmusunuz?
— Deyə bilmərəm ki, ilk olmuşam. Amma uğurlu layihələrin əksəriyyəti bizim şirkətə məxsusdur. Ən çox layihələri də biz etmişik.
-İşə başlayanda əmin idiniz ki, uğur əldə edəcəksiniz?
— Yox. Amma özümə və komandama inanırdım. Heç vaxt uğur əldə edəcəyinə öncədən əmin ola bilməzsən. Min cür hadisə baş verə bilər. Planlar alt-üst olsa da, peşəkarlıq sayəsində sudan quru çıxmaq mümkündür. Azərbaycanda indi peşəkarların sayı çox azdır.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Sosial Media-da tizer reklamlar - növbəti Nar Mobile?

Son günlərdə yəqin ki, dəbdə olan «Tizer Reklamlar»la qarşılaşmısınız.
Əvvəl uzun bir müddət «Kimdəsə hələ yoxdur, bizdəsə artıq var!» reklamı getdi. Bu reklamın rəsmi şəkildə elanından qabaq artıq kimə aid olduğu bilinirdi — KFC. Sosial Media-da — Facebook, Twitter və s. bunun söz-söhbətləri gedirdi. Nəticə heç kimin yanılmadığını göstərdi.

Növbəti tizer reklamı Embawood-a aid oldu. Nə paketlenir? ( nepaketlenir.com/ ) konsepti ilə yola çıxdılar. Rəsmi şəkildə elan olunmamış yenə sosial media-da reklamın kimə aid olduğu bilindi.

İndi isə saytlara daxil olanda Filankəsov Filankəs tizer reklamı ilə qarşılaşırıq.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  İnternetdə viral reklamlar... (videolar, xüsusi səhifələr )

Sosial mediada viral reklamlara qarşı insanların münasibətini görəndən sonra bu haqda qısa fikirlərimi qısa formada yazmaq istədim.
Viral reklam əsasən ideyası ilə seçilir. Məqsəd məhsulun, reklam olunan tərəfindən deyil, camaat tərəfindən yayılmasıdır. Artıq viral reklamların internet reklamçılığında xüsusi yeri var. Sosial medianın inkişafı ilə bu cür reklamların yayılması da çox rahat olur. Əvvəl mail, messenger və forumlar yolu ilə yayılan reklamlar artıq daha kütləyə xitab edə bilir. Bunun üçün ya insanları əyləndirəcək məhsullar hazırlanır, ya da sensetiv hisslərə vurğu edilir.
Bu cür reklamları əslində mən də paylaşmaqda zövq alıram.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  İnternet reklam vs TV reklam [infoqrafika]

Bütün reklam verənlərin məqsədi birdir; məhsullarını tam olaraq hədəf kütləsinə, ən sürətli və ən doğru şəkildə çatdırmaq. Burada kimi qrup daha çox izləyicisi olduğunu düşünərək televiziyaları seçərkən, kimi qrup daha hədəflənə bilən və nisbi olaraq ucuz olduğu üçün interneti seçir. Tez-tez internet ya TV sualı meydana çıxır. Əlbəttə hər ikisinin öz üstünlükləri var. Clicker tərəfindən isə maraqlı bir infoqrafika hazırlanıb. Təbii ki qalib internetdir. Bəs hansı statistikalarla:


( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Sosial Media marketingi haqqında statistika. Facebook irəlidədir [tərcümə]

Sosial media platformaları, istifadəçilərin diqqətini cəlb etdikcə bu sahəyə ayrılan marketing büdcələri də artır. 600 milyon istifadəçiyə çatan Facebook dayanmadan böyüyərkən, sosial media marketing büdcələrinin də yarısından çoxunu özünə çəkir.

Hubspot-un statistikasına görə dünyada sosial media marketinginə xərclənən büdcə 3.4 milyard dollardır, bunun 1.7 milyard dolları yalnız ABŞ-dandır. Facebook bu xərclərdən 53% kimi böyük bir pay alarkən, Myspacenin payı %17, oyun və applicationların isə 8%. Location based (məkan əsaslı) xidmətlər və hələ ümumi xidmətə açıq reklam infrastrukturu təqdim etməyən Twitterin aldlğı pay isə yalnız 3%-dir.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Röya və Nokia N8

Müasir zamanda internet öz gücünə görə digər medianı sürətlə ötür. Qəzetlər,küçə reklamları,radio,mətbuat yavaş-yavaş internetə uduzur. Artıq televiziya da internetə uduzur. Fakt kimi isə Youtube-da məşhur müğənni Röyanın çoxfunksiyalı Nokia N8 HD smartfonunu təqdim etməsi çəkilən Youvutbe videosunu göstərmək olar:

Televiziyada çıxmayan bu video məxsusi olaraq Youtube üçün hazırlanıb.Buradan belə nəticə çıxır ki, internet getdikcə televiziyanı da «yeyəcək»:) Rolikdə isə bir sıra kiçik qüsurlara baxmayaraq Röya Nokia N8 telefonunu necə lazımdır reklam edir. Düzdür,onun HDMİ şnurla ev kinoteatrında klipə baxdığına inanmaq çətin olsa da,telefonun özəlliklərini çox aydın şəkildə reklam edir. İnanaq ki,gələcəkdə yalnız Nokia deyil,digər şirkətlər də interaktiv marketinqdən aktiv istifadə edəcəklər.
Röyanın bu reklamda çəkildiyi fotosessiyaya baxmaq üçün aşağıdakı şəkilə tıklayın:
Röya Nokia telefonu reklamında
Paylaş :