Reytinq
+2.30
səsıər:
2
avatar

Google  



Google →  YouTube-da sosial video kanalları

YouTube-da olan əsas standard Youtube kanallarıdır. Məsələn, Bloqosferin Youtube kanalı. Beləliklə, buraya yüklənmiş videolar bir ünvanda toplanır. Digər istifadəçilər də, kanala abunə olaraq yeni yüklənmiş videoları görə bilirlər.
YouTubeda başqa bir kanal anlayışı da varmış. Belə ki, bloglar üzərində paylaşılmış YouTube videolarından yaranmış kanallar. Bir növ YouTube-un sosial kanalları.
Məsələn, Weboxu üzərində payloaşılmış YouTube videolarından ibarət xüsusi bir kanal avtomatik olaraq yaranıb — www.youtube.com/social/blog/weboxu. Kanala daxil olanda Site-ın title-ı kanalın title-ı olaraq çıxır. Sağ tərəfdə paylaşılmış videolarla hazırlanmış postlardan müəyyən hissə verilir. «Read more» klik edəndə isə sayta keçir və xəbər tamlıqla oxumaq imkanı olur.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google "realtime" axtarışı yenidən aktiv edəcək


Bu barədə Mashable məlumat verir. Blogda yazılana görə, Google bir müddət əvvəl fəaliyyətini dayandırdığı Realtime axtarış funksiyasını yenidən aktivləşdirəcək.

Ötən həftələrdə, ani bir qərarla realtime axtarışın fəaliyyəti dayandırılmışdı. Sistem başlıca olaraq Facebook və Twitter qaynaqlarından bəslənirdi. Bundan başqa bir sıra sosial media alətləri də işin içində yer alırdı. Ancaq sosial medianın iki lideri, realtime axtarışın özəyini təşkil edirdi.
Servisi bağlayandan sonra isə bir çox istifadəçilər öz etirazlarını bildirmişdilər. Xüsusi ilə, dünyada baş verən vacib hadisələr zamanı (Bin Ladenin ölümü) bu servisə ciddi ehtiyac duyulurdu.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google dizaynını planşetlərə uyğunlaşdırır


Planşetlərdə Google üzərində axtarış etmək əslində çox da çətin sayılmazdı, ancaq Google-un etmiş olduğu yeniliklərlə birlikdə bu cihazlar üzərindəki iş prinsipi daha da asan hala gəldi. Açıqlamaya görə həm iPad həm də Android 3.1+ planşetlərə xüsusi axtarış interfeysində bəzi optimizasiyalar həyata keçirildi. Yeniliyə təkcə barmaqla daha rahat işləmək deyil, həmdə sürətli işləmə daxildir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  iPhone üçün Google+, ən çox endirilənlərdən oldu


iOS üçün Google+ app.-ı bildiyiniz kimi istifadəyə verildi. İlk əvvəl səhvən test versiyası yayımlanmışdı. Ancaq buna baxmayaraq app. günə uğurla başladı.
iOS üçün Google+ app.-ı yayımlandıqdan sonra təxminən 24 saat ərzində ən çox endirilən ödənişsiz app.lar siyahısının ən yuxarısına yerləşdi.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google yeni URL shortener-ini və Gdocs üçün 2 yeni formatı (.rar .zip) dəstəklədiyini elan etdi

Son günləri aktiv keçirən Google-dan az qala hər gün nəsə yenilik eşitməyə başlamışıq. 
Növbəti yeniliklərini rəsmi bloglardan elan ediblər. Bunlar başlıqdan da göründüyü kimi, yeni URL shortener servisi olan G.CO və yeni fayl formatları olan .zip, .rar-dır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Photovine - Google-un foto paylaşım saytı?

