Google → Google 1 Martda istifadə şərtləri və təhlükəsizlik nizamlarını dəyişdirir.

İnternet dünyasının nəhənglərindən olan Google, istifadəçilərinin hesablarında fərdi məlumatlar və istifadə şərtləri xidmətlərində böyük dəyişikliyə gedəcəyini açıqladı.
ABŞ-ın Kaliforniya əyalətində olan şirkət mərkəzindən edilən açıqlamaya görə; Google hesabı olanlar üçün 1 Martdan sonra qüvvəyə minəcək bu dəyişikliklərlə əlaqədar istifadəçilərə email ilə məlumat veriləcəyi bildirildi.Google-un təhlükəsizlik və gizlilikdən məsul səlahiyyətlisi Alma Whitten, «Yeniliklərin xülasəsi olaraq, belə deyə bilərik: Sizə, bütün məhsullarımızın tək istifadəçisi kimi davranacağıq» deyib.
Bu dəyişiklikdəki hədəf bütün Google xidmətlərindəki 60-a yaxın istifadə qaydasını tək bir mərkəzdə toplanmasıdır. Nəticə olaraq bu yeni tənzimləmələrdən sonra Google, başqa xidmətlərindən gələn məlumatları qruplaşdıra biləcək və beləcə istifadəçilərini qlobal bir şəkildə idarə edə biləcək.




Şərhlər (1)
RSS yığmaq / açmaqrock_4_ever