Reytinq
0.00
səsıər:
0
avatar

Delta Telecom  



Delta Telecom →  Delta-Telecom IPv6 texnologiyasını və 40% qiymət endirimini təklif edir

Azərabaycanda internet backbone-u kimi fəaliyyət göstərən Delta-Telecom yeni texnologiya olan IPv6 sistemini istifadəyə verir.
İyunun 8-ində dünya IPv6 günü idi. Bununla bağlı blogumuzda da məlumat verilmişdi. Həmin yazıda qeyd edilmişdi ki, hələki Azərbaycanda bu texnologiya təqdim edilmir.
Delta-Telecom rəsmi saytından verdiyi xəbərlə artıq bu texnologiyadan istifadəyə başladığını bildirir. Qeyd edək ki, hazırkı texnologiya IPv4-dür.

Azərbaycanın indiki resurslarından min dəfələrlə çox — 4,3 milyard İnternet ünvanları alınmışdır. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 — 6-cı nəsil internet texnologiyalarından gedir. Bu texnologiyanın tətbiqi ilə son internet istifadəçisində internet ünvan problemi aradan qaldırılır.


Bununla birgə regionda da IPv6-nı ilk tətbiq edən Delta-Telecom olur. Azərbaycanın da yeni sistemin tətbiqinə hazırlaşması inkişaf baxımından müsbət amildir. Digər tərəfdən Delta-Telecom qiymətləri də endirir.

Göstərilənləri nəzərə alaraq, son müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədi ilə tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər bir 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınır.

İnternet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə 25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.
Paylaş :

Delta Telecom →  Delta Telecom internet qiymətlərini aşağı saldı

Delta-Telecomdan internet istifadəçilərə müjdə!!!

1. Ümumi kanal tutumu 100Mb/s-dən çox olan İSP-lər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mbps üçün aylıq 50 manat vəsait ödəyəcək.

2. Aksiyada müəssisəyə borcu olmayan provayderlər iştirak edə bilərlər.

3. Delta Telecom tərəfindən keçirilən aksiyanın məqsədi Azərbaycanda Provayderlərin son müştərilərə göstərdiyi internet xidmətinin keyfiyyətini artırmaqdır.

Mənbə:
Paylaş :
  • +1
  • 23 августа 2010, 23:03
  • Weboxu
  • 4+4

Delta Telecom →  Rahid ƏLƏKBƏRLİ: “Azərbaycan regionun şəbəkə texnologiyaları üzrə lider ölkəsidir”

Press-reliz: Bu gün dünyada informasiya və kommunikasiya texnologiyalarına böyük önəm verilir. İlbəil bu sahə daha da sürətli inkişaf tempini nümayiş etdirir. Bununla yanaşı məlumat ötürülmə texnologiyası olan internet inkişaf etməkdədir, hansı ki son illər Yer kürəsinin informasiya qişasına çevrilmişdir.

İnternet istifadəçilərin sayı ildən ilə sürətlə artır, bu da onu deməyə imkan yaradır ki, Yer kürəsinin əksəriyyət əhalisi gec-tez internet istifadəçisinə çevriləcək. Qlobal şəbəkənin saxlanılması, onun işləmə qabiliyyətinin qorunması bir çox şirkətin səyini tələb edir.


( Ətraflı oxuyun )
Paylaş :

Delta Telecom →  WIMAX da istifadəyə veriləcək.

Bütün mediada gəzən xəbərlərdən artıq 3G`nin gəlişi haqqında oxuyub, eşitmisiniz. İndi də WIMAX haqqında bir xəbər verim. 2010-cu ildən artıq WIMAX da istifadəyə veriləcək. Belə görsənirki daşına bilən internet 2010-cu ildən daha çox inkişaf edəcək. Artıq WIMAX`la bağlı yenilikləri izləyə bilmək üçün internet resursu da fəaliyyət gösətrməyə başlayıbdı — www.wimax.az.
Artıq qiymətlər barədə saytda xüsusi bölmə hazırdır — url.az/1cl.
Saytdan sitat: WiMAX xidmətləri yeni 2010-cu ildən etibarən son istifadəçilərin istifadəsinə veriləcək.
Delta Telecom istifadəçilərə WiMAX xidmətlərinə ilkin bağlanma və Yeni il hədiyyəsi olaraq, Indoor CPE və WiFi Access Point avadanlıqları üzrə güzəştli şərtlərini təklif edir.
Fevral ayının sonunadək Indoor CPE — 200 manat, əlavə WiFi Access Point alanlar üçün Indoor CPE + WiFi Access Point cəmi 260 manata olacaqdır.
Paylaş :
  • 0
  • 24 декабря 2009, 20:26
  • Shaig
  • 2+2

Delta Telecom →  “Delta Telekom” şirkəti “Uninet” şirkətinin məlumatını təkzib edib

“Uninet” şirkəti bu gün “Delta Telekom” şirkətinin xarici internet kanalında problemlər yaşanması ilə əlaqədar göstərdiyi internet xidmətlərində problemlər yarandığın bəyan edib.

“Delta Telekom” şirkətinin texniki direktoru Rahid Ələkpərli “Uninet” şirkətinin yaydığı məlumatı APA-ya şərh edərkən bildirib ki, hazırda “Delta Telecom”un üç istiqamətdə dörd alternativ çıxış kanalı mövcuddur və bu istiqamətlərin hər hansında problem yarandığı halda, onun trafiki rezerv kanala yönəldilir, nəticədə son istifadəçi təminatlı internet xidmətləri ilə təmin edilir.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 19 ноября 2009, 14:01
  • Shaig
  • 3+3