Box.az → Box.az-da Kim? var.
Bu gün rəsmi blogundan yeni bir xidmətini . Yeniliyin şərti adı «Kim?»dir. Bu Box.az-ın yeniliklər silsiləsindən olan növbəti addımdır. Əslində bu şərti ad mənə heç də yad deyil. 2008-ci ildə da tanıtımı edilmişdi — . Düzdü fərqli ampulada idi. Ancaq indiki forma daha fərqli və daha yaxşıdır. O vaxtki təqdimat haqqında fikirlərimi . Yeni Kim haqqında isə Box.az-ın rəsmi blogundan oxuyun, mən isə öz fikirlərimi qeyd edim.
Bir müddət əvvəl Box.az haqqında onun sosiallaşması ilə əlaqədar fikir . Bu yeniliklər isə həmin fikrin davamı kimi gəlir. Kim.az-ın əvvəlki ampulada müvəffəqiyyət qazanması çox sual altında idi. Bu isə əksinə. İnteqrasiyalar yavaş-yavaş edilir. İstifadəçilər bir növ qorxmadan sistemə alışırlar. Kim.az saytına daxil olduqda isə, rəsmi blogda «Kim?» yeniliyi üçün olan logo və tezliklə yazısını görmək olar. Uğurlu inteqrasiyadır. Mən box.az-dan intensiv istifadə etmirdim. Yeniliklər sayəsində gündəlik daxil olunan bir platforma halını ala bilər.
Box.az-da olan profilimə əl gəzdirdim —
Diqqətimi çəkən məqamlar:

Görüldüyü kimi axtarış nəzərdə tutulub. Düzdür hələki aktiv deyil. Ancaq növbəti mərhələlər üçün bir işarədir.
Profil şəkli isə .png formatda yükləyəndə transparent şəklin forması xarab olur:

Nəzərə alınsa çox yaxşı olardı.
Qısa adların, məsələn maillə əlaqəli olmağı nə dərəcədə düzgündür bilmirəm. Axtarışın formasından asılı olaraq bunu mailləri spam üçün yığmaqda da istifadə etmək olar. Ona görə fikrimcə bir az daha həssas yanaşmaq lazımdır. Maillə bir-başa əlaqəsi olmasın. İnsan öz profilini kimləsə paylaşanda, öz mailini də paylaşmış olursan. Məsələn default olaraq hansısa bir ID ola bilər, istifadəçi isə öz profil adını öz istəyi formada seçə bilər. Beləcə spamlardan qorunmaq asan olar.
Box.az-a uğurlar. İnşa Allah yeniliklər davamlı olsun. Yaxında növbəti yeniliyi haqqında xəbər tutacağıq.




Şərhlər (4)
RSS yığmaq / açmaqKim'e gelende, maraqlidi, amma ele bir sebeke varmi ki, box.az istifadecileri basqa profayllarla ordan tanis olsunlar?
Turalfot
Shaig
Turalfot
Shaig