Facebook → Facebook-da yarım milyard istifadəçi

Təxminən hər 12 nəfərdən biri a üzvdür. 500 milyon adam ayda 700 milyard dəqiqəsini bu saytda keçirir.
Mark Zuckerberg Facebookun 500 milyon istifadəçiyə çatdığını açıqladı. Zuckerberg bu müvəffəqiyyəti Facebooka əlavə olunan "" hissəsiylə qeyd etdi. İlk əvvəl də öz hekayəsini paylaşdı. Bundan iki il əvvəl 100 milyon istifadəçisi var idi. 5 ay əvvəl isə 400milyon istifadəçiyə sahib idi. 300 milyondan 400 milyona gəlməsi də 5 ay zaman almışdı. Saytın istifadəçi hədəfi isə 1 milyar istifadəçidir. Artıq istədiklərinin yarsını əldə ediblər.
Sayt üzərində Azərbaycandan olduğunu seçən 184 min insan var. Təqribi isə 200minə yaxın Azərbaycanlı olduğunu demək olar. Xüsusən də son zamanlarda şəbəkə üzərində istifadəçilər kəskin çoxalıb. Bir neçə ay bundan əvvəl (təqribən aprel ayında) 140 min səviyyəsində olan Azərbaycan istifadəçiləri artıq 184 mindən artıqdı.
Rəqiblərə baxıldığında Myspace.comun 100 milyonlarda, Twitterin 200 milyonlarda, Linkedinin 105 milyonlarda gəzdiyini görmək olar.
Facebookda yüklü olan fotoşəkilllərin sayı ilə maraqlananlara bu ədədin 50 milyarda çatdığını bildirək.
Facebookda 500 milyon istifadəçinin 20 %-i subay, 16 %-i evlidir. Hər gün Facebook üzərində 400 min fəaliyyət (event) təşkil edilir.
Facebook istifadəçilərinin 350 milyonu isə ABŞ xaricində yaşayanlardan meydana gəlir.




Şərhlər (12)
RSS yığmaq / açmaqShaig
Bəs qalan 64%? :)))
istiot
Ferhad
istiot
Shaig
Ferhad
Sadig
istiot
Shaig
bizimkilər 4-5 account açir…
nə bilim qohumlar üçün (ancaq qohumları add edirlər), dostlar, tanişdar, filan.
Yəni 1 insanın 4-5 account'u olur....hamısında da active'dilər
bunları hesablamasaq...daha az çixar.
vrednyu4aya
Plus, minus eləsək yenə yaxın rəqəmləri almaq olar məncə ).
Shaig
Shaig