Tədbirlər → “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatdi
Press-reliz:“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi qaydalara uyğun olaraq, 15 may 2012-ci il tarixində başa çatıb. Müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim olunub. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaqdır. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaqdır. Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir.
( Ətraflı oxuyun )
Tədbirlər → "Android Erası 2" müsabiqəsinin yekunlarına dair tədbir keçirildi

Bazar günü — 6 may 2012-ci ildə, Qafqaz Universitetində Hackathon Azerbaijan-ın «Android Erası 2» müsabiqəsinin yekunlarına dair tədbir keçirildi. Tədbirdə baş sponsor olan Samsung şirkətinin Ukrayna ofisindən də nümayəndələr iştirak edirdilər. Tədbir iştirakçılarına Samsung-un öz əməliyyat sistemi olan Bada haqqında geniş məlumat verib sualları cavablandırdılar.
Sonra səhnəyə təşkilat komitəsi adından Rəşad Əliyev çıxdı və tədbirin statistik məlumatlarını bölüşdü. 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb. Android həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCup” mövzusunda yazılan ən yaxşı proqram üzrə proqramçılar tərəfindən 6 tətbiq təqdim olunub.
( Ətraflı oxuyun )
Tədbirlər → “Elektron Təhsil” Respublika müsabiqəsində 396 layihə iştirak edir
Press-reliz: Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində 396 layihə qeydiyyata alınmışdır. “Elektron təhsil resursları” istiqaməti üzrə 252, “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə isə 32 layihə müsabiqədə artıq iştirak edir. Müsabiqənin I mərhələsində qəbul edilməyən resursların sayı 99-dir.Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları və Nar Mobile tərəfindən dəstəklənir.
( Ətraflı oxuyun )
Tədbirlər → Növbəti MoMo görüşü gələn həftə təşkil olunacaq
Press-reliz: “Xəzər İnvestisiya Mərkəzi”, “Bakcell” şirkəti ilə birgə 30 aprel 2012-ci il tarixdə növbəti MobileMonday (MoMo) görüşünü təşkil edəcək. “Hilton” otelində keçiriləcək və saat 18:00-da başlanacaq görüş mobil texnologiyaların müxtəlif aspektlərini əhatə edəcək. Bu dəfə müzakirə olunacaq əsas mövzular kompüterlərdə istifadə edilən proqram və funksiyaların mobil cihazlarda tətbiqi və bu sahədə aparıcı şirkətlərin təcrübəsi, həmçinin mobil əlavələr və onların Azərbaycanda istehsalı, yayılması və keyfiyyəti olacaq. Qeyd olunan mövzular üzrə aparıcı İT mütəxəssisləri, veb-tərtibatçılar və veb-dizaynerlər auditoriyaya təqdimat keçirib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandıracaqlar.
( Ətraflı oxuyun )
- +1
- 27 апреля 2012, 12:47
- şərh yaz
Tədbirlər → NETTY 2012 başlayır - əsas yenilik "Ekspert Şurası"

Azərbaycan internetinin ən qocaman mükafatı olan -nin 2012-ci il mükafatlandırmaları .
mükafatı 2004-cü ildə təsis edilmişdir və bu il artıq səkkizinci dəfədir ki keçirilir. Netty saytında yazılanlara görə səsvermə sistemində də dəyişikliklər edilib. Saytda gördüyümüz qədəri ilə əlavə olaraq mövcud olacaq. Ötən illərdə təkcə Virtual Jüri və Akademiya mövcud idi.
Səsvermədə prinsipi bu cür aparılacaq:
( Ətraflı oxuyun )
- +2
- 8 апреля 2012, 19:44
- şərh yaz
Tədbirlər → “Azərbaycanda mobil biznes imkanları” konfransı baş tutdu - #mobiz

Press-reliz: Aprelin 6-da “Park İnn Azərbaycan” mehmanxanasında Bakıda ilk dəfə olaraq “Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirildi.
Azərbaycanın ilk mobil biznes portalı olan “Mobiz.az”-ın təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycanda telekommunikasiya sektorunun inkişaf dövrü, ölkəmizdə mobil internetin mövcud vəziyyəti və perspektivləri, internet bazarı, mobil tətbiqlər dükanı, təhsil sahəsində mobil texnologiyalardan istifadə, mobil internet istifadəsi və s. mövzularda çıxışlar dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılıb.
( Ətraflı oxuyun )
- +2
- 7 апреля 2012, 12:26
- 6+6
Tədbirlər → “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi keçirilib

Yarış iştirakçıları ilə bağlı ətraflı məlumat .
Press-reliz: 25 Mart 2012-ci il tarixində Xəzər Universitetində Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” çərçivəsində həyata keçirilən “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi baş tutub.
Tədbiri açıq elan edən Təşkilat Komitəsinin üzvləri tədbir iştirakçılarını salamladıqdan sonra çıxışlara başladılar.
( Ətraflı oxuyun )
- 0
- 26 марта 2012, 00:23
- şərh yaz
Tədbirlər → “Android Erası 2” yarışmasında qeydiyyat başa çatıb

Samsung-un baş sponsorluğu ilə təşkil olunan “” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.
Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.
( Ətraflı oxuyun )
- 0
- 25 марта 2012, 00:01
- şərh yaz
Tədbirlər → “Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır

Press-reliz: “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.
( Ətraflı oxuyun )
- +1
- 15 марта 2012, 08:38
- 8+8
Tədbirlər → Hackathon Azərbaycan-nın "Android Erası" yarışması başa çatdı

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb. Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında ətraflı məlumat verildi. Beləliklə məlum oldu ki, layihə ərzində ümumən 98 ərizə verilib, bunlardan 13 iştirakçı proqram hazırlayıb və nəticədə 3 iştirakçı qalib seçilib.
( Ətraflı oxuyun )
- +1
- 19 февраля 2012, 15:54
- şərh yaz



