Google → Google Search-də yeni imkanlar

axtarışda öz liderliyini davam etdirmək üçün daimi özünü inkişaf elətdirir və texnologiyasını mükəmməlləşdirir. Daima sürət və keyfiyyətə vurğu edirlər. Google öz brouseri Chrome-u da istifadəyə verdikdən sonra bundan da məharətlə istifadə edir.
Google rəsmi blogunda daha bir neçə yeni xüsusiyyətini istifadəçilərlə .
İlk yenilik Chrome brouserində istifadə edilə biləcək olan səslə axtarış xüsusiyyətidir. Android tərzində olan səslə axtarış xüsusiyyəti ilk mərhələdə yalnız İngiliscə olaraq xidmət göstərəcək. Azərbaycanca olub olmayacağı dəqiq deyil. Dünyanın digər böyük dillərinin dəstəyi də irəliləyən zamanlarda veriləcək.
Bu xüsusiyyət bir neçə müddət əvvəldən test edilməyə başlanmışdı Rəsmi təqdimat da oldu.
Google rəsmi youtube kanalına bununla əlaqəli videonu da təzəlikcə yükləyib:
İkinci yenilik Şəkillə axtarışdır. Chrome brouserində birbaşa olaraq, Firefox brouserində isə əlavə bir addons-la istifadə edilə biləcək Vizual Axtarış xidmətində, istədiyiniz şəkli axtarış qutusuna sürüşdürüb buraxırıq (drag and drop) və ya URL-ini yazaraq axtarış edə bilirik. Google rəsmi ən yaxşı şəkildə tanımaya çalışır və ən yaxın nəticələri təqdim edir. Ancaq üz tanıma xüsusiyyətinin olmadığını bildirilir. Hər iki xüsusiyyət də önümüzdəki günlərdə aktiv hala gələcək —
Tanıtım videosu:
Googlenin tanıtdığı üçüncü xüsusiyyət isə Anlıq Səhifələrdi — Instant Pages. Bu xüsusiyyətdə Google, klikləyəcəyinizə əmin olduğu nəticələri əvvəldən işləyir. Beləcə daha sürətli sörf imkanı əldə edilir. Anlıq Səhifələr, Chrome brouserinin son developer versiyasında aktiv vəziyyətdədir və sonrakı açıq beta versiyası ilə hər kəsə açıq olacaq. Daha sonra mobil tərəfinə keçəcək.
Tanıtım videosu:
Mobil tərəfdə də bəzi yeniliklər edilib. Mobil interfeys planşetlər və smartfonlar üçün daha rahat formaya salınıb. Mobil sahənin inkişafını görən Google bura da xüsusi diqqət ayırır. Google-un paylaşdığı rəqəmlərdə də mobil istifadənin necə artdığını görmək olar:




Şərhlər (3)
RSS yığmaq / açmaqRashid
Shaig
KNYAZ