Google → Google, Chrome`un browser bazarındakı yerini möhkəmləndirmək istəyir

Google browser bazarında daha da iddialı olmaq niyyətindədir. Yeni 4.1 beta seriyasını təqdim edibdi. Chrome 4.1 beta seriyasının ən güclü istiqamətləri, gizlilik və təhlükəsizlik variantları olacaq kimi görünür. Chrome 4.1, saytlara xüsusi cookie tənzimləməsi edə biləcək (icazə vermə, icazə ver), Javascript qaydaları qoya biləcək və «Incognito» quruluşu ilə qeyd götürmədən sörf etmək imkanı olacaq.
Başqa bir maraqlı cəhəti isə tərcümədir. Mühəndislər «Google Translate» tətbiqini Chrome ilə bütünləşərək işlədiblər.
Düzdü bunun bizə elədə çox xeyri yoxdur. Çünki Google`da Azərbaycan dili mövcud deyil. Tərcümə imkanı yoxdur. Ancaq heç olmasa Yaponca bir saytla qarşılaşanda onu ingiliscə, rusca və ya türkcə varianta tərcümə etmək pis olmazdı.




Şərhlər (3)
RSS yığmaq / açmaqsimplez
Shaig
Sadig