Google → Google bağlanacaq növbəti servislərini elan etdi
Larry Page Google-a CEO olaraq keçəndən sonra istənilən nəticəni verməyən servisləri bağlamaq qərarını verir. Bağlanacaq növbəti servislərin də siyahısı elan . Bağlanacaqlar arasında Googlenin Wikipediaya rəqib olan məhsulu «Google Knol», «Google Friend Connect» (yerinə Google+ keçdi), Googlenin bir il əvvəl develop-unu sona çatdırdığı və yaxında tamamilə bağlanılacaq olan «Google Wave» var.
2008-ci ildə böyük bir səs-küylə başladılan potensial Wikipedia rəqibi Knol, tərkibinə oxunmağa dəyər məqalə yazılması halında, pul qazandırmağı hədəfləyirdi. Ancaq məhsul özünü göstərə bilmədi. Bu proyekt üçün kifayət qədər qaynaq ayırmayan Google-un Knol məhsulu WordPress ilə güclərini birləşdirərək saytında yaşamağa davam edəcək.
Digər gözlənilməyən itki isə Google Bookmar-dır. Bir müddət əvvəl Yahoo-nun -u bağlamaq qərarı verən zaman Google Bookmark linkləri köçürtmək üçün xüsusi imkanlar təklif edirdi. Bu gün artıq bu servis bağlanmaq ehtimalı olanlar arasındadır.
Bağlanacaq servislər:
Google Bookmark Lists
Google Friend Connect
Google Gears
Google Search Timeline
Knol
Renewable Energy Cheaper than Coal (RE<C)




Şərhlər (4)
RSS yığmaq / açmaqDeliciousdan söz düşmüşkən, yeni rəhbərliyi ilə tam normal şəkildə fəaliyyətə davam edir, gündəlik istifadə edirəm.
Elliot
Shaig
eliyirəm. Ancaq diqqətimi ayrı məsələ çəkdi. Yazmısınız ki,
«Googlenin bir il əvvəl develop-unu sona çatdırdığı və yaxında tamamilə bağlanılacaq olan «Google Wave» var»
Bilirəm bir çox sözləri tərcümə etmək problemdi, ancaq imkan daxilində öz sözlərimizdən istifadə etmək lazımdır. Misal üçün «Googlenin bir il əvvəl inkişafını sona çatdırdığı və yaxında tamamilə bağlanılacaq olan «Google Wave» var»
Yazıya görə təşəkkürlər.
heliks
Əlbəttə Dilçilik qurumumuz bu kimi terminlərin birmənalı tərcüməsini təsdiqləsə biz də onlardan istifadə edərik.
Shaig