ilk10.az →  Xəbər reytinqi - RSS Kanal qıtlığı


RSS nədir?
RSS müxtəlif internet saytları tərəfindən təqdim olunan xəbərləri(əlbəttə tək xəbərləri deyil) izləmək imkanı verən, XML texnologiyasına əsaslanan bir üsuldur. Oxunması rahatdır (həm clientside rss reader, həm parserlər vasitəsi ilə ) — çünki bütün saytlar vahid xml sintaksisdən istifadə etməlidilər (düzdür, heç də bütün saytlar bunu etmək istəmir). Bu məlumatı alanlar üçün rahatlıq. RSS məlumatı yayan tərəf üçün də rahatdır- Rss feed sahibi özü qərar verir rss ilə nə ötürəcəyini, tam mətn, qısa mətn, yalnız başlıqlar ,video və s.

Bunun ilk10na nə aidiyyatı? Yazının ardına baxın

Artıq xəbər verdiyimiz kimi ilk10.az xəbər reytinqini işə saldıq. Alqoritmi üzərində iş davam edir. Daha dolğun tədqiqatlar üçün daha çox həcmdə məlumat emal ediməlidir.

Xatırladım ki, ilk10 xəbər reytinqində iştirak pulsuzdur, və qanunvericiliyə zidd olmayan istənilən xəbər mənbəsi qəbul olunur — yeganə tələb mütamadi yenilənən standart RSS kanalın olmasıdır.

Amma təəssüflər olsun ki, xəbər saytlarının sayı artmağına baxmayaraq, standarta uyğun RSS kanalların sayı artmır. Hətta əksinə, bəzi saytlar əvvəl mövcud olan RSS kanallarını ləğv edillər. Digərləri isə RSS kanallarını çox qəribə standart kodlaşdırmadan istifadə edərək yaradır.



Soruşmaq lazımdır ki niyə?
«Bax sən istəməzsən ki, a, səni uzaq Liviya səhrasında görsünlər, alqışlasınlar?» © «Bəyin Oğurlanması»
Paylaş :
  • +2
  • 10 февраля 2010, 02:43
  • Emin

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, biz xəbərləri RSS-siz də götürə bilərik. Lakin bu halda, xəbərin tam ya qismən götürülməsi qərarını sayt sahibi deyil, biz verməli olacayıq.
avatar

Emin

  • 10 февраля 2010, 02:55
+
0
Doğurdan da ağrılı məsələdir. Bir çoxlarına izah etmək olmur ki, RSS saytın reytinqinə mənfi yox müsbət təsir edir və RSS`də də məlumatların nə qədərəinin gedəcəyinə özünüz də qərar verə bilərsiniz. Problem ondadır ki, «newsletter»-i RSS-dən istifadədən üstün tuturlar. Halbuki bu isifadəçiləri qıcıqlandır RSS-dən fərqli olaraq.
avatar

Sadig

  • 10 февраля 2010, 09:09
+
0
Bəlkə də sağyacda saytları qeydiyyatdan keçirmək variantı kimi, Xəbər saytlarınıda reytinqdə qeydiyyatdan keçirmmək üçün bir imkan yaratmaq olar, burada da RSS standartları təyin etmək olarki, reytinqdə yer ala bilmək üçün standartlarını tənsimləsinlər.
avatar

Shaig

  • 10 февраля 2010, 09:24

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.