Reytinq
+2.30
səsıər:
2
avatar

Google  



Google →  Google 1 Martda istifadə şərtləri və təhlükəsizlik nizamlarını dəyişdirir.


İnternet dünyasının nəhənglərindən olan Google, istifadəçilərinin hesablarında fərdi məlumatlar və istifadə şərtləri xidmətlərində böyük dəyişikliyə gedəcəyini açıqladı.

ABŞ-ın Kaliforniya əyalətində olan şirkət mərkəzindən edilən açıqlamaya görə; Google hesabı olanlar üçün 1 Martdan sonra qüvvəyə minəcək bu dəyişikliklərlə əlaqədar istifadəçilərə email ilə məlumat veriləcəyi bildirildi.Google-un təhlükəsizlik və gizlilikdən məsul səlahiyyətlisi Alma Whitten, «Yeniliklərin xülasəsi olaraq, belə deyə bilərik: Sizə, bütün məhsullarımızın tək istifadəçisi kimi davranacağıq» deyib.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google-un səs ilə işləyən assistenti Majel il sonuna qədər istifadəyə verilə bilər


Apple-ın yeni ağıllı telefonu iPhone 4S üzərində tanıtdığı səsli assistent tətbiqi Siri bu sahədə yeni bir rəqabətin də başlanğıcı oldu.

Google uzun bir müddətdir öz səsli assistenti üzərində çalışmaqda idi. Majel kod adı verilən tətbiq, adını Star Trek filmindəki federasiya kompüterini səsləndirən Majel Barrett-Roddenberry-dən götürür.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google-a Qrafik Dəstəyi əlavə olundu

Google axtarış tətbiqindəki hesablama xüsusiyyətinə bir yenisini əlavə edərək artıq riyazi dəyərləri qrafik halına da gətirməyə başladı.

Məsələn, Google.coma sin(x) yazdığınız zaman qarşınıza ilk çıxan nəticə x və y-in fərqli nöqtələrdəki dəyərlərini göstərən interaktiv bir qrafik olacaq.

Ayrıca, çoxlu hesablamaları da edən axtarış mühərriki riyaziyyat ilə məşğul olanların ən böyük dostlarından biri olacağa bənzəyir. Məsələn, Google.coma "x/2, (x/2)^2, ln(x), cos(π*x/5)" kimi bir dəyər girdiyinizdə qarşınıza 4 fərqli rəng ehtiva edən xəttlərlə birlikdə digər bir interaktiv qrafik çıxır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google qara status bar-ını yenidən dəyişir


Google-un, yeni servisi Google+'ı yayıma alma müddətində bütün xidmətlərini bir başlıq altında yığmaq üçün hazırladığı üst qara çubuq yenidən əldən keçirilir.
İyun ayından bu yana istifadədə olan çubuq görünüşü səbəbiylə tənqid olunurdu. Google rəsmi blogunda yazdığı bir yazıda qara çubuğu dəyişdirəcəklərini bildirdilər. Bundan sonra Google logosu üzərinə maus ilə gələndə bir münu açılacaq və lazımı keçidlər burada olacaq. Menu qara və boz temalı olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google Maps böyük binaların daxilini də göstərəcək



Google Maps tətbiqi Android cihazlar üçün yeni bir«2update» etdi. Google Maps artıq seçilmiş, böyük binaların içərisində də sizin harada olduğunuzu göstərəcək yeni bir xüsusiyyət təqdim edir.

Google rəsmi blogunda Məhsul Direktoru Chikai Ohazamanın belə deyir;
Bir havalımanı, AVM, mağaza və ya ictimai hər hansı bir yerdəykən Android üçün Google Maps tətbiqi sizə tam olaraq harada olduğunuzu göstərir.


Edilən şərhdə də görə biləcəyiniz üzrə bu xüsusiyyət hələlik yalnız Android telefonlar üçün aktivdir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google bağlanacaq növbəti servislərini elan etdi

Larry Page Google-a CEO olaraq keçəndən sonra istənilən nəticəni verməyən servisləri bağlamaq qərarını verir. Bağlanacaq növbəti servislərin də siyahısı elan edilib.
Bağlanacaqlar arasında Googlenin Wikipediaya rəqib olan məhsulu «Google Knol», «Google Friend Connect» (yerinə Google+ keçdi), Googlenin bir il əvvəl develop-unu sona çatdırdığı və yaxında tamamilə bağlanılacaq olan «Google Wave» var.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Yaxında Google Plus səhifələri üçün badge-lər istifadəyə veril(əcək)di #1 yeniləmə

Google-un, sosial proyekti olan Google Plus açıldığı zaman insanların böyük marağına səbəb olmuşdu. Bir müddət sonra bu maraq tədricən azalmağa başladı. Google-un brand-lər üçün səhifələr funksiyasını istifadəyə verdikdən sonra isə bu maraq yenidən çoxalmağa başladı. Hər kəs öz məhsulu üçün yeni səhifələr açmağa başladı. Biz də həmçinin öz blogumuzun səhifəsini açdıq — https://plus.google.com/111655419323066167561/.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Gmail Blackberry-lər üçün develop edilməyəcək


Google rəsmi açıqlama edərək, Blackberry-lərdə olan Gmail appını artıq inkişaf etdirməyəcəyini elan etdi.

Açıqlama mətnində 22 Noyabr tarixi etibarıyla BlackBerry üçün inkişaf etdirilən Gmail tətbiqinin sona çatdırılacağı və bu tətbiq yerinə mobil brouserlərdə Gmail istifadəsinin inkişaf etdirilməsinə fokuslanacağı istifadəçilərə çatdırıldı. Yəni Gmailin Blackberry app-ının axırına HTML5 çıxdı demək olar. Həm də bu, Blackberry-nin gedərək bazarda ciddi oyunçu olmamağı ilə izah oluna bilər.

Tətbiqi bu an istifadə edənlər 22 Noyabr sonrasında da istifadə etməyə dəvəm edə biləcəklər amma onlara Google tərəfindən texniki dəstək verilməyəcək.
Paylaş :

Google →  Google Plus brand-lər üçün səhifələri istifadəyə verdi [yeniləmə #1]

Google Plus çoxdan gözlənilən «Page»-lər funksiyasını istifadəyə verdi.
İndiyə qədər korporativ hesabların yaradılmasına mane olan Google-da artıq istəyən korporativ səhifələr yarada biləcək.

Bu servis hələ ki, hər kəsə açıq deyil. Ona görə sadəcə videolarına baxmaqla və haqqında oxumaqla kifayətlənməli olacağıq. Hər kəsə açıq olanda — plus.google.com/pages/create bu ünvandan yaratmaq şansında olacağıq. Ancaq indi hazır olan Google Page-lərə baxmaq olar. Hazırlardan bəziləri:

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google axtarış alqoritmasını yenilədi


Google, xidmətlərinin yenilənməsini davam etdirir. İlk olaraq Readeri yeniləyən və ardından da GMail-i yeni interfeysə keçirən, yeni xüsusiyyətlər əlavə edən Google-ın yeni update-i isə sırf öz mütəxəssislik sahəsinə aiddir. Axtarış motorunun alqoritmlərində yenilik edib.


( Ətraflı oxuyun )
Paylaş :