Həll et →  Video Converter Freemake.com

Növbəti dərslik.

Video faylların formatını necə dəyişək?

Videolardan səsi mp3 olaraq necə saxlayaq?

Youtube-dan videonu necə köçürək bilgisayarımıza?

Paylaş :
  • +1
  • 6 января 2012, 17:07
  • Panda

Şərhlər (15)

RSS yığmaq / açmaq
+
0
Hec de balaca deyilmish, yoxladim 1 MBdigin icinden 12 MB internetden yukleme gedir… Hele ustelik FrameWork 4 -de teleb olunur… hec xoslamiram da internet teleb eden proqramlari… belke birinin interneti yoxdu.
avatar

DeviD

+
0
Qardaş balaca sözü nisbidir :) Konkret vahidi yoxdu axı. Həm hansısa proqram üçün 18-20 mb-ın böyük ölçü olduğunu da demək olmaz axı, dial-up-da oturanda bundan böyük həcmli programların yüklənməsini, update olunmasını gözləyirdim şəxsən mən.
Minimum 512 adsl olan adamın uzaq başı 15-20 dəq vaxtını alar yüklənməsi.

Framvörk 4-ün yüklənməsinin ziyanı yoxdu bilgisayara. Üstünlükləri var əksinə.

Qaldı ki, birinin internetinin olmamasına, valla burda nə eləmək olar? Faktiki olaraq proqram çox faydalıdır və ən əsası da tamamı ilə pulsuzdur. İndi bu cür imkanları olan proqramlardan ötəri əziyyətə qatlaşmağa dəyər məncə :)

Fikir bildirdiyinizə görə təşəkkür edirəm :)
avatar

Panda

+
+1
Müsbət niyyətli hər bir əməyə hörmətim var. Burada aydınlaşdırılmalı məqamlar:
— mp3 formatı ən məşhuru olsa da AAC da az məşhur deyil. Mobil telefon kimi portativ playerlərdə qulaq asılan 128kbit/s yazılmış mahnını eyni keyfiyyətdə AAC ilə 24kbit ilə əldə etmək olur, nəticədə 5 dəfə balaca fayl əldə etmiş oluruq.

— Daha «advanced» istəfadəçilər daha kiçik ölçüdə video və ya səs əldə etmək istəyirlərsə buraya (url.az/convert) göz ata bilərlər.
avatar

DrELM

+
0
DrELM, təşəkkür edirəm və hər zaman bu cür istər tənqid, istər düzəlişlərə sevinirəm. Bu şəkildə informasiya mübadiləsi olur və daha çox şey öyrənirik.

— sayənizdə AAC barəsində məlumatlandım.

— url.az verdiyiniz keçid məndə açmır, mümkün isə tam keçidi yerləşdirəsiniz.
avatar

Panda

+
0
https://www.facebook.com/note.php?note_id=10150248543702180
avatar

DrELM

+
0
Ən rahatı: FireFoxda downloader,bütün saytlardan video və musiqini götürür. Bir də məndə ubuntuda Transcoder, video və musiqini istənilən formata çevirir.
avatar

emin25

+
0
Məsələ təkcə video dovnload deyil axı :)

Azərbaycanın 99.7% Vindovz əməliyyat sistemi işlədir :) Ubuntunun adını eşitməyən neçə milyon adam var Azərbaycanda :)

avatar

Panda

+
0
99.7 səhv statistikadır. Bizim AOSN təlimimizdən sonra bir çox iştirakçı ubuntuya, bəziləri isə digər linux nüvəli distribüterlərə keçdilər. Və əksər proqram yazan linuxdan işlədir.Kompüter istifadəçisinin az olmasını nəzərə alsaq, onda deyə bilərik ki, linux nüvəli əs işlədənlərin sayı Azərbaycanda təqribən 15 faiz bəlkə də çoxdur.Lisenziya ya nəzarət dövlət səviyyəsində aparılsa(piratçılığa qarşı mübarizə) onda azərbaycanda linux istifadəçisi 99.8 faiz olar
avatar

emin25

+
0
emin25, birincisi statistikanın düz olması ilə bağlı inad elədiyim yadıma gəlmir ) Sadəcə şişirtmişəm bilərəkdən, cümləni daha gülmli və təsirli eləmək üçün. 99.7 % səhv ola bilər, amma 99%-dır :D

Mənə faizi irad tutursuz heç olmasa özünüz fakt yoxdusa, düz əməlli bir faiz deyin… 15% linux… bazarın az qala yarısı Linux istifadecisi imi ski…

«lisenziya qarşı tedbirlər aparılsa»… «laızm işlər görülsə»… linux istifadəçiləri 99.8 olar…

Optimistliyinizə güldüm xeylax :)
avatar

Panda

+
0
Azərbaycanda 9 milyon əhali var… Hesab edək ki, bu əhalinin 1-cə milyonunun bilgisayarı var. (Bakıda 4 milyon adam yaşayır, şirkət və müəsisələrdəki bilgisayarlar yaddan çıxmasın...)

və…

Linux istifadəçilərinin də sayı mən daxil olmaqla, olsun 10.000 nəfər çox gülünc rəqəmdi… o dərəcədə gülüncdü ki, özüm yazdığıma özüm inanmıram. Hesablayaq…

10.000*100%/1.000.000 = 1%

olsun lap 20.000 linux istifadəçisi… olur 2 faiz…

Lap pessimist olaq…

500.000 bilgisayar var azərbaycanda CƏMİ!

