Box.az →  Box.az Chat istifadəyə hazırdı.

Box.az-ın yeni chat-ı haqqında əvvəl də məlumat vermişdim.
Artıq proqram istifadəyə hazırdır. Endirib kompüterinizə quraşdıra bilərsiniz.
Endirmə səhifəsindən sitatlar:
Kim? ilə tam inteqrasiya

Rahatlıq üçün Box.az Chatı digər Box.az xidmətləri ilə sıx inteqrasiya olunub. Profil şəkilləri və digər məlumatlar avtomatik olaraq çatda yenilənir. Həmçinin dostlarınızın Kim? profillərini də asanlıqla görə bilərsiniz.


Başqa şəbəkələrlə bağlantı

Həmsöhbətləriniz yalnız Box.az istifadəçiləri ilə məhdudlaşmır. Çatdakı kontaktlarınıza Gmail, Yandex və ya XMPP/Jabber dəstəyi olan başqa kontaktları da əlavə edə bilərsiniz.


Avtomatik Yenilənmə

Bu sadəcə başlanğıcdır. Mütəmadi olaraq çat proqramına fayl göndərib-alma, yeni məktub bildirişləri və s. kimi imkanlar əlavə ediləcək. Yeniliklər hazır olan kimi avtomatik yenilənmə vasitəsilə sizə çatdırılacaq.


Proqramın tanıtım screenləri isə yumoristik bir dillə verilib. Türkiyənin Kurtlar Vadisi teleserialının qəhrəmanlarının dili ilə verilmiş söhbətlər insanda təbəssüm doğurur.





İndi isə keçim öz istifadəmə:
Proqram yüklənməsi cəhətdən çox yüngüldür. Çox rahat install olunur.
Yeni mesajları və online olanları xüsusi pəncərə ilə xəbərdarlıq edir:


Chatda istifadəçinin Kim? profilinə baxmaq mümkündür (şəkildə: 1-ci).
Chatda screenlərdən gördüyünüz kimi yazı zamanı şəkillərdən istifadə olunur, bəzən sözləri şəkillər əvəz edir (şəkildə: 2-ci). Belə olan halda isə digər tərəfdəki başqa bir platformadadırsa və onda şəkil yoxdursa, onda əvəzində şəklin adı görünür (şəkildə: 3-cü).



Rahatlığına qalanda isə kifayət qədər rahat istifadə etmək olur. Çoxları tərəfindən istifadə olunan MSN-dən həm sürət həm də həcminə görə yaxşıdır.
Maraqlıdır 1 ay ərzində proqram nə qədər adam tərəfindən yüklənib istifadə ediləcək. Rəqəmlər çox maraqlı olardı.

Proqramı buradan endirə bilərsiniz.
Paylaş :
  • +2
  • 9 августа 2010, 16:59
  • Shaig

Şərhlər (7)

RSS yığmaq / açmaq
+
+1
Bəli proqram sadə interfeysə sahibdir və istifadəyə çox rahatdır. yeni olmasına görə bəzi texniki səhfləri keçmək olar fikrimcə. dedikləri kimi təkminləşmiş versiyalar olacaq. o zaman hər şeyi yaxşı olacağına əminəm.
avatar

Tural

+
0
Xoşuma gəldi. Ama funksionallığını bu qədər zəif olacağını bilmirdim.Ən azından animasiya göndərmək və fayl transferi olsa çox yaxşı olardı. İncimətyin 1-ci versiya olsa da yenə də funksionnalığı azdır.
avatar

Baby-boy

+
0
Fayl transfer iradı ilə razılaşıram.

Mən canlı müzakirələr zamanı da demişdim.
Proqramın adı ChatBox olardı kaş. Bir də başqa jabber dəstəkləyən maillərlə də daxil olmaq mümkün olardı.
avatar

Shaig

+
0
İlkin versiyası olaraq ve ilk olması baxımından müveffeqiyyetlidir.Dev Teamlerine aid müzakire platformu var göresen? Yeni istifadeçilerin teklif verebilmesi üçün.Mövzudan kenar interfacede Polad Memati yerine lokal xarakterler işledilmeli idi.
avatar

kerimovs

+
0
Mövzu Box.az dev teamin də nəzarətindədir. Təkliflər, tənqidlər birbaşa onlara çatır. Ona görə təkliflər verilə bilər.
avatar

Shaig

+
0
Pis deyil. Təbriklər.
avatar

TesselateX

  • 10 августа 2010, 22:03
+
+1
Yaxşıdır, sadədir, ürəyəyatandır, file transfer də olsun bəsdir. Animasiya, hərəkətli öpücüklər filan lazım deyil. :)
avatar

Elliot

  • 11 августа 2010, 00:11

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.