Google → Google təzəcə açdığı Wave`i inkişaf etdirmək üçün AppJet komandasını satın aldı
Google Beta versiyada istifadəyə verdiyi `i inkişaf etdirməyə çalışır. Bəlkə də hələ bir çox istifadəçinin alışa bilmədiyi, nəyə yararlı olacağını tam təyin edə bilmədiyi bu xidmətlə bağlı Google`un geniş planları var. Belə ki, Google Wave üçün `ın müəllifləri olan komandasını satın aldı…Bilməyənlər üçün biraz EtherPad və Appjet barədə qısa məlumat:
AppJet, EtherPad xidmətində Microsoft Office`dən Word sənədlərini, internet səhifələrini, PDF`ləri, düz mətn fayllarını aça bilir və iş qruplarına bunlar üzərində onlayn işləmək imkanı verir. Üstəlik xronoli olaraq dəyişiklik edilmiş işin daha əvvəlki hallarının da görülməsinə imkan yaradırdı. EtherPad əslində ilə olduqca oxşar bir xidmətdir.
EtherPad`in komandası isə məhsullarının fərqini belə izah edir: «Google Docs ilə dəyişiklik klaviaturanızdan digər insanların qarşısına 5-15 saniyə sonra gedir. Bir anlığıa telefonlarda da belə bir gecikmə olduğunu düşünün?» Etherpad, Google Docs`dan fərqli olaraq həqiqətən anında ortaq iş imkanı təqdim edə bilir.
İqtisadi böhran və bazarda durğunluq olduğu bir vaxtda Google boş dayanmayaraq son zamanlardakı satın alma adəti (, , , , ) üzrə AppJet` komandasını da öz sıralarına qatdı. Etherpad artıq yeni üzvlər qəbul etməyəcək, mövcud üzvlərinə isə 2010-cu ilin martına qədər xidmət göstərəcəklər.
Bir maraqlı faktı da qeyd edim ki, Etherpad köhnə Google işçiləri tərəfindən qurulub. Yəni AppJet komandası Google`dan ayrılaraq öz işini qurmuş 3 Google işçisinin liderliyi əsasında yaranıb. Bu satın almaya bir növ evə qayıdış da demək olar. Amma əliboş qayıtmırlar…
Google texnologiyaya yeni era gətirmək istəyir, Google OS`la da tam əmin olduq ki, Google yeni erada komputer proqramlarına ehtiyac duymayacaq şəkildə hər şeyi internetdən idarə etməyə imkan verəcək bir struktur qurulmasına çalışır. Google Docs`la onsuzda Microsoft Office üçün başağrısı olan Google indi həmin funksiyaları Google Wave`lə birlikdə anlıq hala gətirərək və realvaxt rejimli əməkdaşlıq texnologiyası (realtime collaboration technology) istifadə edərək artıq Bill Gates`in yuxusunu tamam ərşə çəkmək istəyir deyəsən.
Google’un CEO’su Eric Schmidt, Google Wave’i onlayn olaraq komanda halında işləməyin gələcəyi olaraq göstərir.




Şərhlər (11)
RSS yığmaq / açmaqKimdəsə Google Wave — hesabı var? Qeydiyyat ancaq dəvətnamə ilə mümkündür…
kiber
Bəlkədə elə bu narahatçılığı nəzərə alıb Google belə addım atıbdıki, istifadəsi rahat olsun.
Shaig
kiber
(ancaq e-maili açıq yazmaın. ya şəxsi mesajla, yada buradan [at] [dot] yazaraq yollayın… )
Shaig
Əvvəlcədən təşəkkür edirəm.
kiber
Shaig
O ki qaldı gmail hesabıma budur: azwap.net@gmail.com
kiber
Invite yolladım. Gələr bir azdan…
Shaig
Və zənnimcə, ki google n məhsuludu, əminəm ki msn və başqa çat programların yerinə keçəcəy google wave… Hətta mailin yerini də rahatlıqla ala bilər…
simplez
Shaig
Elliot