10.000 də linux ƏS ilə…

10.000*100/500.000=2%

20.000 linux ƏS ilə…
20.000*100/500=4%

Azərbaycanda 2000 nəfər yoxdu heç linux işlədən… Olsa da ondan çox olmaz.

belə…
avatar

Panda

+
0
Yadımdan çıxdı, sizin iddianıza görə linux istifadəçilərinin sayı 15% ya da daha çoxdu… Düsturda yerinə qoyaq görək nə rəqəm alınır.

Ceteris Paribus… Azərbaycanda cəmi cümlətanı 500.000 bilgisayar var. 15-i linuxdusa, nəticə…

15*500.000/100=75.000 YETMİŞ BEŞ MİN…

deyək ki, Azərbaycanda cəmi 250.000 iki yüz əlli min bilgisayar var… onun 15 faizi linuxdu… 140.000 linuxlu var sizin sözünüzlə azərbaycanda???

Məncə onların sayı 1000 uzağı 2000-dir :)
avatar

Panda

+
0
Düzdür, insanların çoxu pəncərə əməliyyat sistemindən işlədir. Çünki qiyməti 3 manatdır.Və əksər adamın linuxdan xəbəri yoxdur,bəziləri isə linux nüvəli sistemləri qara əmirlər ilə işləyən terminaldan ibarət sistem kimi bilirlər.Amma bəzi banklar,Aeraportların hamısı və başqa bir neçə yerlər linux nüvəli əs işlədirlər. Və üstəlik bizdə az da olsa mac istifadəçiləri də var. Mac isə linuxun bir hissəsidir necə ki iOS, sadəcə bunlar pullu linuxlardılar(closed source). Android də linux üzərindədir. Bütün bunları saysaq, düzdür çətin ki, 15 % edə, amma çalışacıq ki, 20 % i keçsin.Hal-hazırda gedən HackathonAze yarışı isə linux yayılmasına müəyyən qədər yardım etmiş olacaq.Payızdan etibarən open source proqram haqqında olan AOSN seminarları yenidən keçiriləcək.Çünki ilk 3 seminarın xeyiri gözlədiyimizdən də çox oldu.
avatar

emin25

+
+1
Dəqiq statistika bilmək olmaz, amma Azərbaycanda Linux istifadəçilərinin sayı 1-2% civarındadır, bundan yuxarısı məntiqlə mümkünsüzə bənzəyir.
İstənilən veb saytın analitika bölməsindən də baxmaq olar. Düzdür bu ümumi Azərbaycan üçün qəti hökm çıxarmağa əsas verməz, amma hər halda müəyyən fikirlər yaradar.
İki saytdan 3 aylıq statistikanı paylaşıram, sadəcə maraq üçün:

Cavablar.net(Auditoriya: Əsasən İT ilə maraqlanan adamlar)
Windows — 94.21%
Linux — 4.05%
Naməlum — 0.91%
Macintosh — 0.46%

Xaricidil.net(Auditoriya: Bütün sahələr üzrə əsasən gənclər)
Windows — 95.13%
Macintosh — 1.57%
Naməlum — 1.35%
Linux — 0.67%
SymbianOS — 0.57%
avatar

Elliot

+
+2
Azərbaycanda yox ümumiyyətlə bütün dünyada Linux istifadəçilərinin sayı Windowsa nisbətən xeyli azdır,
heç yaxın gələcəkdə də bü nisbətin elə də güclü dəyişəcəyini düşünmürəm. Ancaq bütün bunlar Linuxun uğursuzluğu filan ilə əlaqələndirilməli deyil. Linux unix tipli sistemdir və unix əsasən proqramçı auditoriyası üçün nəzərdə tutulub. Proqramçıların istifadəçilərə nisbəti çox kiçikdir. Bütün ölkələrdə (post Sovet ölkələrini nəzərə almasaq) univeristetlərdə birmənalı şəkildə unix sistemləri tədris olunur, Bizdə isə heç İT ixtisası üzrə təhsil alan tələbələrin bütün təhsil müddəti ərzində univeristet proqramı nəzdində 1 dəfə də olsun unix sistemi ilə işləmək imkanı olmur. (Özüm BDU -nun TRK -sın 2005 -də qurtarmışam).
Yəni bizdə proqramçıların da çox az bir qismi Linux istifadə edir, qaldı ki istifadəçilər. Bütün bunları nəzərə alıb çəkinmədən demək olar ki, Azərbaycanda Linux istifadəçilərinin sayı Windows istifadəçilərinin sayına nisbətən çox-çox azdır. Bu fakta müxtəlif insanların fikri müxtəlif cür ola bilər, ələlxüsus da bir çoxları bunu böyük bir fəxrlə deyir, mən isə bu faktda geridəqalmışlıq, savadsızlıq və milli utancdan başqa bir şey görmürəm. Ancaq bunu dərk edən bir çox gənclərin unixin təbliği ilə bağlı apardığı könüllü tədbirlər gələcək üçün optimist olmağa kömək edir. Ümid eliyirəm ki, bizdə də gələcəkdə univeristetlərdə Unix tədris olunar, bizim də proqramçılar Linux, gcc kimi irihəcmli açıq kodlu proyekt qurucuları olar. İnşaallah.
avatar

heliks

+
+1
Dost-tanış arasında iki ilə yaxındır Linux ailəsini aktiv şəkildə təbliğ edirəm və 10-15 real nəticələr, bir o qədər də tərəddüdlər hasil olub :) Etiraf etmək lazımdır ki, əməliyyat sistemini dəyişmək olduqca çətin qərardır. Ona görə də birdən birə yüksək nəticə gözləmək düz olmaz.
Təbliğ olunası distro kimi öz işlətdiyim Ubuntunu seçmişəm və inşallah bu yaxında hazır olacaq bir proyektlə təbliğatı dost-tanış müstəvisindən daha geniş müstəviyı keçirmək məqsədimiz var.
avatar

Elliot


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.