Facebook → "Facebook" rəqiblərini qabaqladı
İnternetdəki ən böyük sosial şəbəkə olan «Facebook» rəqibləri «Yahoo!» və «Microsoft»u geridə qoyaraq ABŞ-ın veb-reklam bazarında lider mövqeyə yiyələnib.
«PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı.
Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial şəbəkə media bloklarını 176,3 milyard dəfə göstərib. Müqayisə üçün deyək ki, həmin göstərici «Yahoo!»da 131,6 milyard, «Microsoft»da isə 60,2 milyarddı.
Reklam gəlirlərinin ümumi məbləğinə görə isə «Facebook» rəqiblərindən xeyli geridədi. Sosial şəbəkə ötən il reklamlardan $500 milyon qazanıb. Bu ilin nəticələrinə görə, həmin rəqəmin $1 milyard olacağı gözlənilir. «Yahoo!» isə ötən ili $6,5 milyardlıq mənfəətlə başa vurub ki, bunun da böyük qismi reklamdan əldə olunmuş gəlirlərdi.
«PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı.Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial şəbəkə media bloklarını 176,3 milyard dəfə göstərib. Müqayisə üçün deyək ki, həmin göstərici «Yahoo!»da 131,6 milyard, «Microsoft»da isə 60,2 milyarddı.
Reklam gəlirlərinin ümumi məbləğinə görə isə «Facebook» rəqiblərindən xeyli geridədi. Sosial şəbəkə ötən il reklamlardan $500 milyon qazanıb. Bu ilin nəticələrinə görə, həmin rəqəmin $1 milyard olacağı gözlənilir. «Yahoo!» isə ötən ili $6,5 milyardlıq mənfəətlə başa vurub ki, bunun da böyük qismi reklamdan əldə olunmuş gəlirlərdi.




Şərhlər (0)
RSS yığmaq / açmaq