Google →  Google Picnik`i də aldı

Dünən Apple barəsində yazmışdım. Steve Jobs rəqiblərinə xüsusəndə Google acıq vermək istəyən bəyanatlar yaymışdı. Demişdiki bəs pulumuz çoxdur, ay nə bilim çoxlu satın almalar edəcəyik. Steve əmi saydığını saysın görsün Google nə sayır. Artıq yeni bir sayt daha satın alıbdır. Saytın adı Picnik.com`dur. Qiymət haqqında bir məlumat ala bilmədim. Bir rəqəm tapan kimi paylaşacam. Bu satın almada maraqlı tərəf isə başqadır. Sayt son dövrlərin məşhur online fotoşəkil tənzimləmə xidmətidir. Picnik, Yahoo! şirkəti olan Flickrə xidmət verirdi. Maraqlıdırki indi onu Google aldı. Yəqinki Picasa`ya inteqrasiya ediləcəkdi servis. Əsas maraqlı olan isə, bəs görən bundan sonra da Flickr`ə olan servisi davam edəcək, ya yox?
Paylaş :
  • +2
  • 2 марта 2010, 13:39
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.