Facebook → Facebook`da gizlilik seçimlərini diqqələ yoxlayın

350 milyon istifadəçisi olan sosial şəbəkə, istifadəçiləri daha da paylaşma yönümlü olmağını təbliğ edərək, gizlilik siyasətini dəyişdirdi.
, istifadəçilərin nəyi kiminlə paylaşmaq istədiyinə qərar verməsini istəyir. Dünəndən etibarilə (9 dekabr 2009) dövrəyə girən yeni gizlilik variantları, üzvlərin girdikləri məzmun haqqında «daha çox idarə etmə haqqı vermək» iddiasıyla nəşr olundu.
Profil yeniləmələrini və fotoşəkillərini əlavə etdikləri sırada kimlərlə paylaşmaq istədiklərini təyin edə bilən istifadəçilər, köhnədən olduğu kimi yenə adlarını, profil fotoşəkillərini və cinsiyyətlərini xalqla paylaşmağa davam edir. Ancaq artıq yeniləmə və fotolarını paylaşdığı kəslərin sahəsni xeyli genişləmiş vəziyyətdədir. Çünki bu xüsusiyyətin variantları arasına yoldaşlar, yoldaşlar və onların yoldaşlarına əlavə olaraq bütün internet istifadəçilərinə (cümlə aləm) də əlavə olunmuş vəziyyətdədir. Bu bütün internet məsələsində isə axtarış motorlarına düşməsi nəzərdə tutulur. Məsələn sizin şəklinizi belə normal olaraq heç kim görmürdü və axtarışlara düşmürdü. Amma indi onu `da axtaran hər kəsin tapa bilmə ehtimalı var. Yəni həqiqətən bütün internetdi. Ona görə seçimlərinizi düzgün edin.
Mark Zuckerbergin də ifadə etdiyi kimi, yeni nizamları çox yaxşı oxumaq lazımdır. Əgər lazımlı nizamlar edilməzsə, və adam nəyi kiminlə paylaşacağına qərar verməzsə girilən hər bir yenilik və fotoşəkil standart olaraq «bütün internetlə paylaş» mövqeyində qalır.
Nəticə olaraq, ey Facebook istifadəçiləri, Mark qardaşınızı dinləyin, gizlilik seçimlərinizi düzgün edin.




Şərhlər (0)
RSS yığmaq / açmaq