ilk10.az →  RSS üçün KİV`ə müraciət.

Bu gün ilk10.az saytının KİV`lərə müraciəti ilə qarşılaşdım. Media qurumlarına RSS ötürücülərini qaydaya salmaqla ilk10`nun xəbər reytinqindən istifadəni təklif edirdi.

Hörmətli KİV Nümayəndələri,
ilk10.az saytı xəbər saytlarının yenilənməsini nəzərə alan yeni reytinq xidmətini təklif edir.
Xüsusi alqoritmlə ölçüləcək reytinqdə əsas amil xəbər yayımındakı operativ və daha çox məlumat yaymaq əhəmiyyətli olacaq.
Hal hazırda RSS kanalı olan 20-ə yaxın xəbər saytı iştirak edir.
Saytınızın ziyarətçilər sayını artırmaq istəyirsinizsə, ilk10.az xəbər reytinqində iştirak edə bilərsiniz.
Reytinqdə iştirak üçün yeganə şərt, saytınızın RSS kanalın mövcudluğudur.
Qeydiyyat üçün ilk10.az/addsource.php səhifəsinə və yaxud email ilə admin(a)ilk10.az ünvanına müraciət edə bilərsiniz .

Bu haqda əvvəl də yazılmışdı. Əsas məsələ Media orqanlarını bundan xəbərdar etmək və faydalılığını göstərməkdir. Bundan sonra yəqin ki, hər kəs reytinqdə iştirak etmək istəyəcəkdi.
Bu mənbə əlavə etmək məsələsi çox yaxşıdır. Yeni resurslar özləridə əlavə edə bilərlər. Məncə ilk10`da bunun üçün bir tools kimi bir yer də eləmək olar, standartlar yaratmaq olar. O standartlardakı saytlara üstünlük vermək olar. Yoxsa buradakı misalda olduğu kimi bəziləri RSS`ləri əcaib tərtib edərkən, bəziləri isə olan RSS`lərini də yığışdırırlar.
Paylaş :
  • 0
  • 12 февраля 2010, 17:07
  • Shaig

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Bunun effektivliyi də maraqlıdır. Görən bu müraciətdən sonra feedback alınıbdı?
avatar

Shaig

  • 13 февраля 2010, 10:45
+
+1
Maraqlanan çoxdur, əksəriyyəti də saytlarını əlavə edir,
Amma təəsüf ki, hələki normal RSS i olan sayt göndərən yoxdur.
Amma ən azı, saytların məsul şəxslərinə saytlarında RSS olmadığı və ya RSS-lərin qeyri standart olduğu haqqda birbaşa məlumat verə bilirik :)
avatar

Emin


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.