Google → GMail təhlükəsizliyini gücləndirir

E-mailinizin başqası tərəfindən oxunduğundan şübhələnirsiniz? Gmailin təhlükəsizlik tətbiqi sizə kömək edəcək.
Məlumat təhlükəsizliyinin və qorunmasının get-gedə daha mühüm olmağa başladığı aşkardır. Hackerlərin e-poçtlarınıza girməsi təəccüblü olmazdı. Məlumatlarınıza zərər gəlməsə belə, başqaları tərəfindən əl çatan olması narahatlıq vericidir. Bu problemi görən Gmail yeni bir təhlükəsizlik sistemini istifadəçilərinə təqdim edir.
Mailə giriş nöqtələrini davamlı olaraq log tutan Gmail, şübhəli bir vəziyyət yarananda sistemə daxil olduğunuzda istifadəçiyə xəbərdarlıq edir. Bu xəbərdarlıqda, daxil olan adamın nə vaxt, haradan bağlandığı məlumatı təqdim edilir. İstifadəçi də bu sayədə şifrəsini dəyişdirə bilir. Əlbəttə bu, təhlükədən tam müdafiə metodu deyil. Ancaq qismən də olsa istifadəçilərin köməyinə gələr.




Şərhlər (3)
RSS yığmaq / açmaqsimplez
Shaig
GrAND