Google → Əməliyyat sistemi Google OS tanıdıldı.

Rəsmi olaraq 1 il sonra istifadəyə veriləcək olsa da təqdimatı keçirildi və indidən source kodları developerlər üçün adı ilə açıldı. Google`un rəsmi açıqlamasını oxuya bilərsiniz.
İnterfeysinə aid demo video`su:
Əsas xüsusiyyətləri:
* Bütün tətbiqləri (applications) internet üzərindən olacaq
* Bütün məlumatlar internet üzərində olacaq. Yəni, əgər kompüterinizi itirsəniz sizə lazım olan təkcə, yeni bir kompüter satın alıb, internet üzərindəki məlumatlarınızla qaldığınız yerdən davam etmək olacaq.
* Google bu sistemdə 3 əsas devizi ilə fərqlənəcək — Sürət Sadəlik və Təhlükəsizlik.
* Sistemdə istifadəçi girişi ekranının yüklənməsi 7 saniyə, əməliiyat sisteminə daxil olmaq isə 3 saniyə çəkir.
* Sistem özünü avtomatik olaraq yeniləyir, sistem açıldığında “Verified Boot” sizə sistemdəki hər şeyin yerində olub-olmadığı haqqında məlumat verir.
* Mənim üçün ən mənfi cəhəti isə, sistemi internet üzərindən istədiyini kompüterə yükləyib qurmaq imkanınızın olmamasıdır. Yəni mən indi öz noutbukuma qura bilməyəcəm. Çünki ancaq bu sistem üçün xüsusi istehsal edilmiş cihazlarda istifadəsi mümkün olacaq. Yəni PC və ya MAC`da istifadəni hələki unudaq gərək. Əsas şərtlərdən biri solid-state hard disk`in olmağıdır. Buraxılışda EeePC istifadə edildi, əgər bir az software bilginiz varsa, bu işlərdən başınız çıxırsa, Chrome OS`u qurub istifadə edə bilərsiniz. Ancaq yuxarıdakı şərtləri ödəyən cihazlarda.
* Son olaraq isə PULSUZ olacaq.
Bu arada toplantıda dediklərinə görə Chrome internet səyyahının artıq 40 milyon istifadəçisi varmış. Yəqin OS`da qısa müddətdə sürətlə yayılacaq.
Bu isə başa bir vedio:
Qaynaq: , ,




Şərhlər (0)
RSS yığmaq / açmaq