Google → Youtube "Feather" keyfiyyətli video

YouTube bir müddət əvvəl açıqlamışdıki 1080p keyfiyyətində olan videoları yayımlama xidməti verir. Bu dəfə də daha fərqli, tam əksi bir xidmət verməyə qərar verib.
Əslində bunu eşidəndə mənə ən çox maraqlı olan o olduki bu sistem haqqında Barcamp Azərbaycan `09 -da eşitmişdim. A.Cəmil öz çıxışında üçün belə bir xidmət etməyi düşündüyünü və bunun dünyada olmadığını demişdi. Həqiqətən də yayda heç kimdə yox idi, amma Youtube dekabrın 3-dən etibarən bunu etməyə başlayır. Yəqinki kifayət qədər maddi vəsait olsa idi Azərbaycandan da yaxşı saytlar çıxarmış.
Deməli bu yeni sistem belədirki, siz misal üçün aşağı sürətli internetə maliksiniz, baxmaq istədiyiniz videonun keyfiyyəti isə çox yüksəkdir. Təbiidirki o çox gözləməli olur. Ancaq bu yeni texnologiyada sistem özü videonun keyfiyyətini sizin internetin sürətinin rahat göstərə biləcəyi səviyyəyə endirir. Bununlada siz videolara rahat baxa bilirsiniz. Keyfiyyəti isə sizin internetin sürətindən asılı olacaq. Yuxarıda da yazdığım kimi əslində sistem Div.az`da olmalı idi. Ancaq maliyyə məsələlərinə görə sistemin təkmilləşdirilməsi olmadı və belə bir sistem üçün gecikildi.
Sistem hələki beta versiyadadır. test edə bilərsiniz.




Şərhlər (0)
RSS yığmaq / açmaq