Mobil Texnologiya →  Samsung-un reklam platforması bu il fəaliyyətə başlayacaq


Mobil sektorun ən böyük oyuçularından biri halına gələn Samsung, əlindəki gücdən maksimum fayda əldə etmək adına işlərini davam etdirir. The Wall Street Journalın xəbərinə görə; Samsung, OpenX Technologies ilə şəriklik edərək bir reklam platforması qurma yolunda işlərə başladı.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook daha yaxşı axtarış üçün çalışır


800 milyondan artıq istifadəçisiylə ən böyük sosial şəbəkə mövqeyindəki Facebook axtarış xüsusiyyətlərini daha çox inkişaf etdirmək üçün işlər aparır. Facebook-un axtarış tərəfi olduqca zəifdir. Ən çox Facebook daxili açıq statuslarda, səhifələrdəki commentlərdə olan axtarışlar istənilən səviyyədə deyil. Axtarılan məlumatlar çətin tapılır və ya heç tapılmır.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Instagram-ın Android tətbiqi (application) istifadəyə verildi


Sosial Medianın parlaq ulduzlarından biri də, Instagram-dır. Başlanğıca yalnız iOS cihazlar üçün aktiv olan tətbiqin, təqribi yarım ildir Android versiyasının çıxacağı xəbərləri gəzirdi.
Qısa müddət əvvəl, Instagram öz saytında Android üçün bölmə hazırlamışdı. Burada tətbiqdən xəbər almaq istəyənlərə e-maillərini yazmaqları üçün bir seçim verilirdi. Artıq gözlənilən vaxt gəlib çatdı. Instagram təkcə iOS-lar üçün olan bir tətbiq deyil. Android versiyası da aktivdir.

( Ətraflı oxuyun )
Paylaş :

Nokia →  Ebru Gündeş - Nokia Theme



Uzun müddətdir, təqribən üç aya yaxındır tema hazırlamırdım.
Nəhayət dünən ətəyimdəki daşları tökərək yenidən tema hazırlamağa başladım.
Bu da, sonuncu temam «Ebru Gündeş» teması.
Bu gün hazırlayıb bitirdiyim temanı «Exclusive» olaraq «WebOxu.Com» istfadəçiləri üçün təqdim edirəm…
Standart ikonlar tam şəkildə əvəz olunub.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android bir neçə il sonra Windows`u keçəcək


Android bir neçə il sonra Windows`u keçəcək

2016-cı ildə «Google Android» qlobal miqyasda «Microsoft Windows»u geridə qoyaraq dünyanın ən populyar əməliyyat sisteminə çevriləcək.

«Gizmodo»ya istinadən bildirir ki, İDC-nin hesabatında belə deyilir.
İDC analitiklərinin fikrincə, smartfon və planşetlərin satışı bu ilin sonunadək 1,1 milyard, 2016-cı ildə isə 1,84 milyard ədədə çatacaq.

«Windows-Intel» platformasında olan fərdi kompüterlərin bazardakı payı indi 35,9 faizdirsə, 2016-cı ildə 25,1 faizə düşəcək. «Android»in payı 29,4 faizdən 31,1 faizə çatacaq.

«iOS» əməliyyat sistemi indi bazarda 14,6 faizlik paya malikdirsə., 2016-cı ildə bu rəqəm 17,3 faiz təşkil edəcək.

«Android»in inkişafı əsasən Asiya-Sakit Okean regionu ölkələrində ucuz smartfonların satışı ilə bağlı olacaq.
Paylaş :

Nokia →  Nokia və Microsoftdan yeni əməkdaşlıq


Nokia və Microsoftdan yeni əməkdaşlıq

İki nəhəng şirkət mobil tətbiqləri inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.

Dünyanın sayılı nəhəng şirkətlərindən Microsoft və Nokia mobil tətbiq sayını artırmaq məqsədi ilə əməkdaşlığa girəcəklərini açıqladı. Bu birlik həm Microsoftun Windows Phone həm də Nokianın Symbian və S 40 platformaları üçün ortaq bir iş olacaq. Bu yeni mobil tətbiq inkişaf etdirmə proqramına isə AppCampus adı verilib. May ayında başlayacaq AppCampus proqramı Nokianın vətəni Finlandiyadakı Aalto Universitetində həyata keçiriləcək.

