Facebook → Facebook Ads`də Azərbaycan üçün reklam vermək aktiv oldu
`un reklam xidmətləri artıq Azərbaycan üçün də aktivdir. İndiyə qədər bütün dünyada aktiv olan bu xidmət Azərbaycan üçün açıq deyildi. Ancaq bu gündən etibarən həmin bu xidmətdən Azərbaycan üçün də targeting imkanı olacaq. Bunun bir çox üstünlükləri var. Facebook da hər kəs öz məlumatlarını maksimum şəkildə doğru doldurur. Bu isə o deməkdirki siz öz reklamınızı göstərməyiniz üçün lazım olan auditoriyanı maksimum dərəcədə filter edə bilərsiniz. İstəyirsiniz xanımlara və ya təkcə bəylərə göstərə bilərsiniz. Onun təhsli səviyyəsini filter edərsiniz yada danışdığı dilə uyğun reklam edə bilərsiniz. 
Məsələn mən Facebook`da WebOxu üçün reklam yerləşdirmək istəyirəm. Bunu həm blogun URL`i ilə reklam eləmək olar, həm də fan səhifəsi ilə. Ən yaxşı yol fan səhifəsidir. Fan səhifəsinə daxil olub Promote with an Ad ilə reklam edirik. Standart filterləmə alətləri ilə reklamı hazırlayırıq. Ən maraqlı gələn məqam isə bizə konkret say göstərmə qabiliyyətidir. Məsələn Azərbaycan üçün belə bir statistika verdi:

Yəni Facebook`da 18 yaşından yuxarı 109 min adamdan artıq insana WebOxu səhifəsini reklam edə bilərik. Bu eyni zamanda Facebookda Azərbaycandan olduğunu seçən nə qədər çox adamın olduğunu da göstərir. Yəqin ki, Facebook`da orta hesabla təqribi 120 — 130 min istifadəçi ola bilər. Facebook`un böyük reklam potensialı beləcə Azərbaycan üçün də açılmış oldu.




Şərhlər (18)
RSS yığmaq / açmaqStrange
Ferhad
GrAND
Qadınlar: 45.360
Kişilər: 77.620
— Subay kişilər: 17.380
Subay qadınlar: 9.260
— 2.040 qadın münasibətdədir.
3.400 kişi münasibətdədir.
— 3.620 qadın evlidir
3.720 kişi evlidir
— 740 qadın nişanlıdır
700 kişi nişanlıdır.
— 980 kişi evli olaraq qadınlarla maraqlanır
180 qadın evli olaraq kişilərlə maraqlanır
— 1.940 subay qadın kişilərlə maraqlanır.
11.220 subay kişi qadınlarla maraqlanır.
və.s Maraqlı statistikadır. Sözsüz bəzi kriterilər tanışlıq məqsədi ilə olmasa da, nəticələr belədir =))))
kiber
GrAND
Shaig
GrAND
Xəbərə gəldikdə — facebook səhv göstərir məncə. Odnoklassniki.ru -da 500,000 Azərbaycanlı user var (rəqəmi özləri reklam təkliflərdə vermişdirlər), amma facebook bizdə odnoklassnikdən qat-qat məşhur olmalıdır və cəmi 109,000 istifadəçi?
anar
Elliot
anar
Elliot
anar
Bir də Elvinin sözünə qüvvət Alexa həqiqətəndə göstərici deyil. Başqa bir məqam da Facebook son zamanlarda Odnoklassnikini keçibdi. Əvvəl odnoklassniki irəlidə idi.
Digər bir məqam isə bu göstərici Azərbaycandan olduğunu seçənlərdir. Azərbaycandan olduğunu seşməyənləri də nəzərə almaq lazımdır.
Shaig
Elliot
GrAND
Elliot
Shaig
Reshad