Google → Google Nexus One haqqında

Bu yazımı Nexus One’a həsr etmek niyətinə gəldim. Qərar verdim ki, elə məqaləni Android`in WordPress Admin proqramı ilə yazım. Siz də görürsünüz ki, bəzi problemlerimiz yox deyil. Ilk olaraq Azerbaycanca klavyaturamız movcud deyil (Qeyd: Yazı redaktə olunduğundan şrift problemlərini aydın görə bilmirsiniz. problemləri görmək olar). Nöqtəsiz “i”, quyruqlu “s” ve məşhur tərs “e” hərflərini yaza bilmirəm. Ancaq bu yəqin ki mümkündür. Çünkü Çincə kimi dillərə aid klavyatura pluginlərinə rastlamışam. Hələki Azərbaycan dili üçün bu yoxdur. Bəlkə də bunu mən kodlamalıyam
Problemlərdən başlamışıq, elə davam edək. Üzləşdiyim başqa bir problem əhəmiyyətli olmasa da Touch Screen buglarıdır. Belə ki, bəzən ekran toxunulan nöqtəni anlamır və onun yerinə başqa nöqtədəki funksiyanı işə sala bilir. Bu problemin öhdəsindən klavyatura kilidini açıb bağlayaraq gəlirem.
Digər kiçik problem tərs “e” hərfi olan yazılarda (SMS, Web Səhifəsi vs.) hərfin yerinə kiçik bir qutu görünməsidir. Bu problem diger problemli hərflərdə müşahidə olunmur.
Ən böyük problemim: MMS ve Mobil Internet; Telefonumla MMS göndərmişəm də, almışam da. Lakin bu iş o qədər də “praktik” deyil. Tez-tez problemlərlə üzləşirəm. Bəzen eyni konfiqurasiya ile ya MMS getmir, ya da göndərilən gəlib mənə çatmır. Fikirləsirəm ki, burada günahkar GSM operatorlarıdır. Konfiqurasiya faylını hazırlamalı, avtomatik göndərməlidir.
Mobil internetlə (wap, edge vs.) əlaqəli problem ise ondan ibarətdir ki, simsiz (wi-fi) internetlə birgə işləmə prinsiplərini idarə etmək olmur. Məsələn mən istəyirəm ki, evdə olanda, və ya hər hansı xalqa açıq simsiz sahədə olanda bu internetdən istədiyi qədər istifadə etsin (update, upgrade, syncronization və s.), bu internet olmadıqda wapa qoşulsun, ancaq istədiyi qədər istifadə etməsin. (Çox şey istəmirəm ki?) Bilirəmki bənzər problemler diger mobil əməliyyat sistemlərinde (ƏS) de var. Və inanıram ki Google əmi bunları süretli şəkilde hell edəcək. Google demişkən, deyim ki mən google fanatiki olduğuma gərə bu telefonu aldım. Bilirdim ki, digər xidmətləri kimi bu məhsulu da məni razı salacaq (gözəl yanlarından danışmaga başladım): ilk olaraq deyim ki, telefon eləcə de ƏS’i tam bir zəka nümunəsidir. Hər şey elə dizayn edilib ki, insan zövq alsın. Hər parçası insanı düşünməyə vadar edir. (Fanatiklik budur?) Saatlarla bir programın xüsusiyyətərini qurcaladığım günlər olur. Başından qalxa bilmədiyim oyunlar.
GPS, Rəqəmli Kompas, Yaxınlıq Sensoru, Təcil Ölcər və s. hardware xüsusiyyətlərinin hamısının dəstəkləndiyini də vurğulamaq lazımdır. Yolda maşının sürətini ölçmek, telefonu divarın düzlüyünü yoxlamaq üçün istifadə etmək, cismin metal olub olmadığını yoxlamaq kimi qeyri-adi xüsusiyyətlərinin yanında metro kimi səs-küylü yerdə qarşıdakının səni rahatca eşitməsi, hər zaman musiqi, xəritədə harada olduğunu görmək, hara hansı yolla getməli olduğunu bilmək (heyif ki, bu xüsusiyyət ölkəmizdə işləmir), fotoaparat və video kameranın yanında olduğunu hiss etmək ağlıma gələn 10-larca əhəmiyyətli özəlliklərdən sadəcə bir neşəsidir.
Birdə mənə gələn bir xeberi paylaşıram. Deyirlər ki, bu telefon artıq Bakida satışdadır. 917 AZN’ə. Mağazanın adını deməyəcəyəm. Maraqlananlar “28 May”dakı telefon dükanlarını gərək bir-bir gəzsinlər.




Şərhlər (6)
RSS yığmaq / açmaqBir az Nexus One qurdalayan biri kimi deyə bilərəm ki, kifayət qədər qəşəng telefondur. Məncə gələcəyi var.
Amma Touch Screen`i barədə deyirlərki, iPhone`dan geri qalır.
Qiyməti barədə isə deyim ki, çox bahadır. Dəhşət bahadır. Bu qiymətə heç sərf eləməz. Amerikadan gətizdirmək çox ucuza başa gəlir. Qiymət barədə maraqlı bir fakt deyim ki, öz Nexus One telefonunu maraq üçün telefon mağazalarından birində soruşub ki, bəs buna neçə verib alarsınız. 150 manat deyiblər. Deməli 150 manata alıb, 900 manata satmaq istəyirlər…
Shaig
Baby-boy
Touch Screen barədə yazılanlar xoş olmadı =(
Məncə Bu telefonu 750 $ kimi əldə etmək olar internetdən.
kiber
Shaig
Mən maraqlanmışam, bir yerdən.
Bütün bunlar $623.43 edir.
Ordan da evə kimi gətizdirmək məsələsi qalır, çəkisindən və göndərilmə üsulundan asılı olaraq… =)
kiber
Strange