Google →  GMail-dən telefona zəng imkanı: Call phone

Bu gün axşam maildə yaranan yeni funksiyanı gördüm. Call phone funksiyası. Readerdə axtarış edəndə gördümki Mashable, Techcrunch kimi bloglar da bu haqda elə təzə yazıblar.
Maildə, chat bölümündə, istifadəçilərdən əvvəl Call phone funksiyasını görmək olar.

Üzərinə kliklədikdə isə normal chat yerində açılan bir pəncərə və nömrələri yığmaq üçün bir panel açılır:

Azercell üçün zəng edib yoxladım. İşləyir. Telefona Call başlığı altında gəlir. Götürdükdə isə 1 saniyə içində kəsilir. Danışa bilmək üçün gərək hesabda pul olsun. Beləlikdə Google Voice rəsmi olaraq Gmailə inteqrasiya oldu.
Əgər bu zənglər normal istifadə edilən GSM tariflərindən ucuz olsa çox şey dəyişə bilər. Hələki tarifləri müqayisə edib dəqiq bir söz deyə bilmirəm. Ancaq hesab edirəmki ucuz ola bilər. Belə olduğu halda qəşəng bir Android telefon, və zənglər üçün Gmail — Google Voice sistemi. Çox gözəl alət olar. Nömrəni zəngləri qəbul etmək istifadə edirsən, zəngləri isə Androidə inteqrasiya olan Google ilə. Bir mənfi cəhəti var ki, zəng edənin kim olduğunu görmək olmur. Birdəki pulsuz da zəng getdiyinə görə bir adamı narahat eləmək üçün asan cihazdır. Görünməyən nömrədən dəqiqə başı zəng etmək.

Mövzu ilə əlaqədar maraqlı bir reklam roliki də hazırlayıblar:


İstifadə videosu:
Paylaş :
  • 0
  • 26 августа 2010, 01:38
  • Shaig

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
Rusiya — 4 sent dəqiqəsi, Gürcüstan — 6, Ermənistan — 9, Ukrayna — 10, Azərbaycan — 17…
avatar

Shaig

  • 26 августа 2010, 12:29
+
0
bahadı…

avatar

Emin

+
0
Nar-a nisbətə bahadır. Ancaq Azercelldən ucuzdur. Əgər Rusiya kimi olsa idi çox sərfəli olardı.
avatar

Shaig

+
0
Zəng eləmək üçün, dala yığmaq üçün nömrə də tələb etsələr əla olardı.
avatar

Shaig

  • 27 августа 2010, 22:37

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.