Google adı son günlərdə yenə çox hallanmağa başlayıb.
Texnologiya bloglarında Google-un yeni bir servisi olaraq iddia edilən sayt haqqında da danışılır. Hələlik saytda bir tək mobil app-ın şəkli, və tanıtım videosu var. Maraqlı cəhət ondadır ki, saytın Google-un olduğu iddia edilsə də, həm şəkildə, həm də videoda misal olaraq Android əvəzinə iPhone göstərilir. Saytın «Gizlilik Siyasəti» (Privacy Policy) bölümündə yazılıb; "Photovine, Slide (Google Inc.ın bir parçası) tərəfindən təqdim edilməkdədir".



( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google ikinci rübün hesabatını açıqlayıb


2-ci rüb başa çatdığına görə böyük şirkətlər də öz hesabatlarını açıqlamağa başlayırlar.
Google da 2-ci rüb hesabatlarını açıqlayıb. Bu rüb yeni CEO-su ilə işə davam edən Google-un hesabatlarındakı rəqəmlər yenə müsbətə doğru dəyişib.
Google-un son rüb gəliri 9.02 milyard dollar olub. Keçən ilin eyni dövrü ilə müqayisə edildiyində 32%-lik artış var.
Mənfəət isə 2.51 milyard dollardır. Ötən ilin eyni dövründə isə mənfəət 1.84 milyard dollar idi.
Gəlirin 69%-i Google-un özünə aid saytlardandır. Geri qalan hissəsi isə müxtəlif kanallardandır.
Ayrıca bir başqa əhəmiyyətli nöqtə də əməliyyat xərclərinin 1.99 milyard dollardan 2.97 milyard dollara çıxmıasıdır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  YouTube dizaynını yeniləyir - Cosmic Panda


Google+ proyektindən sonra Google bütün məhsullarının dizaynına əl gəzdirməyə başlayıb.
Növbəti dizayn dəyişikliyi isə YouTube-da olacaq. Hələ beta versiya olaraq ancaq müəyyən qism insanlar görə bilir.
Servisi sınamaq üçün — www.youtube.com/cosmicpanda buraya daxil olmaq lazımdır.
Video player tünd rəngdə olub. Arxa fonu qaradır. Sanki kinoteatr havası yaratmaq istəyiblər. Video-ya baxmaq bir az daha rahatlaşın. Ancaq qara fonun nə dərəcədə uğurlu olub olmaması texnologiya bloglarında müzakirə mövzusuna çevrilib.
Bu dizaynı ilə video göstərim yeri bir qədər HULU-ya bənzəyib. Yeri gəlmişkən HULU-nun adı da Google-un satın alınacaq şirkətrlə siyahısında hallanır.
Kanal səhifələri isə tamamilə yenidən əldən keçirilib; hər bir video üçün daha böyük şəkillər, müxtəlif məskunlaşma şablonları və istifadə etməsi daha asan xüsusiləşdirmə variantları kanal sahiblərinin işini asanlaşdıracaq kimi görünür. Playlistlərin dizaynı da yenilənib.
Paylaş :

Google →  Blogger və Picasa brandları Google adına birləşir

Google-un blog servisi Blogger və foto servisi Picasa adları dəyişiləcək. Blogger — Google Blogs, Picasa isə Google Photos adlanacaq. Bu barədə Mashable məlumat verir.
Beləliklə Google-un iki məşhur brendi daha da çox istifadə ediləcək deyə düşünülür. Beləliklə onlar Google Plus-a daha sıx inteqrasiya olacaqlar.
Youtube-un isə Google adı ilə birləşməsi gözlənilmir. Çünki, may ayında Google Video servisi bağlanmış və YouTube vahid video kanalı olmuşdu.
Bəhsi keçən dəyişikliklərin yaxın həftələrdə edilməsi gözlənilir.
Google tərəfindən isə mövzu ilə bağlı rəsmi təkzib və ya təsdiq yoxdu.
Paylaş :

Google →  Google translate-də səhvlik


translate.google.com-da bir neçə gün idi ki, qarabag sözünün Azərbaycan dilindən İngilis dilinə tərcüməsi zamanı armenia yazılırdı.Bir neçə sayt-da xəbər yayımlandı bu barədə

( Ətraflı oxuyun )
Paylaş :