Reytinq
0.00
səsıər:
0
avatar

Facebook  



Facebook →  Birjadakı (IPO) Facebook


Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.

Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un Azərbaycan istifadəçiləri artır: 700.000+


Facebook-un Azərbaycan istifadəçiləri sürətlə artır. Facebook statistikalarını ölçən SocialBakers-in verdiyi statistik məlumata görə artıq 702400 Facebook istifadəçimiz var.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  "Facebook Comment" plugini mobil platformalarda

Facebook-un internet saytları üçün şərh qutusu (Facebook Comment) artıq mobil cihazlarda da istifadə edilə biləcək.

Facebook şərh qutusunu sayta əlavə etmək də çox sadədir. Facebook şərh qutusunu normal veb saytınız aktivləşdirməyiniz kafidir. Şərh qutusu mobil saytlar üçün avtomatik olaraq yüklənəcək.

Facebook-un bu şərh pluginin istifadəsi insanların müəyyən qismi tərəfindən müsbət olaraq qiymətləndirilir. Beləcə istifadəçilərin şərh yazmağını daha asanlaşdırdığı fikri yürüdülür. Həm də şərh olunan mövzular, şərhçinin dostları da gördüyündən mövzu barədə daha çox insanın xəbəri olur. Bir digər qisim insanlar isə bu plugin sayəsində anonim şərh etmək istəyən istifadəçilərin şərhdən yayındığı və beləcə mövzuya olan bütün fikirlərin bildirilmədiyini qeyd edirlər.

Facebook Comment pluginindən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edin:
https://developers.facebook.com/docs/reference/plugins/comments/
Paylaş :

Facebook →  Facebook artıq Windows üçün də Messenger yayımladı!

Cari ilin avqust ayında Facebook smartfonlardakı populyar platformalar üçün messenger xidmətini istifadəyə vermişdi. Belə görünür ki, Facebook hər yerdə bizimlə birgə olmaq istəyir. Artıq Windows OS-lər üçün də messengerini yayımladı.
Bu messenger ilə Facebookdakı dostlarımızla söhbət edə bilərik. Təkcə söhbət etmək deyil, bizə gələn bildirişləri, status yeniləmələri kimi əsas lazım olan yenilikləri də izləyə bilərik.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook, 2012-də "News Feed"ə reklam alacaq


Facebook 2012-ci ildə reklam məsələsini şişirtməyə başlayacaq. Daha əvvəllər divarımızın sağ tərəfində sponsor reklamlarını (Sponsored Stories) yayımlamağa başlayanda hər hansı bir reaksiya ilə qarşılaşmamışdı. Ancaq bu dəfə vəziyyət fərqlidir.

Əsas «News Feed»in normal axışı içərisində, reklamları görməyə başlayacağıq. Bu reklam modeli bir qədər Twitter-in «Promoted Tweets» reklam sisteminə bənzəyir. Facebook-un bunu Twitter-dəki kimi necə uğurla həyata keçirəcəyini isə gələn il görəcəyik. Ancaq gedərək Facebookda reklamların artması istifadəçilər tərəfindən mənfi reaksiyaya məruz qalacağı gözlənilir.
Paylaş :

Facebook →  Facebook Mart ayında Mobil reklamlara başlayacaq


2012-ci ildə sosial media reklam xərclərinin 72%-nə, bütün online reklam büdcəsinin isə 6.1%-nə sahib olacağı təxmin edilən Facebook, mobil istifadəçilərinin sayına baxmayaraq mobil reklamlardan uzaq dayanırdı.

Bloomberg tərəfindən yayımlanan bir xəbərdə Facebook-un mobil reklam siyasətində dəyişik olacağı deyilir. Firmanın birjaya açılmağı planladığı 2012-ci ilin Aprel ayından əvvəl, birjada da mövqeyini yaxşılaşdırmaq üçün mobil reklamlara başlamağı planladığını yazdı.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook Gowalla-nı satın aldı


Böyük şirkətlərin, balacaları satın alma xəbərlərinə artıq öyrəşmişik. Hər böyük şirkətin də öz satınalma siyasəti olur. Özünə məxsus satınalma tərzi olanlardan biri də Facebook-dur. Onlar əsasən hər hansı bir servisi aldıqda servisin özündən istifadə etmək əvəzinə onun işçilərini Facebook tərkibinə qatırlar. Bir növ zehni fəaliyyəti satın almaq olur.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook Ticker-da da Reklamlar olacaq


Facebook, uzun müddətdir saytdan gələn reklam gəlirlərini artırmaq üçün məşğul olur. Bunun nəticəsində reklam strategiyalarını ya dəyişdirir ya da strategiyalarına davamlı yeni üsullar əlavə edir.

Facebook nümayəndəsi Annie Ta, ClickZ adlı internet saytına yazdığı emaildə Facebookda sağ üstdəki ticker-da sponsorlu elanları nəşr edəcəklərini bildirib. Bu sayədə Facebook istifadəçilərinin özlərinə daha əlaqədar reklamları görəcəyini bildirən Ta, Facebookdakı reklam bağlılıq nisbətinin iki dəfə çoxalacağını bildirdi.

Uzun müddət reklamsız fəaliyyət göstərən sosial şəbəkə sürətli şəkildə gəlirlərini artırmaq üçün yeni reklam modelləri çıxardır. Ticker-dakı reklamlar isə belə görünür ki, Twitter-dəki promoted tweetlərdən ilham alınaraq edilib.
Paylaş :

Facebook →  Facebook-dan iki yeni təhlükəsizlik xüsusiyyəti


Facebook, hesab təhlükəsizliyiylə əlaqədar iki yeni xüsusiyyətini istifadəyə verdi. Bunlardan birincisi «Etibarlı Dostlar» (Trusted Friends). Bu xüsusiyyət sayəsində, hesabınıza aid parolu unutsanız ya da hər hansı başqa səbəbdən hesabınız deaktiv olunsa, ən çox beş adamdan ibarət olan bir dost qrupu, hesabınızı geri gətirə bilir.
Etibarlı Dostlar xüsusiyyətiylə, əgər Facebook parolunuzu itirsəniz, parolunuzu yoldaşlarınıza göndərilməsini təmin edə bilirsiniz. Normalda parolunuzu itirdiyinizdə, e-poçt hesabınıza bir e-poçt göndərilərək yeni bir parol təyin edə bilirsiniz. Ancaq hər hansı bir səbəbdən e-poçt ünvanınıza da çata bilmədiyinizdə bu yeni xüsusiyyətdən faydalana bilərsiniz.

Digər yeniliksə App Passwords. Bu xüsusiyyət sayəsində də Facebook tətbiqləriniz üçün ayrı bir parol meydana gətirə bilirsiniz. App Passwordsun məqsədi isə, Facebook hesabınıza aid parollarınızın üçüncü tərəf tətbiqlərlə paylaşmanıza maneə olmaqdır.
Paylaş :

Facebook →  Facebook profilləri - Yeni profilə keçmə üsulu


Dünən Facebook F8 ilə yeni xüsusiyyətləri tanıtdı. Konfransdan ilkin məlumatlar dünya ilə birlikdə Azərbaycan bloglarında da verilirdi. Bu barədə həm WebOxu-da online məlumatlar verilirdi, həm də İnfoCity yazarlarından Fərhad Ələkbərov şəxsi blogunda bu barədə yazırdı. Beləliklə Facebookda yeni dövr başladı.
İndiyə qədər facebookda müxtəlif profil tipləri mövcud olub:
İlk vaxtlar:

( Ətraflı oxuyun )
Paylaş :