Nokia və Microsoft şirkətlərindən hər biri 3 il boyunca AppCampus üçün 9 milyon avroluq sərmayə qoyacaq. Bundan əlavə Aalto Universiteti boş sahə ilə yanaşı developerlərə həm akademik həm də iş şəbəkələrinə daxilolma təmin edəcək.

P.S: Bu böyük əməkdaşlığın hər iki şirkət üçün də faydalı olacağını düşünürük…
Paylaş :

Google →  Google Drive 1 GB yox 5 GB-lıq pulsuz yaddaş vəd edir...


Google-un yeni bulud (cloud) depolama xidməti Google Drive-ın hazırlıqlarını tamamladığı və çıxış üçün artıq hazır olduğu xəbərləri gəlmişdi. GigaOM'a müsahibə verən qaynaqlar çıxışın Aprel ayının əvvəllərində, 1 GB-lıq pulsuz yaddaş və Google fayllarındakına oxşar bir istifadəçi interfeysiylə birlikdə reallaşacağını bildirmişdi. Ancaq yeni çıxan bir ekran görüntüsü daha çox funksiya olduğunu xəbər verir.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter hashtag-lərində Azərbaycan şriftlərini dəstəkləyir - #əıöüğçş


Twitter microblog-unun ən vacib hissələrindən biri də hashtag-lərdir. Hashtag-lər əsasən ingilis şriftlərindən istifadə edilərək yazılırdı.
Bu günki Twitter müşahidələrindən görmək olur ki, Azərbaycan şirftləri də artıq hashtag-lərdə dəstəklənir.
Əvvəl Azərbaycan şriftlərini hashtag-də istifadə etdikdə, şriftlər işlənən yerə qədər link yaranır, şrift işlənəndə isə, ondan sonrakı simvollar linkdən kənarda qalırdı. Bu da Azərbaycan şriftlərindən hashtag kimi istifadəni əlverişsiz hala gətirirdi.
Twitter istifadəçilərindən isə şriftlərin artıq bir aydır ki, hashtag-lərdə istifadənin mümkün olduğunu bildirir.
Azərbaycan şriftlərinin dəstəkləməsi ilə birgə həm axtarışlarda, həm də fikirlərin daha aydın çatdırlmasında istifadəçilərə böyük kömək olacaq.
Paylaş :

Google →  Googlenin öz-özünə gedən avtomobilinin sükanında görmə qabiliyyətini itirmiş bir insan (Video)


Google-nin YouTube üzərindən nəşr etdiyi sonuncu video şirkətin bir müddətdir icra etdiyi öz-özünə gedən avtomobil proyektinin görmə qabiliyyətini itirmiş insanlar üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Məqalənin axırında yer alan videoda Google işçiləri, görmə qabiliyyətini yüzdə 95 nisbətində itirmiş Steve Mahan adlı bir şəxsi evindən götürür və sükanın başına əyləşdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Gmail iOS tətbiqinə alternativ e-poçt adreslərindən e-poçt göndərmə xüsusiyyəti əlavə olundu...


Birdən çox Gmail hesabı olub Gmailin IOS tətbiqini istifadə edənlər üçün e-poçt göndərilməsi əsnasında istifadə ediləcək göndərən e-poçt ünvanı seçmək fürsəti təqdim edildi. Gmailin standart web brauzerində uzun müddətdir təqdim edilməkdə olan əsas xüsusiyyətlərdən biri nəhayət IOS tətbiqinə gəldi.

Gmailin IOS tətbiqini istifadə edənlər bağladıqları hər hansı bir e-poçt hesabları üzərindən e-poçt göndərmə və ya gələn e-poçtlara cavab vermə imkanına sahibdir. Bu xüsusiyyətin maraqlı tərəfi isə, hər hansı bir tətbiq yeniləməsinə ehtiyac duymadan işləməsidir. O cümlədən eyni xüsusiyyət Gmailin HTML5 əsaslı veb tətbiqində də açılmış vəziyyətdədir. Bu xüsusiyyətin əlavə olunmasıyla birlikdə Applenin standart Mail tətbiqindən əl çəkə bilməyənlər üçün Gmail-ə keçməyə razı olmağa yarayacaq yeni bir səbəb ortaya çıxmış oldu.
Paylaş :