Box.az → Box.az connected to GMail - yerli eMail servisindən yenilik! [pic]

Azərbaycanın ən böyük yerli elektron poçt xidməti növbəti yeniliyini açıqlamağa hazırlaşır. Onsuzda son zamanlarda kifayət qədər inkişafa meyl edən Box.az hələki sürətini dayandırmır. Göz dəyməsin! 2009`un ikinci yarısında Box.az`da e-mail servisi ilə birgə daxili chat servisi də . Bildiyimiz kimi belə bir servis `də də mövcuddur. Bu istifadəsinə görə çox rahat bir servisdir. Çünki e-mail listində olanlar online olduqda cəld çatdırmaq istədiyin söz olanda məktub yazmaq yerində birbaşa online olaraq çatdırırsan. Box.az da bu yeniliyi edərək istifadəçilərinin işini bir xeyli yüngülləşdirmişdi. İndiki yenilik isə istifadəçiləri daha çox sevindirəcək. Çünki artıq Box.az istifadəçiləri ilə GMail istifadəçiləri arasında da birbaşa — online ünsiyyət saxlamaq mümkün olacaqdı. Günümüzün internet trendi olan API`lərin bizə verdiyi böyük üstünlüklər sayəsində, istifadəçilərin bu cür rahatlıqları təmin olunur. Box.az`ın bu yeniliyi də alqışalayiqdir. Servisi mən test elədim, istifadəsi çox rahatdır. Sizdə bu yeniliyi test edə bilərsiniz. Bunun Box.az hesabınıza daxil olursunuz, solda Çat və Ünvanlar başlığı altından Çata dəvət etə klikləyirsiniz.

Bu zaman dəvət etdiyiniz istifadəçi solda gözləmə siyahısına düşür:

GMaildə isə ənənəvi olaraq sizə bu formada sorğu gəlir:

Sorğu ilə bərabər siz istəyi bildirən bir e-maildə alırsınız:

Təsdiq etdikdən sonra isə hər iki tərəfdə siyahıya əlavə olunur:

Statusları dəyişdirdikdə də müvafiq olaraq hər ikisindəki siyahıda dəyişilir:

Nəhayət isə rahat-rahat söhbət edirsiniz:

Bütün istifadəçilərə xeyirli olsun. Yeniliklərin də davamı gəlsin ümidi ilə. Qısa müddətə Box.az tərəfindən də rəsmi elan olunacaqdı.




Şərhlər (12)
RSS yığmaq / açmaqAzeriFire
Shaig
Sadig
Rashid
Elliot
...Mutleq en son mektubdan ashaghida mueyyen…
Elliot
Ancaq oxunmuş kimi nişanla qüsuru ilə razıyam. Box.az developerləri özləri də bunu bilirlər. Həmin rahatlıqlarda əlavə olunacaqdı.
Shaig
Emin
Shaig
khanim
Shaig
imzaur