Google → Chrome OS və Android arasındakı əsas fərqlər
Google, əməliyyat sistemləri proyektləri bildiyimiz kimi həm Android həm də Chrome OS -dur. Bəs bu ikisi arasındakı əsas fərqlər nə olacaq.Google CEO-su Eric Schmidt, «Web 2.0 summit» daxilində bu mövzunu . İki əməliyyat sistemi arasındakı əsas fərqlilikləri Schmidtin dedikləri əsasında xülasəyə çevirək:
* Androidin əsas bazarı smartfonlar olmağa davam edəcək, bir tərəfdən də netbook və bir qisim tablet PClərdə istifadəsi davam etdiriləcək. Buna qarşı Chrome OS-un əsas bazarı isə İntel və ARM əsaslı netbooklar olacaq.
* Android sensor (touchscreen) mərkəzli cihazlar üçün hazırlanır, Chrome OS isə netbooklar və buna paralel olaraq laptoplar və PC kimi klaviaturalı cihazlara istiqamətli olacaq. Təbii bu vəziyyət hər iki cihazın da çarpaz konfiqurasiyalarda da istifadə edilmələrinə maneə təşkil etməyəcək.
* Android Marketdə yalnız internet əsaslı applicationlar deyil, cihaza yönümlü müstəqil app.lara da yer verən Androiddən fərqli olaraq, Chrome OS tamamilə veb əsaslı olacaq. Yəni bir növ əməliyyat sistemli veb səyyahı olacaq. Yəni bir növ İnternet əlaqəsindən asılı olacaq.
Çıxışında Schmidt, bir sonrakı Android versiyasının (yəni Gingerbread kodlu 2.3 versiya) bir neçə həftəsi qaldığını söyləyərkən, Chrome OS-un isə önümüzdəki bir neçə ay içərisində çıxacağını ifadə etdi.




Şərhlər (0)
RSS yığmaq / açmaq