Google →  Google-dan yeni texnologiya - Google Instant [video]

Texnologiya dünyasının yerində dayanmayan firması Google indi yeni bir axtarış texnologiyasıyla qarşımıza çıxır!
Bu səhər, Google-un gün içərisində əhəmiyyətli bir yeniliyə addım atacağının siqnalları, firmanın CEO-su Eric Schmidt tərəfindən verilmişdi. Schmidt, Twitter ünvanında yazdığı bir yazıda; «Hiss edirəmki, bu gün böyüş şeylər olacaq» demişdi. Bu şərhin ardından texnologiya dünyası maraqla Googledən gələcək yeniliyi gözləməyə başladı.

Saatlar irəlilədikcə maraqlar da artdı. İrəliləyən saatlarda firma yeni texnologiyasını dünyaya tanıtdı. Buna görə yeni texnologiyanın adı Google Instant! Google Instant, Googlenin ən fundamental xüsusiyyəti olan axtarış mühərriki mövzusunda firmanın yeni texnologiyası idi.

Google, Instant ilə əlaqədar etdiyi şərhdə bunları söylədi: «Bilirik ki texnologiyayla əlaqədar hər insan, Google üzərindən hər hansı bir məlumat axtararkən, açar sözləri sürətli bir şəkildə yaza bilmir. Eyni zamanda bilirik ki insanlar klaviaturanın hər düyməsinə basarkən ortalama 300 milisaniyə vaxt keçirir. Lakin 30 milisənsəsiyə kimi qısa bir müddətdə isə gözlərini ekranın digər tərəfinə baxa bilirlər. Bu 10da 1lik fərq ilə niyə işlərini daha sürətli həll edə bilmələrinə təmin etməyək? Bunu edə bilmək üçün də texnologiyamızın bütün imkanlarını səfərbər etdik.»


Google Instant, hələlik ana səhifədə yoxdur. Google hesabınız ilə daxil olduğunuzda bura basaraq yeni texnologiyanı təcrübədən keçirə bilərsiniz. Google Instantda siz daha açar sözlərinizi yazmadan axtarış nəticələrini göstərməyə başlayır! Yəni siz sözləri yazmağa başlayanda əvvəlki kimi suggest funksiyası yox, bir başa axtarışın nəticələrini görə bilirsiniz. Məsələn, siz axtarışda weboxu yazmaq istəsəniz, web sözünü yazanda artıq onunla bağıl nəticələri gördüyünüz halda weboxu sözünü tam yazanda istədiyini nəticələri görəcəksiniz. Üstəlikdə bunlar real time olaraq baş verir.
Sınamaq üçün: www.google.com/instant/

Video tanıtım:
Paylaş :
  • +1
  • 9 сентября 2010, 01:16
  • Weboxu

Şərhlər (13)

RSS yığmaq / açmaq
+
+1
Çox super bir sistemdir. Həqiqətən ləzzət elədi.
Son zamanlarda Google özü əsas sahəsi — axtarış barədə yenilikləri az edirdi. Əvəzində yan texnologiyalar filan inkişaf elətdirir. Yeni satınalmalar, sosial şəbəkə arzuları filan barədə düşünürdü. Əsas məhsulu axtarışa fikir verməyi ağıllı addımdır.
avatar

Shaig

  • 9 сентября 2010, 01:26
+
0
Əla funksiyadır. ancaq mən fikir verdim ancaq googleun ingilis dilində olan versiyasında işləyir. yəqin gələcəkdə digər dillərdə də olacaq. Bir sözlə google afərin.
avatar

Tural

  • 9 сентября 2010, 08:30
+
0
Q: Where is Google Instant available?
A: Google Instant is starting to roll-out to users on Google domains in the US, UK, France, Germany, Italy, Spain and Russia who use the following browsers: Chrome v5/6, Firefox v3, Safari v5 for Mac and Internet Explorer v8. Please note, users on domains other than Google.com can only access Google Instant if they are signed in to a Google Account. We will continue to add new domains and languages over the next several months.
avatar

Emil

+
0
maraqlıdır, məndə artıq 1 həftədir aktivdir bu cür search :)
avatar

anar

  • 9 сентября 2010, 13:29
+
0
Onsuz da adətləridir, hissə-hissə reliz edirlər.
avatar

Shaig

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi

şərhlər silindi


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.