Box.az →  Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu

Box.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib.

Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq.

Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa problemlərdən dolayı çat bağlantısı qopduğu zaman sistem avtomatik olaraq 5 saniyə sonra qoşulmağa cəhd göstərəcək.

Ümid edirik ki, bütün bunlar sizin çat söhbətlərinizi daha da emosiyalı və rahat edəcək.
Paylaş :
  • +1
  • 14 октября 2009, 19:14
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.