Qwerty.az →  "Mənəm mənəm" deyən bir İT şirkətin saytı başlıq-keçid

Özümü lap güclü təhlükəsizlik eksperti hesab etmirəm, peşəkar security guru-da bir şey var ki o məndə yoxdur — heçkimə heç vaxt etibar etməmək və hər şeyi yoxlamaq. Lakin web sahəsində heç bir ticari quruma aidiyyatım yoxdur, ona görə bunu və qismən mənim günahıma görə «compromise» edilən resursların mövcudluğunu üzürlü hesab etmək olar. Bu proloqa çox fikir verməyin, əslində sayta baxıb onun security səviyyəsini 5 dəqiqəyə müəyyən edə bilərəm — daha çox bilikdən deyil təcrübədən irəli gəlir.
Paylaş :

Texnologiya →  “Hazırda 500 məktəb internet sisteminə qoşulub”


“Hazırda 500 məktəb internet sisteminə qoşulub və gələcəkdə bunun sayı artırılacaq”-bu sözləri Təhsil Naziri Misir Mərdanov bu gün “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

Nazirin sözlərinə görə, burada əsas məqsəd təhsil İKT-nin tətbiqi və məktəblərin, təhsil ocaqlarının internetə bağlanmasısıdr.


( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook`da gizlilik seçimlərini diqqələ yoxlayın


350 milyon istifadəçisi olan sosial şəbəkə, istifadəçiləri daha da paylaşma yönümlü olmağını təbliğ edərək, gizlilik siyasətini dəyişdirdi.

Facebook, istifadəçilərin nəyi kiminlə paylaşmaq istədiyinə qərar verməsini istəyir. Dünəndən etibarilə (9 dekabr 2009) dövrəyə girən yeni gizlilik variantları, üzvlərin girdikləri məzmun haqqında «daha çox idarə etmə haqqı vermək» iddiasıyla nəşr olundu.


( Ətraflı oxuyun )
Paylaş :

Parketinq →  Azeronline-da kobud müştəri xidmətləri başlıq-keçid

Bu və ya digər səbəbdən təcili “Dial-up” İnternet bağlantısına ehtiyac yarandıqda ən operativ çıxış yolu Azeronline və Azercell-in təqdim etdiyi “İnternetCELL” xidmətidir.
Paylaş :

Mozilla →  Mobil FireFox


İndiyə qədər populyar browserlərdən Opera`nın mobil versiyası geniş yayılmışdı. Növbədə isə FireFox`un mobil versiyası — Fennec`dir.
Nokia N900 istifadəçiləri beta versiyasını mozilla.com/m adresindən yükləyə bilərlər.
Ətraflı olaraq öyrənmək üçün bu linkdən+ istifadə edə və aşağıdakı videoya baxa bilərsiniz.
Paylaş :

Azerfon →  Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdıb


Qeyd: Azerfonun Press-relizidir. 3G bu gün-sabah təqdim ediləcək deyirlər. Ancaq Azerfon 3G`yə aid bir logoları, banner, şəkil yoxdu.
9 Dekabr 2009-cu il tarixində Hyatt Regency otelində “Azerfon” şirkətinin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycanda 3G (üçüncü nəsil) texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair Dəyirmi masa keçirilmişdir.

3G texnologiyası üzrə bir çox ekspertlərin və media nümayəndələrin iştirak etdiyi tədbirdə Azerfon şirkətinin tətbiqinə hazırlaşdığı “İnnovativ xidmətlərin əhaliyə əhəmiyyəti” mövzusunda geniş müzakirə olunmuşdu.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 декабря 2009, 14:59
  • Shaig
  • 2+2

Qwerty.az →  PHP class və sadə nümunə başlıq-keçid

PHP-də obyekt yönümlü proqramlaşdırmanın əsasında CLASS məntiqi dayanır. Class obyektin tərifidir, obyektin xassələrini, metodlarını təyin edir.
Paylaş :

Box.az →  Box.az`dan spamlar haqqında açıqlama

Cisco nümayəndəliyinin dünyadakı spamlar haqqında açıqlamasından sonra yerli e-mail servisi Box.az da öz blogunda spamlar haqqında açıqlamasını etdi. Yerli və xarici spamlar, onlardan minimum əziyyət çəkmək üçün görülən tədbirlər.
Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.

Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xarici və yerli spamlar.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 декабря 2009, 08:23
  • Shaig
  • 2+2

İnternet →  Yahoo və Microsoft şərikliklərini möhkəmləndirir


İki nəhəng arasındakı iş ortaqlığı razılaşmasında müddət tamamlandı, rəqabət üzrə qurumlar da razılıq versə Yahoo və Microsoft internet qardaşı olacaq.

İyul ayında toxumları atılan Microsoft Yahoo birlikdəliyində xoşbəxt son yaşandı. Həftə sonu, iki şirkət arasındakı «flirt»ün sona gəlindiyini açıqlayan tərəflər, gələn il işə başlamağı planlayır.


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Çin spam liderliyində ikinciliyə gerilədi

İndiyə qədər həmişə harda oxuyurduqsa spam yollanmağında Çin lider olaraq göstərilirdi. Cisco`nun hazırladığı hesabata görə 2009-cu ilin başlanğıcından noyabr ayına qədər 7.7 trilyon spamla Brazilya liderliyə yüksəldi. Keçən ildən bu yana brazilyadan yollanan spamların həcmi 3 dəfə artıbdı. İkinci yerə geriləyən Çində isə yollanan spamlar keçən ilə nisbətdə 25% azalıbmış. Cisco`nun təhlükəsizlik üzrə mütəxəssisi Patrick Peterson`un fikrincə, «Brazilyada genişzolaqlı internetə çox sürətli keçid olduğuna görə spamlar belə artıbdı. Eyni zamanda Çin hökümətinin gördüyü tədbirlərdə buna səbəb olubdu».
Məncə isə buna səbəb Çində olan qadağalardır.
Paylaş :